• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Liviya, Suriya, Ukrayna –eyni ssenari və eyni kuklaoynadanların fəaliyyəti

14:12 13.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Anton Komarov

topwar.ru, 12.11.2017

Təkrarlanan aspektlər tanınsa, geopolitika anlaşılma üçün o qədər də qəliz görünməz. Məsələn, ciddi-cəhdlə planlaşdırılmış və eyni zamanda amansız dövlət çevrilişi Ukrayna, Liviya və Suriya böhranlarından qırımızı ilmə kimi keçir. Alicənab bəhanə ilə hökumətin bu cür devrilməsini “timsahın göz yaşlarının geopolitikası” adlandırmaq olar.

Güclü ölkələrin zəif ölkələrin  ərazisinə, sadəcə, soxulduğu dövrlər var idi. Elita bu gün isə qəhrəmanlıq hərəkətləri, kədərli əhvalatlar və fədkarlıqla dolu Hollivud ssenariləri hazırlayır.

Budur, bir neçə sadə fakt. Liviya və Suriya son dərəcə müstəqil və müvəffəqiyyətliydi, buna görə də kürəsəlçilərin diqqətini çəkirdi. Ukrayna geopolitik meydanda əsas fiqurlardan biriydi: Ukrayna və Krımı əldə edərək Rusiyanı xeyli zəiflətmək olardı.

Liviya, Suriya və Ukrayna hadisələrinin ssenarisi eyni cürdür: əvvəlcə xalqı hiddətə gətiriblər, sonra iğtişaşların qızğın çağında çevriliş təşkil edib və bunu xilas kimi təqdim ediblər.  

Çevriliş bir neçə mərhələdən keçir.

I mərhələ: planlaşdırılmış etirazlar.

II mərhələ: etirazçıların xalqı qəzəbələndirən qətlə yetirilməsi; BMT qətnamələr qəbul edir, ya da sanksiyalar tətbiq edir.

II mərhələ: silahlı üsyan və hökuməti devirmək cəhdi.

IV mərhələ: 3 mərhələ uğursuz başa çatsa, hədəfi hökuməti devirmək olan tammiqyaslı vətəndaş müharibəsinin aparılması üçün vəsait ayrılır. Yetərincə sadədir. İndi isə 2011-ci ilə keçək.

Birinci akt: “dinc” etirazlar

Xəbər verilirdi ki, hər üç ölkədə “dinc etirazlar keçirilir, amma gerçəklikdə hər şey bu cür deyildi. Etirazlar həmişə dinc şəkildə başlanıb və gərəkli ton verib. Lakin ölkədə hər şey sakitdirsə, həqiqi dinc etirazlar heçə çıxır.

Cəmiyyətdə etiraz və zorakılıq sənəti az adama məlumdur. Ancaq elita və bəzi qruplar kütlə psixologiyası üzrə əsil ekspertdirlər. Sosial mühəndisliyin quruları virus reklamları yaradan marketoloqlar kimi etiraz və üsyanlar təşkil edirlər. Məsələn, 10 fitnəkar və satın alınmış 100 ictimai liderin gücüylə 1000 nəfərin iştirakıyla etirazı asanlıqla təşkil etmək, sonra isə qiyama çevirmək mümkündür. İğtişaşlar başlanan kimi dinc etirazçılar “sürü hissi” üzündən təhlükəli qüvvəyə çevrilirlər. Kifayət qədər pul və silaha sahib olmaqla istənilən hökuməti devirmək olar.

Liviya Qəddafinin dönəmində sabit və varlı bir ölkəydi. Vətəndaşlar pulsuz təhsil və tibbi xidmət hüququna malik idilər, yeni evlənənlər pulsuz mənzil alırdılar, Liviyadakı İnsan İnkişafı İndeksi (İİİ) Afrikada ən yüksəklərdən birdiydi.

Suriya da tərəqqi edirdi, ölkədə güvənlik var idi. Ölkə ÜDM-i Əsədin dövründə üç dəfə artmışdı, inflyasiyanın aşağı həddi saxlanırdı, borcun miqdarı isə yarıbayarı azalmışdı. Milyonlarla turist hər il Suriyaya – gözəl, azad və güvənli ölkəyə səfər edirdi.

