• Xəbər lentİ
Fləş

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 19 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Cenevrə görüşünün mesajları –Moskvanın “rayon əvəzinə təhlükəsizlik” ideyası dəfn edildi?

16:45 17.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan və Ermənistan prezidentlərinin dünənki Cenevrə görüşü son aylarda ATƏT-in Minsk Qrupunun üzərinə yağış kimi yağan tənqidlərin fonunda baş tutdu

Buna qədər həmsədrlər KİV-də rəsmi şəxslər tərəfindən münaqişənin həlli ilə bağlı fəaliyyətsizlikdə ittiham olunurdular. Sentyabr ayında Bakıda olan ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigen bütün tənqidlərə cavab olaraq  demişdi ki, “Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşür. Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur”. Bu baxımdan Minsk Qrupunun tələsik bu görüş formatını hazırlayıb razılaşdırması özünü sığorta cəhdinin bir detalı hesab etmək olar. Bütün hallarda görüşü vacib edən məqamlar var idi və hər iki ölkə başçısı “nəbz yoxlanışı” üçün belə görüşün baş tutmasına etriaz etmədilər.

Serj Sərkisyan hazırda ciddi şəkildə gələn il keçiriləcək parlament seçkilərinə hazırlaşır. Çoxkombinasiyalı oyuna start vermiş Sərksiyan Moskva və Qərbin diqqətli nəzərləri altında reveranslar edərək daha çox özünün siyasi hakimiyyəti üçün təminat almağa can atır. Məlumdur ki, o, Konstitusiya dəyişikliklərindən sonra ölkəni parlament idarəçiliyinə keçirərək prezident postunu tərk edəcək. Odur ki, indi və gələn il Qarabağda hər hansı gərginlik heç bir halda Sərksiyana maraqlı deyil. Çünki ölkəsində başlanacaq belə kövrək keçid prosesi zamanı Qarabağda istənilən hərbi toqquşma, yaxud böhran onun siyasi hakimiyyəti üçün ciddi vakkum yarada bilər. Sərkisyanı Cenevrəyə gətirən səbəblər bu baxımdan aydındır.  

Amma istənilən halda görüş baş tutubsa onun müəyyən yeni elementləri elan edilməlidir. Belə elementlər barədə isə bir neçə aydır ki, müxtəlif versiyalar səsləndirilirdi.  Bir ay əvvəl XİN rəhbəri Nalbəndyan danışıqlarda Azərbaycanın işğal altında olan rayonlarının Dağlıq Qarabağın təhlükəsizliyi müqabilində qaytarılması mümkünlüyü ilə  bağlı dedikləri sensasiya doğurmuşdu.  Bu isə 2016-cı ildən Rusiya XİN rəhbərinin adı ilə çağrılan “Lavrov prinsipləri”nin əsas paketində yer alır. Lakin Cenevrə danışıqlarından sonra çox xəsisliklə yayılan məlumatların təhlili zamanı aydın olur ki,  Bakı və Yerevan bu prinsipləri bir kənara tullayaraq daha çox “Madrid prinsipləri” üzərində dayanıblar.

Burada isə nə tələb olunur? İlk olaraq cəbhədə hərbi toqquşmalara yol verməmək.  Sərksiyanın dünənki görüşdən sonra verdiyi açıqlamada bunun bəzi məqamlarını görmək olar. Sərksiyan “biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın” cümləsi bu baxımdan Qərbin danışıqlarda əsas tələbini nümayiş etdirir.  ABŞ ötən ay verdiyi açıqlamada bəyan etmişdi ki, Vaşinqton Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir: “Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır”.

Deməli, ABŞ  “solo oxumaq” istəyən digər həmsədr dövlətlərin bu cəhdinə qarşıdır,  cəbhədə sabitlik və danışlqların dinc yolla davam etdirilməsi prioritet sayılır.

