"Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar"
MillliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bunu amerikalı həmsədr Endryu Şofer bəyan edib.
“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”, – deyə E.Şofer qeyd edib.
Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiqdir: “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...