• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Allahı qoyub Darvinə inanan uşaqlarımız - Xanəmir yazır...

15:44 15.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az Xanəmir Telmanoğlunun “Meymun kommunist ola bilər, meymun dindar ola bilməz” yazısını təqdim edir

..get, ey qafil, bu dünya derlər fanidir...
 
Söyləyin padişah heç asqırmasın...
 
Bir əsrdən çoxdur Azərbaycanın keçi, xoruz ruhlu şeriylə böyüyən bir nəsli Azərbaycanı yönəldib, hələ də bu məmləkətə sahib çıxmağa davam edir.
 
Azərbaycanı idarə edənlər o şeirlərlə böyüməyib, çünki onlar Azərbaycanın bağçasında, məktəbində təhsil almayıblar.
 
Ancaq məmləkətin idarə olunan kəsimi keçi, xoruz şeirlərinin əzbərləndiyi obyektlərdən keçib.
 
İllərdir bu şeirlərlə böyüyən uşaqlarımızın şüurunda keçi kimi tələskənlik, danışıqlarında bəyirti, tullanaraq yürümək, dağ mədəniyyətinə aludə kəsilib heyvani bir təbəssümlə yaşamaq, xoruz kimi vaxtsız banlayaraq özüylə birgə bu yurdu güdaza vermək, quru bəylik sədaları altında mətin addımlarla irəliləmək kimi simptomlar kök ataraq bir etnosun formalaşan sivil xislətini  çəkinmədən ortaya qoydu.
 
Uşaqlıqdan başlanılan bu şüuraltı ideoloji təlqinlərin sonucu sosialistlər üçün meymun, milliyyətçilər üçün boz qurdla yekunlaşır. Demək, azərbaycanlı ya milliyyətçi olar, ya da uzaq başı kommunist.
 
Düşünürəm, görəsən bu keçinin, xoruzun arxeotipi nədir ki, bu məsum, uşaqlıq təfəkkürümüzün doyuzdurulmasında əvəzsiz milli rolu əskilməyən bu milli heyvanların təfəkkür müstəvisində şəcərə  uzantısı qurdla meymuna dayanır. Görünür, bu fani dünyanın axarında uşaqlığımız gəncliyimizə, qocalığımıza qurban getdiyi kimi, uşaqlığımızın yaddaş yemi keçi qurda, xoruz da bir təhər meymuna qurban gedir. Demək, azərbaycanlı uşağının məsumluğunda keçiylə xoruz ortaq bir şeirin, ritmin, qafiyənin maraqlarından çıxaraq, heyvanlıqdan can qurtararaq bir havari totemi kimi qoruyucu missiya yüklənərək çıxış edir. Həm də bu heyvanlar üzərində sakrallaşmış düşüncə  həyatımıza, taleyimizə köç edən o heyvan (keçi, xoruz) toteminin əsrlər, eralar sonrası yaranmış  ritmini, görüntüsünü, şeirini bizim uşaqlığımız qoruyur. 
 
Keçi tragikdir. Onun maskası hələ də yırtılmayıb. O öz missiyasını qədərincə oynamağı bacarır. Buna baxmayaraq Azərbaycan kültürünün uduzduğu yerdən keçi bəyirib saqqalını oynadaraq peyda olur. Onun min bir oyunu hələ də bitməyib. Qədim türklərin Alban dönəmi məbədlərində, inanc sistemində də keçi qudsal sayılır, ona tapınırdılar. Qəbilə rəislərinin məzarı çöldə qazılmasına baxmayaraq, keçinin qəbri məbədin içərisindən baş tərəfdə qazılırdı. Xoruz da Zərdüşdün törəməsidir. Üç kərəm sabahleyin banlamaqla hürmüzü çağırıb xeyri, işığı dünyaya dəvət edir.
 
İnancımızın başında xoruz, keçi kimi ban, bəyirti oturaraq, hər iki totem təbii şəkildə 20-ci əsrin əvvəllərində yenidən yaddaşımıza bu kərəm poetik rituallarla, ayinlərlə daxil olur. Hər iki heyvanın  səsi, saqqalı gözəgirən, mədəniyyətə uzanandır. Hər ikisinin tükü məişət zəminində yararlıdır; birindən yastıq, birindən döşəkçə düzəldilir. Keçinin qəzilindən qaranlıq quyulardan çıxmaq üçün kəndir də yapılır. Məlikməmməd keçinin strateji məhsulu qəzilindən, sicimindən istifadə edərək yeraltı qaranlıq dünyalara enə bilməklə bir etnosun xəyal dünyasının milli qəhrəmanına çevrildi.
 
