• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

“Yaxn Şərqdə seçim gərəkərsə, mən kürdlərə üstünlük verərəm” – Təhlil

13:40 26.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Con Makkeyn

The New York Times (ABŞ), 24.10.2017

Bu ay Kərkük ətrafında İraq təhlükəsizlik qüvvələri ilə kürd könüllüləri arasında baş vermiş toqquşma xüsusən də Birləşmiş Ştatların kürdlərlə çoxdan dostluq etməyi səbəbindən ciddi narahatlıq doğurur. Bu toqquşmalar bizə daha irimiqyaslı və təşvişli gerçəkliyi göstərir: İŞİD-ə qarşı mübarizədə taktiki uğurlara baxmayaraq, əvvəlki kimi Birləşmiş Ştatların Yaxın Şərq haqqında hərtərəfli və kompleks strategiyası yoxdur. Obama administrasiyasının öz varisinə buraxdığı kədərli miras bu cürdür. Prezident Tramp bu ay İranın Yaxın Şərqə fəlakətli təsirinə qarşı müqavimət üçün daha geniş strategiya hazırlamağa çağırıb. Bu, nikbinlik doğurur, çünki administrasiyanın mövcud problemi etiraf etdiyindən xəbər verir.

Lakin bu bəyanatdan bir neçə gün sonra məlumat meydana çıxıb ki, İslam İnqilabı Keşikçilərin Korpusunun tərkibindəki “əl-Qüds” elit bölmələrinin komandiri Qasım Süleymani Kərkük civarına gəlib və kürd mövqelərinə İraq təhlükəsizlik qüvvələrinin güclənməsinə əlavə edilən və İranın dəstəyindən yararlanan iraqlı döyüşçülərin iştirak etməli olduğu hərbi hücum hazırlayıb. Bu hücum başlayanda isə İraqın bəzi bölmələri hərbi əməliyyatlarda Birləşmiş Ştatların tədarük etdiyi hərbi texnikadan istifadə ediblər.

Bu cür durum qətiyyən yolverilməzdir. Birləşmiş Ştatlar Amerikanın bu bölgədə ən etibarlı və döyüş qabiliyyətli tərəfdaşı olan İraq kürdlərinə hücum üçün deyil, İŞİD-lə vuruşmaq üçün İraq hökumət qoşunlarına təlim keçib və silah tədarük edib. Amerikanın kürdlərlə alyansı onları onilliklər boyu həm İraq daxilində, həm də xaricdən hücumlardan qoruyub və eyni zamanda Amerika təhlükəsizliyinin milli maraqlarına yardım edib. Kürdlər son illərdə ABŞ-ın daha yaxın müttəfiqi olub və onunla birgə İŞİD-ə qarşı vuruşublar.

Fikrimi son dərəcə aydın və dəqiq şəkildə ifadə edirəm: Bağdad İraq kürdlərinin  təhlükəsizlik, azadlıq və ən yaxşı yaşayış zəmanəti verə bilmirsə və Birləşmiş Ştatlar İran dəstəyindən yararlanan dəstələrlə kürdlər sırasından çoxdankı tərəfdaşlarımız arasında seçim qarşısında qoyulsa, mən kürdlərə üstünlük verərəm.

Kərkükdəki toqquşma Birləşmiş Ştatların artıq xeyli illər ərzində həll edə bilmədiyi ciddi problemin simptomu oldu. Yaxın Şərqdə bölgə düzəni çox sürətlə dağılır. Bu həm dövlətlərə, həm də onların arasındakı münasibətlərə aiddir. Orada Amerikanın güc və nüfuzu zəifləyir və bu, əsasən ondan doğur ki, Birləşmiş Ştatlar son səkkiz ildə bölgədə iştirakını zəiflədib. Nəticədə antiamerika güclərinin doldurduğu boşluq əmələ gəlib.

İndiki administrasiya da öz sələfi kimi diqqətini istisnasız olaraq İŞİD-in darmadağın edilməsinə cəmləyib. Əlbəttə, bu, son dərəcə önəmlidir. Amma rəqiblərimiz bunu başqa yönlərdə öz mənfəətləri üçün istifadə edirlər.

