"Sergey Lavrovun bu səfəri Qarabağ münaqişəsinin həllinə deyil, bölgədə Rusiyanın mövqeyinin möhkəmlənməsinə hesablanıb".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Ərəstun Oruclu Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 4-də Bakıya nəzərdə tutulmuş səfərinin əsas məqsədinə münasibət bildiərəkən deyib.
Ərəstun Oruclunin sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin yenidən geriyə dönüşü fonunda Lavrov Ermənistandakı tərəfdarlarını, Rusiyameyilli Ermənistan rəhbərliyini inandırmağa çalışacaq ki, bunun Ermənistana ziyanı yoxdur.
"Lavrovun Bakıya səfərinin məqsədi Azərbaycanı yeni formata daxil etməyə cəhd etməkdir. Türkiyə xarici siyasətində əsaslı bir dönüş yarandı. İsraillə münasibətlər əvvəlki vəziyətə gətirilir. Digər tərəfdən Rusiya-Türkiyə münasibətləri pozitiv istiqamətə yönəldi. Belə olan halda bu Rusiyaya əsas verir ki, bölgədə mövqelərini daha da gücləndirsin. Bunun üçün Rusiya Ermənistanı inandırmalıdır ki, bu münasibətlərin onlara mənfi təsiri yoxdur. Digər tərəfdən Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələsindən istifadə edib Azərbaycanı bu formata cəlb etmək istəyir".
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Putin son açıqlamasında qeyd etdi ki, bu tək başına Rusiyanın işi deyil. Doğrudan da bu belədir. Bu münaqişə Minsk qrupunun müzakirəsidir. Bu barədə təbii ki, danışıqlar olacaq. Amma əsas məsələ bölgədə təhlükəsizlik və sabitlik mövzusu olacaq" deyə politoloq əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...