• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

O, divar ucaltmaq ideyasına mübtəladır, cənab Si isə körpü salmaqla məşğuldur – Təhlil

10:20 10.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Entoni Blinken

The New York Times (ABŞ), 09.11.2017

ÇXR sədri Si Szinpinin amerikalı həmkarı, prezident Trampa qurduğu təmtəraqlı qəbul fonunda qeyd etməmək çox çətindir ki, bu iki lider və ölkələri tamamilə müxtəlif yönlərdə irəliləyir.

Cənab Si Kommunist Partiyasının oktyabrda baş tutmuş qurultayından sonra Orta Səltənətin mübahisəsiz hökmdarına çevrilib. “Si Szinpinin düşüncələri” ölkə konstitusiyasında təsbit olunub – əvvəllər bu cür şərəfə yalnız Mao Szedun və Den Syaopin layiq görülüb. Cənab Si ənənəni pozub öz varisinin adını çəkməyi gərək bilməyib, bu qayda ilə eyham vurub ki, ikinci beşillik müddət bitdikdən sonra da özünü hakimiyyətdə qalmağa iqtidarlı sayır. “Economist” nəşri cənab Sini, adətən, ASBŞ prezidentinə nəsib olan fəxri adla təltif edib: dünyada ən nüfuzlu adam.

Cənab Tramp ABŞ-ın daxilində tarixən ən aşağı reytinqə malik olmaqla noyabrın 8-də Pekində yerə enmiş təyyarənin pilləkanı ilə aşağı düşüb. Onun nüfuzu xaricdə də sürətlə düşür: araşdırmaların nəticələrinə əsasən, Amerika prezidentinə inam sürətlə azalır.

Cənab Trampla cənab Sinin şəxsi trayektoriyaları ayrıldıqca onların rəhbərlik hədəfləri ilə də eyni şey baş verir. Cənab Tramp divar ucaltmaq ideyasına mübtəla olduqca cənab Si körpü salmaqla məşğul olur.

Cənab Si yanvarda baş tutan Ümumdünya iqtisadi forumunda Çini azad ticarətin və kürəsəlləşmənin yeni müdafiəçisi elan edib. Onun Asiya infrastruktur yatırımları Bankından (AİYB) maliyyələşən “Bir qurşaq – bir yol” təşəbbüsü çərçivəsində dəniz marşrutları, avtomobil və dəmiryolları və körpülər şəbəkəsi vasitəsilə Asiya və Avropa arasında əlaqənin təşkilinə, haradasa, 1 trilyon dollar sərf olunacaq. Çin resurslara çıxış əldə edəcək, sənaye gücünün ixracatını artıracaq və dinc üsulla sonradan öz nüfuzuna proyeksiya edə biləcəyi mühüm strateji mövqelər tutacaq.

Cənab Tramp çoxyönlülüyü və kürəsəl hökmranlığı rədd etdikcə cənab Si buna fəal şəkildə nail olur.

Tramp administrasiyası BMT-nin önəmini kiçiltdi, Transsakit okean tərəfdaşlığı haqda ticarət sazişindən çıxdı, ABŞ-ı iqlim üzrə Paris sazişindən çıxartdı, İranla nüvə sazişinin şərtlərini pozmağa çalışdı, ABŞ-ın Avropa və Asiyada əsas alyanslarını şübhə altına aldı, Ümumdünya ticarət təşkilatına və çoxtərəfli ticarət sazişlərinə saymazcasına yanaşdı və qapını mühacirlərin üzünə bağlamağa səy etdi. Bəs cənab Si? O, iqlim dəyişiklikləri ilə mübarizə üzrə proqramın gerçəkləşdirilməsində lider rolunu öz üzərinə götürdü, Ümümdünya ticarət təşkilatının mübahisələri tənzimləmə sistemini müdafiə etdi və Ümümdünya Bankında və Beynəlxalq Valyuta Fondunda Çinin mövqeyini möhkəmlətdi. Pekin Asiyanın aparıcı iqtisadiyyatlarının, ABŞ-ın deyil, Avstraliya və Yeni Zelandiyanın qatılacağı ticarət sazişi üzərində işdə irəli gedir. Bu gün Çin BMT büdcəsinə və sülhməramlı missiyalara töhfə verən aparıcı sponsorlardan biridir. Və cənab Si dünyanın aparıcı alimlərini Çinə cəlb etməkdə qəti cəhdlər göstərir. Cənab Si Çin daxilində, o cümlədən informasiya texnologiyaları və Google-dan Erik Şmidtin xəbərdarlıq etdiyi kimi, Çinin artıq növbəti onillikdə ABŞ-ı qabaqlayacaq süni intellekt sahəsində Çinə XXI əsr kürəsəl iqtisadiyyatında üstünlük təşkil etməyə imkan verəcək strateji yatırımlar qoyur. Cənab Si robotexnika, aerokosmik sahə, yüksəksürətli dəmiryolları, enerjinin yeni növü ilə işləyən nəqliyyat vasitələri, həmçinin qabaqcıl tibbi məhsullar kimi istiqamətləri fəal inkişaf etdirir. Cənab Trampın “strateji” yatırımları – kömürə və avtomatlaşma dövrününü gəlişiylə keçmişdə qalmış istehsalatı qaytarmağa xəyali cəhdlər ABŞ-ı XX əsr iqtisadiyatının müdafiəçisi edir.

