• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Avropa və Amerika necə “İŞİD-çi yetişdirir” - faktlar

10:09 08.11.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bir dönəm müsəlmanları terrorçu elan edən Qərb cəmiyyətlərində gizli terrorçular yaranır

Amerika Birləşmiş Ştatlarının Texas ştatında baş verən qanlı terrorun izləri və müzakirəsi hələ də davam edir. Məlumata görə, baptist kilsəsinə daxil olan silahlı şəxs orada ibadət edənlərə atəş açıb. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Terror hadisəsini tərədən şəxs isə polis tərəfindən zərərsizləşdirilərək öldürülüb. Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli  olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Arayış: Hazırda dünyada ən böyük protestant konfessiyası sayılan baptizm təxminən 100 milyona yaxın insanı birləşdirir. Onların təqribən səksən faizi ABŞ-da  məskunlaşıb. Dünyada mövcud olan baptist kilsələri Ümumdünya  Baptist İttifaqında birləşiblər. İttifaq 1905-ci ildə Londonda təsis edilib. Dünyanın demək olar ki, bütün bölgələrini əhatə edən 214 baptist icması bu ittifaqda birləşib. İttifaqın aparıcı strukturu olan Ümumdünya Şurası Vaşinqtonda yerləşir.

Beynəlxalq Baptist Təşkilatı lüteranlarda olduğu kimi “yumşaq” struktura malikdir. Yəni, aparıcı strukturlar olan Ümumdünya Şurasının və Beynəlxalq Baptist Konqresinin (onun iclasları beş ildən bir keçirilir) qərarları tövsiyə xarakteri daşıyır. Yerli baptist təşkilatları fəaliyyətlərində müstəqildirlər.

Baptistlik XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən də Qafqaza və Azərbaycana sürgün edilməsi haqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşıb.

1911-ci  ildə Bakı şəhərində “Şəfəq” kinoteatrının  yanında yeni baptist kilsəsi inşa edilib.

Avropalı terrorçular soyuqqanlılığı ilə seçilir

Bu isə Avropada, Amerikada artıq potensial İŞİD-çilərin yetişməsinə dair faktların say etibarilə artmasıdır. Halbuki bu günə qədər baş verən terror olaylarında daha çox miqrantların, müsəlmanların baş rolda olmasına dair faktlar bir qədər şişirdilirdi. Bu, 2015-ci ildən etibarən Avropaya olan miqrant axınının qarşısını almaq üçün məqsədyönlü təbliğat kampaniyası, müsəlmanların terrorist olması barədə fikirlərin yayılmasının nəticəsi idi.

Avropada öz soyuqqanlılığı ilə fərqlənən qətllər baş verdikcə terrorizmin sərhədləri də genişlənəcək. Amma bu məsələdə diqqəti çəkən məqamlardan biri seçilən qurbanların psixoloji durumu, xüsusi amansızlığıdır. Xatırlayırsınızsa, Norveçdə 77 adamı öldürən Breivik məhkəmədə Utöya adasında törətdiyi terror aktını soyuqqanlılıqla izah etmişdi. O, “mən əslində yaxşı insanam, sadəcə, yaxşılıq etməyi unutmuşam” demişdi. O, məhkəməsində bildirmişdi ki, döyüşə gedərkən əvvəlcədən psixoloji hazırlıq görüb. Məhkəmənin sonunda Breivik “əl Qaidə”nin dünyadakı ən uğurlu təşkilat olduğunu söyləyib.

Eyni hal bir müddət öncə ABŞ-ın Las-Veqas şəhərində baş verən qətllə bağlı yaşanıb. Hadisə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma zamanı baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

Avropalı və amerikalıların terror sevgisi nədən qaynaqlanır?

