• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

“Günel boğulanda orda idim...” - Deputatın oğlundan sensasion açıqlama

12:02 21.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov model Günel Mirzəyevanın ona məxsus olan yaxtada boğulmasına münasibət bildirib

“Qafqazinfo”ya daxil olan açıqlamada deputatın oğlu hadisənin təfərrüatlarını danışıb:

“... 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.

... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...

Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.

Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbiristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir.


Elmira Axundova

Bu adam öz maşınında dəfələrlə mərhumun evi önündə gəzərək nələrəsə boylanırdı. Düşündüm ki, tezliklə yeni sifarişli məqalələri gözləmək lazımdır. Və, yanılmadım. Günelin dəfn günü bir jurnalist mənə zəng edərək dedi ki, əlində mənim və bu qız haqqında məqalə var. O, bunu dərc etmək istəmir. Və əgər sifarişçiləri əhəmiyyətli məbləğlə “mükafatlandırsam” məqalənin dərci dayandırılacaq.

Açığı bu, məni şoka saldı. Bədbəxt qızın ölümündən istifadə edən, bundan şou yaratmaq istəyən  hadisələrin arxasında dayanan adam necə insandır?! Reket jurnalisti cəzalandırmaq qərarına gəldim və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Mərhumun ləyaqətini alçaldacaq məqalənin dərc olunmayacağı qarşılığında əvvəlcədən hazırlanmış və qeydə alınmış pullar həmin jurnalistə verildi. Yeri gəlmişkən, bu jurnalist Azərbaycan saytlarından birinin rəhbəridir.

Həmin şəxs yerindəcə saxlanıldı. Araşdırma artıq sona çatdı və tez bir zamanda o, məhkəmə qarşısında dayanacaq. Hazırda isə həmin jurnalistə yaxın mətbuat onu vicdanlı adam kimi qələmə verərək qurban kimi təqdim etməyə çalışır. Jurnalistin özü isə yaxın zamanlarda verdiyi müsahibələrin birində heç vaxt qanunu pozmadığını söyləyib (?!)
Bu çirkin sifarişin arxasında dayanan insana gəldikdə isə, həmin şəxs saxtakarlıq və fırıldaqlarını davam etdirərək mənə qarşı “dəlillər” axtarışındadır. Həmin adam bir neçə ay Fövqəladə Hallar Nazirliyinə (FHN) gedərək öz vəkillərinə 24 iyun hadisəsilə bağlı 7 suala cavab vermələrini tələb edib.

Onu qane edən cavabı əldə edə bilməyərək bu adam işə criminal.az saytının rəhbəri Anar Şahin oğlu Məmmədovu da cəlb edib. Noyabrın 2-də bu saytda “Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub” adlı məqalə dərc edilib. FHN-in dərc edilmiş cavabı ilə baş vermiş hadisə arasında bir sıra uyğunsuzluq və qeyri-dəqiqliklər qeyd olunub. Elmira Axundova bu uyğunsuzluqlara mətbuatın diqqətini cəlb edərək yeniçaq.az saytının suallarını cavablandırıb.



Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.

Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.

Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: “17 oktyabr 2017-ci il tarixdə “Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir. 

30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.

Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...



Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.

Bir sözlə, biznesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.

Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: “Mühakim kimdir?”
Criminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun Criminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.




MilliYol.Az

Etiket:

Digər xəbərlər

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az