Ukrayna iqtisadi uğurlarla qürrələnə bilməzdi, xalq isə siyasətçilərin fəaliyyətindən tam razı deyildi, amma bu, Ukrayna üçün adi şey idi. Bu cür şəraitdə etirazları necə təşkil etməli? Liviyada səbəb polisin bir neçə etirazçını öldürdüyü 2006-cı il toqquşmaları haqda xatirə kimi təşkil edilən “Qəzəb günü” oldu. 2011-ci ildə etiraz və qiyamlar əvvəlcə uzaq, kiçik şəhərlərdə baş verirdi. Böyük şəhərlərdə və Tripolidə sakitlik idi. Sanki orada keç kim etirazlardan şübhələnmirdi də.

Suriyada fevralda qiyam təşkil etməyə ilk cəhdlər baş tutmadı. Martda Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi məscidlər vasitəsilə böyük pullar və təbliğatın yardımı ilə sərhədyanı kiçik Dərya şəhərində (Amerikanın İordaniyadakı … hərbi bazasının yaxınlığında yerləşir) etirazlar təşkil olundu. Dərya şəhərindəki məşhur Öməri məscidi silah, döyüş sursatı və pul anbarına çevrildi. Liviyadakı kimi böyük şəhərlərdə (Dəməşq, Hələb) hər şey sakit idi.

Ukraynada Corc Soros, ABŞ beynəlxalq inkişaf Agentliyi və Milli Demokratiya Fondunun sayəsində bir anda fəaliyyət qoşulmağa hazır olan ictimai hərəkatların sazlanmış sistemi yaradılmışdı. Kiyevdən qıraqlarda etirazlar yox idi, amma KİV-lər illüziya yaradırdı ki, saxta Avromaydan inqilabını bütün ölkə dəstəkləyir.

Media bu mərhələdə azadlıq və ədalət uğrunda çıxış edən dinc etirazçıların gözəl fotoşəkillərini və videolar dərc edir. Bu, kimə xoş gəlməyə bilər?

KİV-lər bu cür etirazları həmişə “kortəbii” adlandırıb. Əlbəttə, qiyamların baş verdiyi ölkədən kənardakı adamların əksəriyyəti bu əhvalatları həqiqi hesab edirdi.

İkinci akt, birinci səhnə: fitnəkarlar və snayperlər

“Dinc” etirazlaırn bu mərhələsində zorakılıq həyata keçirilir, qan axıdılır. Amma adamlar ssenarinin gizli hissəsindən xəbərsiz olurlar: etirazların təşkilatçıları fitnəkar və snayperlərdən istifadə edirlər. Öyrədilmiş fitnəkarlar polis və hərbçilərə hücum edir, hökumət binalarına od vururlar. Onların bəziləri hazırlıq səviyyəsinə görə Antifaşist hərəkatı üzvlərinə bənzəyir, başqaları isə qətlə öyrədilmiş ciddi silahlı, peşəkar döyüşçülərdir.

Liviyada etirazların üçüncü günündə polis məntəqələrinə və təhlükəsizlik xidmətinin mənzil qərargahlarına od vurulub. Suriyada etirazlar hələ genişlənməyə macal tapmamış onlarla Suriya əsgəri yaxalanaraq qətlə yetirilib. Kiyevdə maskalı adamlar alışdırıcı qatışqla şüşələr atır və zəncir və armaturla yaraqlanaraq polsilərə hücum ediblər. İkinci aktın birinci səhnəsinin sonunda snayperlər ortalığa çıxır və hadisələrin gedişatı kökündən dəyişilir. Snayperlər çardaq və hündür binalarda yerləşməklə polis və etirazçıları nişangahda saxlayırlar. Polislərə atəş açarkən onlar bir qayda olaraq sanırlar ki, atəş etirazçılar tərəfindən gəlir, buna görə də cavab atəşı açırlar. Bəzən etirazçılar arasında odlu silahla polisə hücum edən silahlılar da olur. Snayperlər Liviyada aranı qızışdıraraq dəfnlərdə 15 adamı yaralayıb və qətlə yetiriblər.

Dünya KİV-ləri və siyasətçilər buna fikir verməyib və hər üç ölkədə baş verənləri təsvir edərkən yalnız bir xətti tutublar: hökumət qüvvələri dinc etirazçılara hücum edərək onları qətlə yetirib.

İkinci akt, ikinci səhnə: siyasi və iqtisadi həmlə

Merkel Liviyadakı hadisələri şərh edərək bildirib ki, Qəddafi öz xalqına qarşı vuruşur. Qərb KİV-ləri bağırırdı ki, Qəddafi öz xalqına atəş açır. Ağ Ev Qəddafini öz xalqına qarşı kütləvi zorakılıq işlətməkdə ittiham edib.