Gördüyünüz kimi, hətta firavanlığın və dinc həyatın mərkəzi sayılan Avropada da çox qatı cinayətkarlar yetişir. Doğurudur, onlar çox nadir hallarda müstəqil hərəkət edirlər və öz təşəbbüsləri əsasında belə addım atırlar. Bir çox hallarda hansısa terror təşkilatının bir üzvü olduqları üçün insanların dünyasını qaraltmağa cəhd göstərirlər və bu, alınır. Terror təşkilatlarına qoşulanların çoxunun əsas funksiyası həm də canlı bomba olmaqdan ibarətdir. Təl-Əviv Universitetinin israilli professoru Ariel Merari 50-dən artıq canlı bomba barədə sosial araşdırma aparıb. Araşdırmada nə ortaq bir xarakter, nə də patoloji bir şəxsiyyət özəlliyi üzə çıxarılıb. Amma bütün bu qatillərdə ən önəmli oxşarlıq onların heç diqqət cəlb etməmələri olub.

Terror təşkilatları qeyri-müsəlman ölkələrindən qurbanları seçərkən dindən daha çox xarakter cəhətlərə önəm verirlər. Belə ki, onlar daha çox sentimental, spontan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: “Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur”. 

Terror aksiyasından öncə canlı bombaların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: “Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, həm qrup adına hərəkət edirsən, həm də özünü qəhrəman kimi tarixə salacaqsan”.

Terrorçu olmaq istəyən avropalı qadınlar - onlar həyəcan axtarırlar

Bu mövzunun ən maraqlı detalı isə heç şübhəsiz ki, avropalı qadınların sözügedən təşkilata qoşulmasıdır. Məsələn, təkcə İngiltərədən son bir neçə ayda 60 nəfərə yaxın gənc xanımın Türkiyədən Suriyaya keçərək İŞİD-ə qatıldığı təxmin edilir. Bu qadınlar Suriyaya çatan kimi ABŞ, Avstriya, Fransa, Hollandiya, Kanada, Norveç və İsveç kimi Avropa ölkələrindən gələn qadınlarla görüşürlər. Bu işdə sosial şəbəkələrin təsirinin böyük olduğu kifayət qədər məlumdur. İslami həyat tərzini və cihada qatılmağı idealizə edən və İŞİD təbliğatı aparan internet saytları gənc xanımlara Suriyaya getmək mövzusunda yardım edir. Əvvəllər Suriyaya müsəlman qadınlar əsasən İŞİD tərəfindən döyüşən həyat yoldaşlarının yanına gedirdilər. Yüzlərlə gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqə islamçılara qoşulmağa yollanır. Ölkələrini tərk edən qızlar 14-15 yaş arasındadırlar və onlar əsasən Suriyaya islamçılarla evlənib onlara uşaq doğmağa yollanır. Məlumatda qeyd olunur ki, islamçılara (əsasən İŞİD-ə) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqə yollanıb. Britaniya ekspertləri bildiriblər ki, Birləşmiş Krallıq vətəndaşı olan təxminən 50-yə yaxın qız İŞİD-ə qoşulub.

Statistika isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378 “şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil edir. Cəmi 54 qız İslamı qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan” öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb.

Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. “Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal, cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görmür, əksinə özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün  İslam dövlətinin uğurları barədə yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar ”cihada qoşulsam, uğur qazanaram, bütün dünya mənim haqqımda danışar" deyə düşünürlər". Bunu da almaniyalı psixoloqlar bildiriblər.


Son iki ildə Avropanı silkələyən terrorçular

Son bir-iki il ərzində Avropada baş verən terror olaylarına və onların baştutma qrafikinə nəzər salaq. 2016-cı ildə Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni “mümkün terror hücumu” kimi araşdırır.

Hüquq-mühafizə orqanları sürücünü saxlayıb. Onun sığınacaq axtarmaq üçün Almaniyaya Pakistan və yaxud da Əfqanıstandan fevral ayında gəldiyi bildirilir. Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə tanındığı qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat yoxdu.  Bundan bir neçə gün öncə isə İtaliyada daha bir mühacir yeni il ağacını dağıdıb. Son bir neçə gündə baş vermiş bu hadisələr isə Avropaya axın edən mühacirlərin terrorla bağlı əməllərinə start veriblər.

