• Xəbər lentİ
Fləş

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

15:16 22.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı işə başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Beynəlxalq tədbirin məqsədi Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etməkdir.

Əli Həsənov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Mariana Vardinoyannis Fondunun tərəfdaşlığının ölkələrimiz arasındakı əlaqələrin və bütün regionun güclənməsində mühüm rol oynadığını vurğulayaraq deyib ki, Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub. 

O qeyd edib ki, Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.

Prezidentin köməkçisi vurğulayıb ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur.

Etnik münaqişələrin yayılma coğrafiyasının demək olar ki, dünyanın əksər bölgələrini əhatə etdiyini bildirən Əli Həsənov soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.

Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasının vacib məsələlərdən biri olduğunu söyləyən Əli Həsənov bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır.

Azərbaycan Prezidentinin köməkçisi deyib: “Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.

2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi Cənub Qaz Dəhlizinin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsinin və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlərin Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə əngəl törətdiyini vurğulayan Əli Həsənov qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: “Biz bu qənaətdəyik ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər”.(azərtac)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Anar Bayramova yeni müşavir təyin olundu

Anar Bayramova yeni müşavir təyin olundu

18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

18.06.2026
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

18.06.2026
Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

18.06.2026
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

18.06.2026
Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

18.06.2026
Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

18.06.2026
Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

18.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az