“Bizim aylarla studiyada hazırladığımız mahnılar itir gedir. Amma şit, bəsit mahnılar hər yerdə səslənir”
Bu sözləri əməkdar artist Lalə Məmmədova "Xəzər maqazin"ə açıqlamasında deyib.
Müğənni bayağı mahnılardan gileylənib. O bildirib ki, bayağı ifalar son günlər çox yayılıb və sevilir:
“Başı-ayağı olmayan, sözləri bəsit olan mahnılar çoxdur. Fikrimcə, oxuduğu mahnılar müğənninin haqqında çox söz deyir. Mən də o mahnını oxuyanları elə görmək istəmirəm. Ola bilsin toylarda onlardan az qazanırıq, amma sandığımız zəngindir. Bəlkə belə oxuyanların içərisində eləsi var ki, gözəl insandır. Elə istəyirəm bəzilərinə deyim ki, səsiniz var, ondan nələr hazırlamaq olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...