• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Faiq Ağayev: “13-14 yaşında sekslə məşğul olurlar”

11:49 09.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az yazıçı-jurnalist Cəlil Cavanşirlə Xalq artisti Faiq Ağayevin söhbətini təqdim edir:

Azərbaycan Respublikasının Xalq artisti, sevilən müğənni Faiq Ağayevi əksər həmkarlarından fərqləndirən onun ədəbiyyata, mütaliəyə, ədəbiyyat adamlarına olan münasibətidir. Onu tanıyan hər kəs gözəl həmsöhbət, maraqlı insan olmasını etiraf edir. Qonaq olduğu televiziya proqramlarında, verdiyi müsahibələrdə sərrast düşüncəsi, savadlı münasibəti ilə hər zaman fərqlənir.
 
Onunla dostluğumuz sosial şəbəkədə başlayıb. Dəfələrlə yazdığım yazılara maraqlı və özünəməxsus şəkildə münasibət bildirib, işin-gücün arasından vaxt tapıb kitab təqdimatımda iştirak edib, eyni zamanda sonuncu romanımla bağlı fikirlərini bildirib. Təxminən beş il öncə müsahibəyə razılaşmışdıq, alınmadı. Ortaq nöqtələrimiz, ediləcək söhbətlərimiz olduğuna əmin olduğum üçün, Faiq Ağayevlə görüşmək planım həmişə qüvvəsindəydi. Təşəbbüs sevimli sənətkarımızdan gəldi. Sakit, zövqlü məkanların birində görüşüb həm payızın gəlişini qeyd elədik, həm də doyunca söhbətləşdik. Və 3-4 saatlıq görüşümüz o qədər maraqlı keçdi ki, foto çəkdirməyə fürsətimiz olmadı. Xalq artistimiz bu söhbətdən nə qazandı, bilmirəm. Mən maraqlı bir həmsöhbəti, intellektual bir insanı, dəyərli bir dostu kəşf etdim.
 
Ordan-burdan danışıb söhbətə körpü salıram. Bir növ isinmə hərəkətləri... Son şeirlər kitabımı hədiyyə edirəm, dərhal nəzakətlə avtoqraf yazmağımı xahiş edir. Şeiri sevdiyini, arada şeirlər yazdığını bildiyim üçün, şeirdən söz salıram. Bayırda şırhaşır yağış yağır, adama bir siqaret yandırıb ilk tanışlığın gərginliyini qovuruq, həmsöhbətim isə şeirdən danışır:
 
- Şeiri çox sevirəm. Şeir digər yazı janrlarından daha çətindir. Müəyyən çərçivə daxilində fikirlərini ifadə etməlisən. Daxili ritm, qafiyə, heca bölgüsü var. Bəlkə də bütün bunlara görə şeiri istədiyin şəkildə yaza bilməzsən. Amma şeir insanın daxili dünyasını ifadə etmək üçün əvəzsizdir. Ümumiyyətlə, musiqi və ədəbiyyat insanın daxili dünyasını ifadə etmək üçün ən gözəl vasitədir. Şeirin ritmi, musiqisi məni cəlb edir. Hərdən yazıram. Amma daha çox romanları, hekayələri, esseləri sevirəm. Orta məktəb və universitet illərində nəsr yazmağa cəhd etmişəm. Sonradan buna vaxtım olmayıb. Nəsr yazmaq üçün vaxt olmalıdır.
 
Dünyada köşə yazarlığı ilə, yazıçılıqla məşğul olan insanlardan danışırıq. Yazmağa həvəsi olsa da, azsaylı oxucu kütləsinə xitab etmək istəmir.
 
- Əvvəllər klip çəkirdik, efirlərdə yayımlayırdıq. İndi sosial şəbəkələr var, “youtube” var və ölkədə klipin televiziya bazarı yoxdur. Milyonlarla insanın maraq dairəsini nəzərə almaq lazımdır. Kitab bazarında da vəziyyət eynidir. Yazıya kifayət qədər maraq yoxdur. Son illər bir qədər münasibət dəyişsə də, ədəbiyyat, publisistika kifayət qədər geniş yayılmır. Yazıb kimə xitab edəcəyəm? Mən kütləviliyə meylliyəm. Kütləviliyə meylli olmasaydım, müğənniliyi seçməzdim. Dar bir çevrə üçün yazmaq istəməzdim. Həmçinin, konkret mətbu orqanda mütəmadi yaza bilmərəm, buna hövsələm çatmaz.
 