Bütün bunlar Çini, cənab Sinin dediyi kimi, “başqa ölkələrin yeni seçimi” və uzun müddət ABŞ-la səsləşən beynəlxalq düzənin baş arbitri olmağa yaxınlaşdırır. Çin bu düzənə və kürəsəlləşməyə çox yatırım qoyub: ona inkişafının asılı olduğu ən yeni texnologiyalar və ixracat bazarlarına çıxış lazımdır.

Çinin səylərinin təməlində duran ziddiyyətlər onu tamamilə iflasa apara bilər. Pekin öz iqtisadiyyatının açar sahələrini xarici yatırımlardan qorumağı davam etdirir. O, əcnəbi şirkətlərə qarşı başqa ölkələrdə Çin şirkətlərinə qarşı heç vaxt tətbiq edilməyən mürtəce tələblər irəli sürüb – məsələn, Çindən, ən azı, bir tərəfdaşa malik olmaq və yaxud onlara texnologiyalar və əqli mülkiyyət vermək.

Pekinin xarici yatırımları məcburi və yaxud istismarçı ola bilər: misalçün, yerli sakinlərdən deyil, Çindən işçilər tutmaq tələbini nəzərdə tuta bilər, kasıb ölkələri böyük borclara vadar edə bilər ki, bu da öz növbəsində korrupsiyanı calaqlayacaq.

Cənab Sinin Çinin nüfuzunu yaymaq cəhdləri həm də onun ölkəsinin sistemli zəiflikləriylə zəifləyir. Böyük borclar. Artan bərabərsizlik. Ləngiyən yüksəliş. Qocalan əhali. Məhsuldarlığın azalması. Dövlət müəssisələrinin effektivsizliyi. Zəhərlənmiş hava və təmiz su qıtlığı. Və Çin xalqına deyil, başqa avtoritar liderlərə xoş gələ biləsi getdikcə repressivləşən sistem.

Amma Çinin bütün bu qüsurları inandırıcı alternativsizlikdə xırda görünə bilər. Mən heç vaxt ABŞ-a qarşı çıxmağa bel bağlamazdım, lakin Tramp administrasiyası millətçilik, proteksionizm, birtərəflilik və ksenofobiya siyasəti yürütməyi davam etdirsə, Çin modeli üstün gələ bilər.

Dünya özünü təşkil edən sistem deyil. Amerika liderliyi beynəlxalq düzəni qorumaq və demokratiya, insan haqları, söz və toplantı azadlığı, işçi hüquqlarının müdafiəsi, ətraf mühit və əqli mülkiyyətin qorunması kimi liberal dəyərləri və mütərəqqi normaları yeritməyə şərait yaradırdı. ABŞ II dünya savaşı bitəndən bəri oynadığı roldan imtina edərək bunu dünyanı Amerikanın deyil, öz dəyərlərinə uyğun quracaq başqa oyunçulara verir.

Cənab Si bu cür oyunçunun Çin olacağını bəyan etməkdən çəkinmir. Cənab Trampın lider rolunu Çinə güzəştə getdiyi nəzərə alınsa, XX əsrin ikinci yarısının xarakterini müəyyən edən liberal beynəlxalq düzənin yerinə tamamilə qeyri-liberal düzən gələ bilər.

Tərcümə Strateq.az-ındır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az