Həmin il dekabrın 20-də İsveçrənin Sürix şəhərindəki məscidlərdən birində naməlum şəxs ibadət edənlərə atəş açıb. Polisin məlumatına görə, hadisə nəticəsində 3 kişi ağır yaralanıb. Hazırda polis hadisə yerindən qaçan şəxsi axtarır. Bundan əlavə, hadisənin baş verdiyi İslam mərkəzi yaxınlığında bir kişi meyiti tapılıb. Hazırda bu məlumatın məsciddə baş verən hadisə ilə bağlılığı araşdırılır.

Bundan öncə baş verənlərdən bəzilərini yada salaq. 22 mart 2016-cı ildə Belçikanın paytaxtı Brüsseldə ard-arda bir neçə terror hadisəsi baş verib. Partlayışlar Zavengen Beynəlxalq Hava Limanında və metroda törədilib. Terror hadisəsi nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Eyni ilin iyunun 12-də ABŞ tarixində 11 sentyabr terror aktlarından sonra ən çox insanın öldürüldüyü terror hadisəsi baş verib. Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gecə klubunda baş vermiş gülləbaran zamanı qatil də daxil olmaqla 51 nəfər ölüb, 53 nəfərdən çox insan isə müxtəlif bədən xəsarəti alıb.

İyul ayında Fransanın Nitsa şəhərində Bastiliya Günü şərəfinə keçirilən bayram şənliyi faciə ilə başa çatıb. İyulun 14-də bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilinin girməsi nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açıb. İnsanların çoxu yük avtomobilinin altında qalaraq həyatını itirib. Ölənlərin içində Avstraliya, Çin, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları da olub.

Bu cür terror aktlarının qorxusundan həmin ilin mart ayının 18-də Türkiyə ilə Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyədən Yunanıstana gələn bütün qeyri-leqal miqrantlar geri qaytarıldı. Martın 22-də Brüsseldə törədilmiş və 31 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra isə bütün Avropa İttifaqı ölkələrində ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanıldı. 

Əksər siyasətçilər və ekspertlərin rəylərinə əsasən, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümayiş etdirdi ki, terrorizm Avropa İttifaqı üçün sistem xarakterli təhlükədir. Bu problemi həll etmək üçün təkcə xüsusi xidmət orqanlarını silkələmək kifayət etmir. Hazırkı dövrə kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəməyən Avropa siyasətçiləri də artıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslərini ucaldırlar.

Bu sərt tədbirlər sırasında isə heç şübhəsiz ki, miqrantlara qarşı daha sərt münasibət yer alır. Çünki daha öncəki illərdə miqrantların hərəkətləri qadınlara, qızlara münasibətdə əxlaqsız hərəkətlər etmək idisə, artıq bu neqativliyin sərhədləri genişlənib. Ekspertlər isə deyirlər ki, artıq Avropada yeni miqrant terror dalğasının başlayacağı qaçılmazdır. Bununla paralel, baş vermiş neqativ halların qəsdən şişirdilməsi, miqrantlara qarşı aqressiyanın artırılması üçün məqsədli şəkildə bu olayların ictimailəşdirilməsi ilə bağlı rəylər də var.

Amma Amerika və Avropada baş verən son terror olayları müsəlmanlardan daha çox, sıravi yerli vətəndaşların bu cür əməllərə əl atdığını göstərir. Səbəb olaraq isə psixoloji problemlər və gərginliklər göstərilir. Güman edilir ki, bunun üçün xüsusi bir sosial problemin olmasına da ehtiyac yoxdur. Bəzən hansısa psixoloji problem və ya həzmsizlik ciddi terrora səbəb verir.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az