Bəlkə də kitab yazsam, dinləyicilərin kitaba, ədəbiyyata marağı artar. Ancaq bir məqamı da deyim, onsuz da mənim dinləyicilərim kitab oxumağı sevən insanlardır. Dünyada tanınmışların memuar yazmaq ənənəsi var. Əgər memuar yazsam, bildiklərimi yazacam. Yazdıqlarıma görə də Azərbaycan şou-biznesində kütləvi intiharlar baş verə bilər (gülür).
 
Bildiklərimi yazmasam, yazdıqlarım maraqlı olmaz. Bu səbəbdən də hələ ki, memuar yazmaq haqqında düşünmürəm.
 
Kütləvilikdən söhbət açıldığı üçün söhbəti bu məcraya, elitar və kütləvi mədəniyyət söhbətinə yönəltməyə cəhd edirəm. Elitar və kütləvi mədəniyyətin sərhədləri haqqında fikir mübadiləsi edirik. Həmsöhbətim kütləvi, populyar eyni zamanda keyfiyyətli sənətin tərəfindədir. Onu kütləviləşməkdən daha çox musiqidə, incəsənətin digər sahələrində, idmanda, ədəbiyyatda, siyasətdə bayağılıq narahat edir. Mən internetin yaratdığı imkanların bayağılığa daha çox şərait yaratdığını düşünürəm. Onun izahatı isə fərqlidir:
 
- Ciddi musiqi, ciddi incəsənət tamam başqa məsələdir. Sovet dövründə klassik musiqini ciddi musiqi hesab edir, estradanı ciddi qəbul etmirdilər. Amma ciddi estrada musiqisi də var. Musiqini iki yerə bölmək olar: keyfiyyətli və bayağı. Hər kəsin özünü ifadə forması var. İnsan özü kimdirsə, ona uyğun da zövqü olur. Bu gün avaralar daha çoxdur və bu tendensiya bütün dünyada var. Zövqü formalaşdırmaq lazımdır. Zorla bu mümkün deyil. Yaxşı nümunə ilə, sevə-sevə bu işi görmək lazımdır. Kütlənin istədiyinin ən zövqlüsünü, ən keyfiyyətlisini ona təqdim etmək lazımdır. Zövq formalaşdırmaq, insanı imana, dinə dəvət etməyə bənzəyir. Bu iş sevgiylə olmalıdır.  İnternetdə kütləvi görünən bəzi şeylər real deyil. İnsanlar populyar olmaq üçün dəridən-qabıqdan çıxır. Bu adamların məşhur olmaq istəyini anlaya bilmirəm. Axı ağıllı insanlar dürr axtarır. Zibil nə qədər çox olsa da, ağıllı insanlar dürr axtarmaqdan yorulmurlar.
 
Mətbuatın və televiziyanın durumu onu da narahat edir. Lazımsız şoular, saytlardakı xəbər başlıqları, hazırlıqsız və savadsız aparıcılar, lazımsız informasiyaların yayılması, qalmaqallar ürəyincə deyil. Reytinq qurbanına çevrilən media, mənəviyyat alveri onu qorxudur. Oxumağı sevsə də,  ədəbiyyatın dünyanı xilas edə biləcəyinə inanmır:
 
- Ədəbiyyat dünyanı xilas etmək gücünü itirir və bu illər keçdikcə daha da möhkəmlənir. Çünki oxuyanların sayı getdikcə azalır. Bəlkə də kino, musiqi insanları xilas edə bilər. Əfsus ki, teatr da öz gücünü itirir. Bir müddət öncə Arif Məlikovun baletini izləyirdim. Arxada oturan cütlük öz arasında söhbət edirdi. Musiqiçi olduğum üçün 17-ci sırada oturanların belə söhbətini eşidə bilirəm. Xanım həyat yoldaşından soruşurdu ki, bunlar nə vaxt danışacaq?. Təsəvvür edin, baletə bu tip insanlar baxır. Mən qorxuram ki, bu gedişlə XX əsrin əvvəllərinə qayıdaq, sənətə mental dəyərlərlə qiymət verək. Son dövrlər incəsənət bəsitləşir. Sənətimizdə yad nəfəslər çoxalır. SSRİ-nin “dəmir pərdəsi” qalxandan sonra yaxın coğrafiyaya üz tutduq. Musiqimizdə ərəb, türk, fars boğazları özünə yer elədi. Baxdıqlarımızdan, gördüklərimizdən ən yaxşısını götürə bilmədik, əfsus. Musiqi bazarında notları bilməyən, alətləri tanımayan, telefona musiqi mızıldayıb, özünü bəstəkar sayanlar meydan sulayır. “Tutuzdurmaq” anlayışı musiqimizin, ədəbiyyatımızın, kinomuzun səthi olmasına səbəb olur. Dərinlik çatmır. İndi sənətə gələnlər pul qazanmağı düşünür, sənət yaratmağı düşünmür. Aktyor, musiqiçi, yazıçı, rejissor, bəstəkar olmaq üçün elm, savad lazımdır. Mütəxəssis olmalısan gərək. Fitri istedad nadir fenomendir.
 