Bundan başqa Cenevrə görüşündə Dağlıq Qarabağın gələcək statusunun  müzakirəsinə toxunulduğunu təxmin etmək olar. Ermənistan prezidentinin “bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun” ifadəsini buna işarə saymaq olar. Belə aydın olur ki,  ATƏT-in və beynəlxalq təşkilatların mövqeyinə rəğmən Yerevan “status-kvo” barədə müzakirələrin əleyhinədir. Bu cümlə eyni zamanda Nalbəndyanın “rayonların qaytarılması müqabilində təhlükəsizlik” haqqında bəyanatının üstündən də xətt çəkir. Sərkisyanın açıqlamada dediyi “heç bir zaman heç bir erməni rəhbər Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək qərarı qəbul edib gerçəkləşdirə bilməz” sözləri buna bir daha subutdur. Bu tezisi həm də isə Moskvanın son aylarda aktiv şəkildə ictimai rəyə ötürdüyü “status əvəzinə rayonların qaytarılması” təklifini rədd edən bir mesaj saymaq olar.

Belə anlaşırı ki, Sərkisyan rejimi status-kvo üçün nəsə başqa “büket” fikirləşib.

Neçə vaxtdır ki, Ermənistanla Avropa İttifaqının əlaqələrinin bərpası və Şərq Tərəfdaşlığı ilə bağlı sazişə qoşulmaq niyyəti müzakirə olunur.   Mötəbər kürsülərdə birdən birə insan hüquqlarının carçısına çevrilən Sərkisyan rejimi  Avropanın təməl prinsipləri barədə çığır- bağır salmaqdadır. Görünür, Sərkisyan Avropa dəyərləri ilə bazarlıq etməklə hərbi teatrda dəyişikliyin mümkünlüyünə özünü inandırmaq istəyir. Çox guman ki, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi ətrafında yeni hay-küy Qarabağ problemnin dinc yolla həlli üçün Yerevana edilən təzyiqləri dəf etmək üçün yeni bir priyomdur. Təsadüfi deyil ki, Cenevrə danışıqlarından 2 gün əvvəl qəfildən Yerevan Aİ ilə müzakirə etdiyi sazişin qapalı mətnini ictimaiyyət üçün açıqladı.  Belə görünür ki, Ermənistan aparılan danışıqlar prosesində “demokratiya”, “insan azadlığı” sloqanlarını Qarabağ münaqişəsinin müzakirə edilən detalına çevrimək və diqqəti daha çox hərbi deyil, siyasi mesaja vermək istəyir. Bu baxımdan o və Yerevanın siyasi hamiləri son aylarda Bakının başının üzərini almış ciddi tənqid selindən faydalanmağa cəhd göstərirlər. Bu siyasətin ucu isə  Qarabağa gedib çıxır. Məqsəd problemin həlli üçün zəruri olan konstruktiv  müzakirələri “əzabkeş erməni xalqının” “diktatura rejimi hökm sürən Azərbaycanın” tərkibində necə yaşa bilmələri barədə ahu-zar ladına keçirmək və Bakının dipomatik cəbhədə diskreditə etmək cəhdidir.  Bu baxımdan danışıqların davamı üçün Azərbaycan XİN-i daha səmərli “baqaj” barədə düşünməlidir.

Münaqişənin həllinə gəlincə, Azərbaycanın mövqeyi birmənalıdır. Düşmən işğal etdiyi torpaqları tərk etməli və ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır.  

Payız xəzanı altında keçirilmiş Cenevrə danışıqlarının soyuq havası və həmsədrlərin ritorik bəyanatı onu deməyə əsas verir ki, Qarabağ danışıqlarında status-kvonu dəyişdirmək  sanki daha bir “aprel küləyini” zəruri edir.

MillliYol.Az

Etiket:

Digər xəbərlər

Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

18.06.2026
Anar Bayramova yeni müşavir təyin olundu

Anar Bayramova yeni müşavir təyin olundu

18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

18.06.2026
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

18.06.2026
Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

18.06.2026
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

18.06.2026
Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

18.06.2026
Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

18.06.2026
Prokuror

Prokuror "Arzum"a ağır cəza istədi

18.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Sabiq icra başçısını oğluna aldığı

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

18.06.2026
Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

18.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az