• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Rusiya-Türkiyə münasibətləri soyuya bilər

10:16 11.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ərdoğan və Çavuşoğlunun açıqlamaları gərginlik cığırı açır; Qabil Hüseynli: “Münasibətlərin yüksələn xətt üzrə gedəcəyini onsuz da söyləmək çətindir”

Rusiya ilə Türkiyə arasında ötən 1 ildə yaranmış isti münasibətlər soyuya bilər. Son iki gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalar iki dövlət arasındakı münasibətlərin gərginləşdiyini göstərir.

Əvvəlcə Kiyevə səfərə gedən Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında təcavüzə məruz qalan Krımın Rusiyaya birləşdirilməsini indiyə qədər tanımadıqlarını, bundan sonra da tanımayacaqlarını bəyan etdi.

“Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və Krımın Rusiyaya birləşdirilməsini tanımır”,-deyə, Ərdoğan qeyd edib.

“Türkiyə S-400 zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə, Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər.”

Bunu isə “Akşam” qəzetinə müsahibəsində Türkiyənin XİN rəhbəri M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb: “Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik”.

Nazir vurğulayıb ki, Ankara ölkənin hava məkanını qorumaq üçün təcili şəkildə S-400 almalıdır: “Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan S-400 almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər”.

Hər iki məsələ Kremlin yaralı yeridir. Qardaş ölkənin rəsmisi S-400-ü hətta rəsmi Moskvaya qarşı olan dövlətlərdən ala biləcəklərini çəkinmədən dilə gətirir. Ekspertlər proseslərin bu şəkildə davamının Türkiyə-Rusiya əlaqələrinin ömrünü bitirəcəyini qeyd edirlər.

Politoloq Qabil Hüseynli Ərdoğanın Krımla bağlı dediklərinin məcburi açıqlama olduğunu düşünür: “Ukraynanın əsas məsələsi ərazi bütövlüyü və Krımdır. Yerdə qalan məsələlər bundan sonra gəlir. Krımın ilhaqından sonra artıq neçənci dəfədir ki, Türkiyə rəhbəri Ərdoğan bu ərazinin Ukrayna torpağı olduğunu vurğulayır. Hətta Krım tatarlarının lideri Mustafa Cəmiloğlu iki dəfə Türkiyəyə gəlib Ərdoğanla görüşüb, Krım məsələsi ilə bağlı mətbuat konfransı keçirilib. Bu konfransda da Ukraynanın ərazi bütövlüyü birmənalı şəkildə vurğulanıb. Ukrayna ilə hazırda çox ciddi sövdələşmələr gedir. Qarşılıqlı ticarət əlaqələri, hərbi sahədəki əməkdaşlıq və digər məsələlər müzakirə edilir. Bu məsələlərin fonunda Ərdoğan əvvəl dediklərindən dönə bilməz. Türkiyə Krıma iddiası olan dövlətlərdən biridir. Çünki 1853-cü ilə qədər Krım Osmanlı İmperiyasının tərkibində olub. Yalnız ruslar Krım müharibəsindən sonra bu ərazini onlardan qopara biliblər. Birmənalı şəkildə qeyd etmək olar ki, Krım məsələsində Türkiyə açar dövlətlərdən biridir. Bu baxımdan onun dedikləri istər tarixi, istərsə də, siyasi nöqteyi-nəzərdən dünya tərəfindən qəbul olunur”.

Politoloq M.Çavuşoğlunun S-400-lə bağlı dediklərinə də toxundu: “Bu məsələ belə də bitməli idi. Bu raketlərin alınmasına avans ödənilsə də, onun birgə istehsalı məsələsi də tərəziyə qoyulmuşdu. Bir-iki divizion göndərildikdən sonra Rusiya Türkiyənin daxilində hava hücumlarından müdafiə sistemləri, xüsusilə birgə S-400-lərin istehsalını təşkil etməli idi. Bunun üçün də əlavə ödənişlər nəzərdə tutulurdu. Belə görünür ki, Kreml birgə istehsaldan imtina edir. Bunu da hərbi sirrin kənara çıxmaması ilə yozmağa çalışır. Amma bu belə deyil. Çünki Rusiya artıq bundan daha model istehsalata başlayıb, yəni gətirilən arqument bəhanədən başqa bir şey deyil. Görünən odur ki, Rusiya tərəfdə birgə istehsalla bağlı fikir dəyişikliyi var. Bunu da qardaş ölkə qəbul etmək niyyətində deyil. Üstəlik, rəsmi Ankaranın NATO ilə ciddi danışıqları gedir. Bu danışıqlarda Rusiyadan alınacaq S-400-lərin NATO sisteminə necə uyğunlaşdırılması gündəmdədir. Çünki S-400-lərin radar sistemləri NATO-nun radar sistemləri ilə qətiyyən üst-üstə düşmür. 

İndi ortaya çıxıb ki, S-400-lərin NATO-ya daxil olan dövlətlərlə birgə hərəkəti mümkünsüzdür. Bu nöqteyi-nəzərdən onun texniki göstəriciləri NATO standartlarına uyğun gəlmir. Bu da Türkiyə tərəfdən diqqətlə dəyərləndiriləcək. Birgə istehsal təklifi məhz S-400-lərin NATO standartlarına uyğunlaşdırılması üçün irəli sürülürdü. Rusiya artıq bundan imtina etməyə başladıqda müqavilənin pozulması təhlükəsi yarana bilər. Ümumiyyətlə, Türkiyə ilə Amerika arasında son zamanlarda yaranan gərginlik rəsmi Ankara-Qərb və Türkiyə-NATO əlaqələrini ciddi şəkildə zədələyə bilər. Bu baxımdan Ərdoğan və Çavuşoğlunun mövqeləri başadüşüləndir. Zahirən olmasa da, daxilən Rusiya-Türkiyə münasibətlərində gərginlik yarana bilər. Bu gərginlik əvvəl münasibətlərin soyuqlaşması şəklində özünü göstərə bilər, qarşılıqlı ticarət dövriyyəsinin azalmasında özünü büruzə verə bilər. Bir sözlə, münasibətlərin yüksələn xətt üzrə gedəcəyini onsuz da söyləmək çətindir”. (musavat.com)

MillİYol.Az

Etiket:

Digər xəbərlər

Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az