Əvvəllər şəxsi nümunənin çox şeyi həll etdiyini düşünür həmsöhbətim. O sənətə başlayanda Müslüm Maqomayevdən, Polad Bülbüloğludan nümunə götürüb. Mütaliəyə marağı ailədən gəlir. Qardaşının böyük kitabxanası olub. Dünya xalqlarının nağılları, uşaq kitabları onu cansıxıcı sovet dövründə dünyayla tanış edib:
 
- İndi mütaliəyə maraq yox dərəcəsindədir. Bizə peşəkar müəllimlər dərs deyirdi. İndiki müəllimlərin əksəriyyəti isə pulla diplom alan “mütəxəssislər”dir. Bizim orta məktəb dövrü çox maraqlı idi. Təhsil aldığım vaxt məktəbimizdə bir sinif digərini riyaziyyat fənnindən yarışa dəvət edirdi. Dərsin ortasında rəqiblərimizin sinif qapısını döyüb, dəniz quldurları tək butulkaya məktub qoyub, yarışmaya çağırış edirdik. Özfəaliyyət dərnəkləri vardı və mən ifaçılığa özfəaliyyətdən başlamışam. İndi Təhsil Nazirliyi çalışır, aksiyalar keçirir. Mən də qatılıram bu aksiyalara. Bu yaxınlarda dəvət etdilər, “Tom Soyyerin macəraları”ndan bir parça oxudum. Amma bütün bunlar hələ ki, kifayət etmir.
 
Mən anlamasam belə, Freydu yeddinci sinifdə oxumuşam. Yunqla maraqlanmışam. Həmişə fərqlənmək istəmişəm. Bəstəboy insanlar lider olmağa can atır. Basketbolda fərqlənə bilməsəm də, futbolda çox yaxşı yarımmüdafiəçi, əla qapıçı idim məktəb vaxtı. Həmişə çalışırdım ki, bəstəboyluğumdan yox, savadımdan, yaxşı oxumağımdan danışsınlar. İnsanlar özlərinə bənzəməyənləri sevmirlər, buna ksenofobiya deyilir. Buna görə ağlımla, cəsarətimlə, savadımla, mütaliəmlə fərqlənməyə çalışırdım.
 
Düşüncələrini, həyata baxışını uşaqlıqda oxuduğu yunan və roma əsatirləri dəyişib. Fantastika, detektiv, macəra romanlarını çox sevir. Dinamik həyat yaşadığı üçün ağır və yorucu təsvirçilik olan əsərləri sevmir. Seriallara baxmır və seriala baxmağı vaxt itkisi hesab edir. Gözəl filmlərə vaxt ayırmaqdan zövq alır.
 
- Əsərin dinamikası mənim üçün vacibdir. Məsələn, Tolkinin “Üzüklərin əfəndisi” romanı əsər əsasında çəkilən film qədər dinamik deyil. Həddindən artıq təsvirçilik, detalçılıq məni yordu. Bəzi filmlər isə kitablarından daha maraqlıdır. Kinoya baxmağı çox sevirəm, müxtəlif filmlərin qala gecələrinə gedirəm. Bəzilərindən ağız dolusu danışıram, bəziləri haqqında susuram. Məsələn, “Pərdə” filmi haqqında çox xoş sözlər eşitmişəm və yəqin ki, tezliklə baxacam. Seraillara baxmaqdan çəkinirəm. Hardansa oxumuşdum ki, seriala baxmaq insanı axmaqlaşdırır. Seriallardansa kitablar məni daha çox cəlb edir. İki aydır heç nə oxumuram, hərdən belə boşluq olur. Daha çox bestsellerləri oxuyuram. Bestseller sözünün özündə də bir az narahatçılıq var. Bestseller - çox satılan deməkdir. Çox satılan isə ya çörək olur, ya da tualet kağızı. Təəssüf ki, bəzən tualet kağızı alırıq.
 
