• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Bəlkə cib telefonumu həmişəlik söndürüm? – Anar yazır

16:05 10.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az Anarın "Zəng kiminçün çalınır” yazısını təqdim edir

Telefonum zəng çaldı. Xəbər ilan kimi qulağımı çaldı: Rafiq Hüseynov rəhmətə gedib.
 
Təxminən bir ay bundan qabaq cib telefonuna zəng etmişdim. Həyat yoldaşı Səbinə xanım cavab vermişdi: “Rafiq komadan çıxdı, indi yaxşıdı”.
 
Çarəsiz xəstəliyindən xəbərim olsa da, hər halda hələ xeyli müddət yaşayacağına ümid edirdim. Sonra eşitdim ki, Bakıya gəlib və müalicəsinə davam etməkçün Almaniyaya aparıblar. Ən yüksək səviyyədə müalicəsi üçün Heydər Əliyev Fondu, şəxsən hörmətli Mehriban xanım hər şəraiti yaradıb. Sağ olsun!
 
Vaqif Səmədoğlunun bir şeiri var. Yusif ona telefonla atasının ölüm xəbərini çatdırır. Vaqif telefon dəstəyini qantelə bənzədir və “düşdü əlimdən dünyanın ən ağır qanteli” yazır.
 
Cib telefonlarının “qanteli” yoxdur, amma ara-sıra ilan kimi çalırlar.
 
Keçən ay böyük saz ustası Ədalətin ölümüylə bağlı bir yazı yazmışdım. İngilis şairi Con Donnun misralarını xatırlatmışdım: Bir kəs öləndə soruşma ki, çan kiminçün çalınır? Çan səninçün çalınır.
 
Hər insanın ölümü bəşəriyyəti azaldır və deməli, sənin də ömrünün bir parçasını özüylə aparır.
 
Çanları telefon zəngləri əvəz etsə də, ölüm elə həmin ölümdür. Tanıdığın, yaxşı tanıdığın adamların itkisi dost görüşlərini,  ünsiyyət saatlarını xatirələr aləminə çevirir. Özəlliklə nəsildaşlarının itkisi.
 
Nə qədər Nazım Hikmətin misralarını təkrar etmək olar: “Nəslimin yarpaq tökümü başladı”.
 
Bu artıq yarpaq tökümü deyil, meşənin qırılmasıdır. Yenə də Nazım: “Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına”.
 
Hansı dramaturqunsa bu adda pyesi var: “Ağaclar ayaq üstə ölür”,  orman get-gedə seyrəlir, Hürr yaşamaq yaxşıdır, tək qalmaq çətin.
 
Hər nəslin sifətini teatrda, kinoda, televiziya ekranlarında təcəssüm etdirən şəxslər olur. Həsən Turabov bizim nəsli teatrda, Həsən Məmmədov kinoda, Rafiq Hüseynov TV ekranında təcəssüm edirdi. Həsənlərin ikisi də artıq yoxdur. İndi Rafiq də dünyasını dəyişdi.
 
Rafiq Hüseynov etibarlı dost, mövqeyində sabit, əqidəsində sadiq insan idi. Televiziyanın özəlliklərini dərindən hiss edən, doğma dilimizin bütün gözəlliyini, özəlliyini  dinləyiciyə, tamaşaçıya çatdıra bilən savadlı, nadir nitq mədəniyyətinə və qabiliyyətinə  malik sənətkar idi. Hər sahədə bilikliydi, ünsiyyətdə  yapışıqlı, maraqlı, zarafatcıldı, ömrünün xoş günlərində kefindən qalmayan oğlan idi. Gözəl musiqi hissi vardı. Mənə ifa etdiyi mahnılardan ibarət kaset bağışlamışdı. Hərdən ovqatımın müəyyən anlarında bu mahnıları dinləməyi xoşlayıram. Mahnılarda səmimi və  təsirli bir tərzdə uzaqlara getmiş dostundan, uzaqlarda qalmış gəncliyindən, amma hələ də sönməyən gənclik həvəsindən, sevgilərindən, ayrılıqlarından, İçərişəhərdən oxuyurdu. Geniş tanınmağın şirinliyini və acısını çəkmişdi, fərəhli illəri də olmuşdu, ağır günləri də...  Oğul itkisinin müsibətini də yaşamışdı, yenidən ata olmağın sevincini də. Hisslərlə, fikirlərlə, görüşlərlə, səfərlərlə, yorulmaz əmək fəaliyyətiylə dopdolu bir ömür sona yetdi.
 
Bu yazını aldığım acı xəbərin təsiriylə noyabrın 1-də yazıram. Noyabrın 2-si əziz dostum Emin Sabitoğlunun doğum günüdür. Yaşasaydı 80 yaşı olardı. Ölümünə bir gün qalmış dost məclisində yığışmışdıq. Mənim maşınımda Vaqif Səmədoğluyla birlikdə məni evimə ötürüb getdilər, səhərisi gün görüşməyi vədələşdik. O gecə yuxuda gördüm ki, Emin ölüb. Səhər tezdən telefon zəng çaldı. Dəstəyi Zemfira qaldırdı:
 
- Nə? Nə danışırsan?
 
 Xəbəri mənə çatdırmamış:
 
- Emin ölüb?- dedim.
 
Tək qalmış qaya kimi
Uçulur sağım-solum.
Bilirəm gec-tez bir gün
Mənə çatacaq növbə.
 
Hələ ki möhlətə var -
Beş il, beş ay, beş saat.
Yaşamaq nə şirinmiş,
Necə qısaymış həyat.
 
79 yaşında həyatın qısalığından şikayətlənmək olmaz. Amma hər halda daha bəd xəbərlər eşitmək istəmirəm. Telefon zənglərindən diksinmək istəmirəm. Bəlkə cib telefonumu həmişəlik söndürüm?
 
Allah Rafiqə qəni-qəni rəhmət eləsin...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az