Keçinin dərisi isə yenidən bəyirtinin ritmlərini izləməklə nağara səslərini də doğurur.O ritmlə savaşa qatılmaq ruhlandırıcıdır. Buynuzu şərab içimində əvəzsiz estetika oyadır. Xoruz deyəsən çoxfunksiyalılıq baxımından  bu məmləkətdə  keçidən geri qalır.
 
Bir məsələ maraq doğurur. Qurd da, meymun da düşüncəmizə bu xoruz, keçi şeirləri yazılmamışdan hardasa yarım əsr əvvəl daxil ( peydah) olub. Keçinin qurda, xoruzun meymuna assosiasiyası  məna, anlam, düşüncə bazında yerini dəyişə bilər. Xoruz işıq, qurd da işıq rəmzi kimi bir-birlərini tamamlayaraq inkar edir. Keçi qutu inanc olaraq meymun inancını tamamlayaraq inkar edir. Ona görə də təhtəlşüurumuzun qurd və meymun sindromu bir-biriylə anlaşaraq (ingilis, yəhudi düşüncəsi necə ki, dünyanı böldü) keçiylə xoruzu aralarında tarixin mazoxist zövqünə köklənmiş şəkildə  bölüşərək uzun zaman kəsimində amansızca baş qatmağı bacardılar.
 
Meymun kommunist ola bilər, ama dindar deyil. Meymunu gündəmə Darvin gətirdi (Hətta mən deyərdim ki, Darvindən öncə meymun kimliyini eşələn ilk İbn Xəldun oldu.).  Bu baxımdan materialist meymun həm də kommunistə, inqilabçı meymuna çevrilə bildi. Materialist meymun öz qızıl xoruzunun qanını axıdıb, parçalayıb qanından al don geyinərək məscidlərə it bağlatdı. Sözün bütün mənalarında o inqilabçıdır. Meymun burjuaziyanın və sosializmin təmsilçisidir. Afrika cəngəlliklərinin heç belə sevindiyi olmamışdır.
 
Ama milliyətçi qurd keçini tutub parçalaya bilmədi. Qaliblik missiyasını itirdi. Əvət, burdakı müstəsna sistem parçalamaqdan, qan tökməkdən gedir. Meymun özünə yeni ad qazana bildi: qırmızı meymun, komsomol meymun, kommunist meymun. Qurd, sadəcə, bozluğundan əl çəkməyərək, dəyişimə qarşı antipatiyası olan keçiyə rəhmlə yanaşmağa sövq etdi, rəngini əzab, yarlıq kimi öz üzərində hələ də daşıyır. Demək, turançılıq məfkurəsindən bu topraqlarda hələ də nəsə gözləmək mümkündür; o hələ bitməyib.
 
Materializmin qız nəvəsi sosializm isə ömrünü tez bitirdi.
 
Keçini, xoruzu yuxuda da əzbər bilən Azərbaycan uşaqları Allahı qoyub Darvinə, meymuna, qurda, turançılığa inam gətirmələri təbii idi. Çünki, təfəkkürümüzdəki elementlərin arxeotipləri həyatımızda dəhşətli rol oynayır. Qurdun apardığı yurd, ulusal savaşı, meymunun gətirdiyi sosial inqilablarla yaddaşımızda keçiylə xoruzu doğuraraq bizi çöllərdə qoydu. Adam olamadıq. Demək yanlışlıqlar əzəldən bizimlə  qardaşlıq roluna girərək doyunca oynayıb.
 
Sosializmdən-meymunun qırmızılığından, Leninin keçi saqqalından qurtulan, qaçan indi birbaşa meymunun özünə-Darvinə-kapital anlayışa müraciət edir. Demək, meymun həm də iki sistemin mahiyyətini  öz mistik varlığında ortaya çıxarır.
 
Artıq 100 ilin uşaqları, hər nəsil eyni ritmə köklənib, eyni şeirlərlə şüurunu tənzimləyə bilməz. İndi keçi, xoruz deyil, mümkünsə olmayan yerdə “ bilgisayar”, “televizor”, “mobil telefon” adlı, məzmunlu şeirlərlə öz həqiqətlərimizin arxeotipinə vararaq gələcəkdə qarşımıza çıxacaq təfəkkür elementlərinə bizzat  həyatımızda məğlub olmadan bir yaşam sistemi quraq.
 
Bu günün “bilgisayar” şeri də öz məna şəcərəsini təbii olaraq Turanda, qurdda, keçidə deyil, xoruzda, meymunda, qırmızıda, Darvində, Lenində, pambıqda bulur. Demək, bu da keçicidir. Demək, bu şeir də debillər yetişdirəcək, tezliklə hansısa “keçicilərlə” əvəz olunacaq. Nə qədər ki, uşaqlarımız Yunus Əmrəni əzbərləməyəcəklərsə, bu ölüvay qovğamız, başaldatmalarımız sürüb gedəcək.
 
MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az