Qəfildən Marsel Prustdan, Poznerin öz proqramında müsahiblərinə “Prustun sualları”nı ünvanlamasını xatırlayırıq. Həmsöhbətim Prustu oxumağa cəhd etməyib, amma Poznerin sualları Prustdan götürülmədiyinə əmindir və ona görə bu suallar Prustun sualları deyil, daha çox Prustsayağıdır. Amma bu suallardan biri - “Allahla görüşsəydiniz ona nə deyərdiniz?” onun üçün çox maraqlıdır:
 
- Müxtəlif qonaqların bu suala cavablarını dinləmişəm və mənə elə gəlib ki, mən də məhz bu cavabı verərdim. Bu anda isə düşünürəm ki, Allahla qarşılaşsam, ona heç nə deməzdim. Allahın məndən nə isə soruşmasını, mənimlə danışmasını gözləyərdim. Bu dünyada böyük-kiçik anlayışını qoruyuram və o dünyada da yəqindir ki, qoruyacam. İnanclıyam, amma fanatik deyiləm. Dinə münasibətim bir qədər fərqlidir. Məncə, din hakimiyyət üçün istifadə edilmirsə, gözəldir. İslam dini isə digər dinlərlə müqayisədə çox gözəldir, çünki bu dində Allahla bəndə arasında vasitəçi yoxdur. Olur ki, dini kitablar da oxuyuram. Cahil din adamları, axmaq fətvalar mənə çatmır. “Yer kürəsi fırlanmır”, “Kişi ac olanda öz arvadının ətini yeyə bilər”, “Bütün müharibələrin səbəbi qadınların cins şalvar geyinməsidir” tipli söhbətləri axmaqlıq, sanki mağarada yaşayanların cahilliyi hesab edirəm.
 
Uşaqlara və gənclərə özünəməxsus tövsiyələri var. Söhbətlərindən anlayıram ki, uşaq ədəbiyyatının və uşaq mahnılarının kifayət qədər olmaması onu narahat edir. Hətta gözəl bir uşaq mahnısı yazılsa məmnuniyyətlə oxuyacağını deyir. Oxumaqla bağlı tövsiyələrini dilə gətirəndə başa düşürəm ki, biz bir çox məsələdə həmfikirik:
 
- Uşaqlara mütaliəni aşılamaq üçün onlara nağıl oxumaq vacibdir. Övladlarımızı nağıl oxumağa həvəsləndirmək lazımdır. Sadə, asan kitablardan başlamaq, mütaliə vərdişini formalaşdırmaq vacibdir. Musiqi zövqünü formalaşdırmaq üçün isə köhnə Azərbaycan filmlərinin musiqilərinə qulaq asmaq, böyümək üçün Rübabə Muradovanı dinləmək məsləhətdir, məncə.
 
Müasir gənclərin musiqi zövqünü xeyli müzakirə etdik və bayağılığın əslində trendə çevrildiyinin fərqinə vardıq. Gənclərin nümunə götürdüyü şəxslərin parıltılı həyatının yanlış nümunə olduğunu xüsusilə vurğulayır xalq artistimiz:
 
- Gənclər baxırlar ki, intellektual, ciddi savadı olan adamlar əziyyət çəkir. Məsələn, sizi götürək. Gənclər baxır ki, Cəlilin son model telefonu, bahalı maşını, brend geyimləri, deyək ki, yaxtası yoxdur. Bu, artıq onlar üçün cəlbedici deyil. Amma hansısa bayağı müğənninin dəbdəbəli həyatı nümunədir. Müğənnilərimizdən biri də efirdə demişdi ki, alimin də soyuducusuna baxın, mənim də. Əslində, mən onu ürək ağrısı ilə qəbul etdim. Haqlı idi, amma hesab edirəm ki, fikirlərini düzgün ifadə etməmişdi.
 
Siz bir yazar olaraq, asan qazanc, "lüks həyat" arzusunda olanlar üçün göstərici deyilsiniz. Sizin haqqınızda ən yaxşı halda deyəcəklər ki, “acından günorta durur”. O tip insanlara zahiri parıltı lazımdır, mənəviyyat lazım deyil. Mən bəzən gənclərlə söhbət edəndə deyirəm ki, sizi anlamıram. 13-14 yaşında sekslə məşğul olurlar, 14-15 yaşında narkotik qəbul edirlər, olmazın ekstrimlərin dadına baxırlar. Elə yaşayırlar ki, 30 yaşında həyata marağını itirirlər. İndi təəssüf ki, gənclər tamam başqa meyarlarla yaşayır.
 
Əslində söhbətimiz  minor notlarda yekunlaşmadı. 3-4 saatlıq söhbətimizin bütün detallarını yazmaqla, sizləri yormaq istəmirəm. Ona görə də yazını burada yekunlaşdırmağı münasib bildim.
 
MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az