Sindzo Abe Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçildikdən sonra ölkənin yeni hökumətini formalaşdırıb
Oxu.Az-ın məlumatına görə, baş nazir Yaponiya hökumətinin tərkibində dəyişiklik etməyib.
Belə ki, Taro Aso hökumətin vitse-premyeri, maliyyə naziri, Taro Kono xarici işlər naziri, İtsunori Onodera müdafiə naziri, Hirosiqe Seko iqtisadiyyat, ticarət və sənaye naziri vəzifələrini yenidən icra edəcəklər.
Qeyd edək ki, bu gün Sindzo Abe parlamentin alt palatasının səsverməsinin nəticələrinə əsasən, yenidən Yaponiyanın baş naziri vəzifəsinə seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...