Bir aydan sonra Əsəd barəsində də bu cür danışıblar. Təbliğatçılar Suriya prezidenti ilə bağlı halda altı il səy göstərib və iş o yerə çatıb ki, “Əsəd qətlə yetirir və öz xalqına qarşı kimyəvi hücumlar edir”.

Ukrayna prezidentini vəzifədən uzaqlaşdıranda onu “əhalinin kütləvi qətli”ndə ittiham ediblər. Bu, psixoloji müharibənin aparılması texnikası yaxşı məlumdur – qəddarlığın təbliği.

Qərb timsah göz yaşları və saxta narazılıqla BMT-nin Suriya və Liviyaya qarşı yönəlmiş, ola bilsin, mətni bir neçə ay öncə yazılmış  qətnamələrə nail olub.

Üçüncü akt: qurbansız çevriliş

Qərb Ukraynada fitnəkar qismində cihadçılardan deyil, neonasistlərdən faydalanıb. MKİ II dünya savaşı bitəndən sonra (Rusiyaya qarşı çıxış edən) Ukrayna millətçiləriylə dostlaşıb və bu münasibət qüvvəsini itirməyib.

Ukraynanın demokartik seçilmiş prezidenti Yanukoviç iki dəfə baş nazir olub. O, 2004-cü ildə seçkilərdə qalib gəlib, amma Corc Soros “rəngli inqilab” təşkil edərək təkrar seçki keçirmək tələbi irəli sürüb. Və birdən qələbə 51% səs toplamağa nail olan Amerikayönlü namizədin əlinə keçib.

Yanukoviç altı ildən sonra yenə də düzgün qələbə çaldığı seçkilərə qatılıb. Prezident vəzifəsində dörd il keçirib, sonra isə ABŞ və AB koalisiyası onu, sadəcə, ölkədən çıxardıb. Bax, Amerika dünyaya “demokratiya”nı bu cür daşıyır. İstənilən namizədi seçmək olar – əgər düzgün namizəddirsə.

Liviya və Suriyada Qəddafi və Əsəd tərs çıxdı və asanlıqla təslim olmaq istəmədilər. BMT Liviya və Suriyada ilk etirazlardan bir ay sonra qətnamə qəbul edib, “mülki” şəxslərin (həmçinin cihadçılar kimi tanlınanların) silahlanmasını qanuniləşdirib və NATO-ya Liviya təyyarələrini vurmaq hüququ verib. “Uçuşsuz zonalar”ın yaradılması yalnız bunu bildirirdi ki, Qəddafinin təyyarələri havaya qalxa bilməz, yasaq Amerika və NATO təyyarələrinə isə aid edilmirdi. Amerika hərbçiləri etirazlar başlanandan bir ay sonra martın 19-da Tomahawk raketləriylə Liviyaya hücuma başladılar.

Dördüncü akt: vətəndaş müharibəsi

Liviya və Suriyada vətəndaş müharibəsi üçün pul xaricdən gəlib. Liviya bir ildən sonra çöküb, çünki NATO təyyarələri terrorçuların aviasiyası kimi işləyir və Qəddafinin təyyarələrini, tanklarını, hərbi anbarlarını məhv ediblər.

Suriyada əhalinin bir faizdən azı silahlı üsyançılara qoşulub. “İnqilab” bu səbəbdən bir neçə aydan sonra çaş düşüb və minlərlə xarici cihadçı Suriyaya yollanmağa məcbur olub. Səxavətli Səudiyyə Ərəbistanı, Qətər və başqa dövlətlər tərəfindən milyardlarla pul və silahın sayəsində müharibə 6 il çəkib, çiçəklənən ölkəni və 20 milyon adamın həyatını alt-üst edib.

Hərc-mərcliyin əks-sədası

Altı il keçib, Liviyada isə indiyədək vahid hökumət yoxdur, “əl-Qaidə” və başqa döyüşçülər ərazinin yarısını nəzarətdə saxlayır, ölkədə köləlik mövcuddur. Bir milyondan çox liviyalı Avropaya axışıb, yeni problemlər yaranıb.

Suriya ÜDM-i 2011-ci ildə 65% azalıb, borclar ikiqat artıb, “əl-Qaidə” böyük bir əyalətə nəzarət edir, ölkənin bərpasına isə 20 il gərək ola bilər. Ukrayna parçalanıb və min il yanaşı yaşayan adamlar bir-biriylə vuruşurlar…

Tərcümə Strateq.az-ındır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az