«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kataloniya hakimiyyəti oktyabrın 1-də müstəqillik barədə keçirdiyi səsverməyə yönəlik Madridin alternativ təkliflərini dinləməyə hazırdır. Bu barədə Kataloniya hökumətinin xarici işlər departamentinin başçısı Raul Romeva bəyan edib («CNN»)
«Biz, danışıqlar masası arxasına keçməyə hazırıq. Əgər onlar (İspaniya hakimiyyəti – red.) təklif vermək istəyirlərsə, biz onları məmnuniyyətlə dinləyərik. Əgər onlar məsələni başqa yollarla həll etməyi təklif edə bilərlərsə, biz bu təklifi məmnuniyyətlə dinləyərik» – deyə, departament başçısı bildirib.
Romeva qeyd edib ki, Kataloniya hakimiyyəti təklif irəli sürüb, amma təklif İspaniya hakimiyyəti tərəfindən rədd ediib.
«Problem ondadır ki, illər, 10 illər biz, heç bir təklif almamışıq» – Romeva qeyd edib.
«Biz, danışıqlar masası arxasına keçmək istəyirik. Biz, ümid edirik ki, Avropa İttifaqı (Aİ) İspaniya hakimiyyətini buna inandıracaq. Çünki nə Kataloniya üçün, nə İspaniya üçün, nə də Aİ üçün başqa həll variantı yoxdur» – deyə, Romeva əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...