Birləşmiş Ştatlar bu yay İraqda Mosulun xilasından sonra əvvəlkitək şan-şöhrət şöləsində süzür. Bu arada İran qüvvələri İraq daxilində ixtilaf yaymağa çalışırlar ki, bunu Kərkükdə gördük. İran cürbəcür bicliklərdən istifadə edərək İraq siyasətçilərini Birləşmiş Ştatlara qarşı qaldırır. Elə etməyə cəhd edir ki, növbəti ilə təyin edilmiş seçkilər amerikalılar üçün strateji məğlubiyyət olsun və onların bu ölkədə nüfuzlarını zəiflətsin. Suriyada Rusiya, İran və “Hizbullah”ın və müxtəlif döyüş dəstələrinin  dəstəyi ilə fəaliyyət göstərən Əsəd rejimi ölkənin böyük hissəsini, o cümlədən Birləşmiş Ştatların strategiyaca önəmli saydığı şərq rayonlarının çoxunu öz nəzarətinə götürüb. Suriyanın gələcəyi yerlərdə güc işlətməklə həll edilir və Amerika bunda təşəbbüslü iştirak etmir. İran əlaltıları, oyuncaqları və müttəfiqlərindən böyük bir hörümçək toru Aralıq dənizi sahillərindən Ərəbistan yarımadasına qədər Yaxın Şərqi sarır. O, sabitlik, gəmiçilik azadlığı və tərəfdaşlarımızın, müttəfiqlərimizin ərazilərinə, o cümlədən müasir qeyri-nüvə silahlarına sahib olanlara təhlükə yaradır. İranın özü ballistik raket sınaqlarını davam etdirir, qonşuları hədələyir, sanksiyaların zəifləməsindən istifadə edərək çirkin məqsədlər üçün pul qazanır.

Ərəb müttəfiqlərimiz Qətərlə diplomatik dartışmada batıb qalıblar, amma bölgədə daha ciddi təhlükələr var. Və güclü bölgəsəl qüvvəyə çevrilən, Amerika maraqlarına fəal müqavimət göstərən və insan haqları və mülki əhalinin yaşayışı haqda əsla düşünməyən Putin Rusiyasının nəhs kölgəsi bütün bunların üzərində asılı qalıb.

Bu, mürəkkəb və çox dolaşıq problemlər yumağıdır, amma amerikalılar başa düşməlidirlər ki, bizə daha irimiqyaslı hərbə-zorba oxunur – axı Yaxın Şərq beynəlxalq təhlükəsizlik və kürəsəl iqtisadiyyatın gələcəyi üçün həyati önəmlidir. Hazırda bəzən birgə, bəzən də ayrı-ayrı işləyən  antiamerika təşkilatları və qruplaşmalarının bütöv bir şəbəkəsi Yaxın Şərqdə Amerika nüfuzunu zəiflətməyə və bölgəni bizim maraq və dəyərlərimizə qarşı duracağı şəkildə ayrı cür kökləməyə səy edir. Onlar bu məqsədlə terrorçuları və döyüşçüləri müdafiə edir, dostlarımızı qorxudur, onlara qarşı ziyankar fəaliyyət aparır, bizi diplomatik meydandan sıxışdırır, həmçinin bölgəyə hərbi texnika tədarük edirlər, buna görə də Birləşmiş Ştatların orada qalması getdikcə daha çətin və təhlükəli olur.

Bundan sonra da letargik yuxudakı kimi indiki kursumuza əməl etsək, nə zamansa yaxın gələcəkdə ayılacaq və görəcəyik ki, Amerika dünyanın ən mühüm bölgəsində nüfuzdan məhrum olub. Amerikalılar bu səbəbdən bu gün Yaxın Şərqdə nələrin baş verdiyi haqda düşünməlidirlər. Bu illətdən də kürdlər kimi əsil dostlarımızı müdafiə etməliyik. Elə bu səbəbdən taktiki maraqlardan yuxarı qalxmaq və təcili olanı həqiqətən önəmlidən ayırmaq imkanı verən strategiya bu gün həmişəkindən daha çox gərəkdir.  

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az