• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Rusiyanın yüksək çinli rəsmisindən Bakıya təhdid- Separatizmə açıq dəstək

16:44 05.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İraq Kürdüstanının ardınca İspaniyanın Kataloniya bölgəsində keçirilmiş qalmaqallı referendumdan sonra Avropada, Avropa Birliyində yeni, gərgin bir situasiya yaşanır

Bu da Birlik ölkələrində separatçılıq dalğasının daha da genişlənəcəyindən dolayı narahatlıqla bağlıdır. Çünki təşkilata bir çox üzv dövlətlərin ərazisində analoji separatçılıq ocaqları az deyil.

Separatizm isə istənilən dövləti daxildən zəiflədən bir hərəkatdır – o dövlətin daxili dayaqları nə qədər güclü olsa belə. Üstəlik, həmin separatizmə xarici dəstək də varsa, vəziyyət daha da qəlizləşir. Kataloniya timsalında məhz bu amil də rol oynayır. Özü də gizli-açıq dəstək hardan gəlsə yaxşıdır? Artıq təsdiqləndiyi kimi, son vaxtlar əli ABŞ-dan tutmuş, Avropaya qədər keçirilən səsvermələrə “çatan” Rusiyadan.
Əksər analitiklərə görə, Kreml, prezident Putin bu yolla, yəni Avropa Birliyi ölkələrini daxildən zəiflətməklə, onların arasında nifaq yaratmaqla təşkilatı dağıtmaq və ya zəiflətmək, bu yolla da özünə qarşı 4 ildir Krıma görə tətbiq edilən sanksiyalardan qurtulmaq niyyəti güdür. Yəni bəlli olur ki, Rusiya postsovet məkanında 26 ildir yürütdüyü separatizmə dəstək siyasətini indi də Avropaya qarşı tətbiq edib öz geosiyasi maraqlarını təmin eləmək xətti götürüb.

Vaxtilə yazdığımız kimi, bu, əslində Kremlin “B planı”dır. Yəni guya konfliktlərin Moskvaya dəxli yoxdur, amma onun Rusiyasız həlli də, faktiki, mümkün olmur. “A planı” isə birbaşa işğal-ilhaq planıdır ki, Rusiya bunu Abxaziya, Cənubi Osetiya və Krım timsalında artıq əyani nümayiş etdirib.

Bu arada Rusiyanın kifayət qədər yüksək çinli rəsmisinin – Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin Kataloniyada ötən bazar günü keçirilmiş referendumdan dərhal sonra verdiyi və əfsus ki, diqqətdən yayınan açıqlaması yada düşür. Bir neçə səbəbdən onu yada salmağın xüsusi yeri var.

Kosaçev deyib: “İspaniya mərkəzi hökuməti katalonlarla dialoqa getməlidir. Əgər İspaniya hökuməti əvvəlki kimi katalonları separatçı saysa, tərəflər arasında konflikt dərinləşəcək. Eyni formada öz müqəddəratını müəyyən etmək haqqına Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya xalqları malik olublar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyaya münasibətdə hərbi güc tətbiq edilib. Saakaşvilinin 2008-ci ildə hərbi avantürası Cənubi Osetiya və Abxaziya xalqlarının öz müqəddəratını təyinetmə haqqını geridönülməz etdi. Bu məsələni Kişinyov və Bakıda da xatırlamalıdırlar. Nə qədər ki, gec deyil, İspaniya və digər analoji problemlərlə üz-üzə qalan ölkələr cəld şəkildə xatırlamalıdırlar ki, öz xalqı ilə savaş dövlətin möhkəmlənməsi çox, onun süqutu ilə nəticələnəcək. Dövlət öz vətəndaşları ilə danışmağı bacarmalıdır. Bunu bizim Rusiyada etdiyimiz kimi etmək lazımdır”.

Əlbəttə ki, bu yerdə cənab Kosaçevə “Elə isə nədən müstəqillik istəyən və bunu referendumla təsdiqləmiş çeçen xalqını 90-cı illərin əvvəllərində qan gölündə boğdunuz” sərt sualını vermək də olardı. Amma nə faydası? Rusiya nə vaxt öz gözündəki tirləri görüb ki?

