Bakıda oğurluqla məşğul olan 2 qadın tutulub
Milliyol Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də Nəsimi rayonu ərazisindəki mağazaların birindən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsurə Məmmədzadə 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Bakı BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Əsmər Hüseynovanın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 22-də metronun Gənclik stansiyasında Bakı şəhər sakini S.Məhərrəmovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Hər iki qadın ətrafında araşdırma aparılır.
Digər xəbərlər
loading...