İstənilən halda Rusiya rəsmisinin yuxarıdakı əsl mənada təxribatçı bəyanatı onun hansı dövləti təmsil eləməsi nəzərə alınaraq, üç aspektdən xüsusi diqqət çəkir:

İspaniyadakı və Avropa Birliyinin digər demokratik ölkələrində Kremlin separatizm dalğasında maraqlı olduğunun və hətta bunda barmağı olduğunun parlaq sübutu kimi;

Postsovet məkanındakı etnik-ərazi münaqişələrinin, o sırada Dağlıq Qarabağ məsələsinin arxasında da Rusiyanın dayandığının növbəti təsdiqi və Bakıya da təhdid və xəbərdarlıq mesajı kimi (“Sizi də Gürcüstanın gününə salarıq”);

Belə bir təhdidedici bəyanatın Rusiyanın hansısa müstəqil politoloqu və ya siyasətçisi (məsələn, Vladimir Jirinovski) tərəfindən deyil, məhz Moskvanın yüksək rütbəli rəsmisi tərəfindən səslənməsi kimi.
O üzdən rəsmi Bakının, ilk növbədə də bizim XİN-in  Rusiya yetkilisinin bu sərsəm bəyanatına münasibət bildirməsi çox vacib idi. Rusiya tərəfindən izahat da istənilə bilərdi. Çünki bu, Rusiyanın baş diplomatı Sergey Lavrovun “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” kimi məlum avantürist bəyanatından mahiyyət etibarilə heç nə ilə fərqlənmir və özündə Azərbaycana qarşı “barmaq silkələməsi” anlamını verir.

Heç təsadüfi deyil ki, bu arada Moskva Azərbaycanın qərbə (həm siyasi, həm də coğrafi mənada) əsas qapısı sayılan, AB və NATO-a birmənalı inteqrasiya kursu götürmüş, “ipə-sapa yatmayan” Gürcüstanı daxildən qarışdırmaq səyləri artırıb. Söhbət son günlər erməni əhalinin kompakt yaşadığı Cavaxetiya bölgəsindən gedir.


Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu dəfə narazılıq erməni kəndlərinin birində, köhnə kilsə ərazisində erməni “xaçkar”ı (xaçı) ucaltmaqla bağlı yaranıb. Ancaq gürcü polisi buna imkan verməyib. Polis və sakinlər arasında yaralananlar var.

Ancaq güc tətbiqi əsaslıdır. Çünki çoxdan məlumdur ki, ərazilərin “erməniləşdirilməsi”, yaxud mənfur qonşuların “sürünən işğal” elə bu “xaçkar”lardan başlayır. Olayla bağlı Gürcüstanda tanınmış erməni xadimi, 2009-cu ildə təxribatçı çağırışları və qanunsuz silah saxlamasına  görə həbdə yatmış Vaaqn Çaxalyan xüsusi bəyanat verərək, rəsmi Tiflisi hədələyib.

Onu da yada salaq ki, neçə aydır Gürcüstanla Ermənistan arasında yeni səfirlə bağlı qalmaqal da yaşanır. Xəbər verdiyimiz kimi, Tiflis Rusiyanın adamı saydığı yeni səfir Sergey Minasyanı qəbul eləmir və ona aqreman vermək istəmir. İstisna deyil ki, Moskva həm də bu gərginlikdən yararlanaraq, Cavaxetiya əhalisini Tiflisə qarşı qaldırmağa çalışır.
Nəhayət, diqqətə onu da çatdıraq ki, Azərbaycandan Avropa bazarlarına istiqamətlənən iri neft-qaz kəmərləri, habelə tezliklə işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu ermənilər yaşayan bölgənin yaxınlığından keçir – hansı layihələr ki, əslində Rusiyanın da regiondakı iqtisadi-energetik maraqları ilə ziddiyyət təşkil edir, Azərbaycanla Gürcüstanın Kremldən geosiyasi asılılığını minimuma endirir. Eyni zamanda işğalçı Ermənistanın – Rusiyanın bölgədəki əsas forpostunun blokadasını daha da ağırlaşdırır.
“Erməni kartı”nın təzə qiyafədə işə salınmasına təəccüblənməyin yeri qalmır…(musavat.com)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az