• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Ayaqüstə ölümü dizüstə yaşamaqdan üstün sayan 47 yaşlı neft taciri qalib gələ biləcəkmi?

10:28 05.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qırğızıstan – Mərkəzi Asiyada radikal islamın qüvvə topladığı ən təhlükəli bölgə

2015-ci il məlumatına görə, vur-tut, 6 milyon əhalisi olan və Çin, Özbəkistan, Tacikistan, Qazaxıstanla dövrələnən, Avrasiya İqtisadi İttifaqına daxil olan Qırğızıstan yaxın günlərin prezident seçkiləri havası ilə yaşayır.

Namizədlərin sayı ondan çox olsa da, əsas qovğa keçmiş baş nazirlər Omurbek Babanovla Sooronbay Jeenbekov arasında gedir və yerli müşahidəçilər düşünürlər ki, Babanov Rusiyayönlü, Jeenbekov isə Səudiyyəyönlü (yəni ABŞyönlü) qüvvələri təmsil edir….   

Ekspertlər qeyd edirlər ki, respublikada bu dəfəki prezident seçkiləri çox mürəkkəb geopolitik motivlərin kəsişdiyi və bölgəni yaxın perspektivdə hərbi-siyasi burulğana, terrorçuluq dalğalarına sürükləyəcək zaman kəsiminə təsadüf edir. Və sözügedən bölgədə hazırda ən qorxulu tendensiyalar Fərqanə vadisində müşahidə olunur. İş burasındadır ki, bu vadi üç respublikanı – Qırğızıstan, Tacikistan və Özbəkistanı qovuşdurur. 1989-cu ildə burada baş vermiş millətlərarası qanlı qırğınlar yaddaşlarda hələ də yaşayır və bu yaddaşın bir daha püskürməsi üçün adi bir qığılcım yetərlidir…

Suriya və İraqdakı döyüşlərdən sınıq çıxmış İŞİD-in, yəni, radikal islamın Əfqanıstana köç etdiyi haqda məlumatlar nəzərə alınsa, Əfqanıstanla qonşu Mərkəzi Asiyanın, o cümlədən Qırğızıstanın da yaxın gələcəkdə gərgin hadisələr yaşayacağı istisna olunmur. Yerli müşahidəçilərin məlumatına görə, bu baxımdan bölgə ölkələri içində Tacikistanla Qırğızıstan daha güclü və potensial təhlükə ocağıdır. Onlar yazırlar ki, Qırğızıstanda məscidlərin sayı məktəblərin sayından çoxdur və İŞİD-in ideya qaynağı olan vəhhabilik artıq ali dövlət strukturlarına sızıb, hətta respublika parlamentində məscid fəaliyyətdədir.

Bölgənin durumu haqda bu qısa icmaldan sonra Strateq.az olaraq Orta Asiya KİV-lərinə istinadən  respublikada prezident kreslosu uğrunda mübarizəyə qoşulmuş hər iki namizədin həyat yolu, seçilmə perspektivi və siyasi yönü haqda oxucularımıza geniş məlumat verməyi nəzərdə tuturuq (sabahkı buraxılışımızda Sooronbay Jeenbekov haqda oxuyacaqsınız).

Omurbek Babanov – iş adamı, deputat, baş nazir və prezidentliyə namizəd

Qısa arayış:

Tam SAA: Babanov Omurbek Toktokul oğlu

Doğum: 20 may 1970-ci il (47 yaş)

Ailə durumu: evli, dörd övladı var.

Təhsili: Akademik Timiryazev adına Moskva Kənd Təsərrüfatı, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı və Qırğızıstan hökuməti yanında Dövlət Hüquq akademiyalarını bitirib.

Partiya mənsubiyyəti: “Respublika-Ata-Jurt” lideri

Siyasi karyerası haradan başlanıb: Qırğızıstan parlamentinin deputatı (2005)

Keçmiş seçkilərdə iştirakı: yoxdur

Dövlət idarəetməsində ən yüksək vəzifəsi: respublikanın baş naziri (2011-2012)

Talas vilayəti Kara-Buurin rayonu Şımkent kəndində doğulub. 1988-ci ildə sovet ordusunda hərbi xidməti başa vurub. Atası – kənd təsərrüfatçısı və Qırğızıstan SSR Ali Sovetinin deputatı Toktokul Babanov yeganə oğlunun aqrar sahəyə yönlməyini istəyirdi və bu üzdən onu Moskvaya – Akademik Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aqronomluq və biotexnologiya fakültəsinə oxumağa göndərib. (Yeri gəlmişkən, bir çox sovet nazirləri, vilayət rəhbər və qubernatorları zəngin ənənəsi olan bu akademiyanı bitiriblər.)

Babanov atası ilə birlikdə

Babanov akademiyanı bitirəndən sonra Qazaxıstanın güneyindəki Taraz şəhərinə gedərək bir neçə il “Arlan”, “Biznes-Oil” və “Kır-Kor” şirkətlərinə başçılıq edib. Bu şirkətlər indi otel biznesi, avtomobil yanacağı tədarükü və mülklə məşğul olur. 

Babanov biznes haqqında: “Biznes məni üç başlıca vərdişə alışdırıb: strukturlu düşünmək, effektli olmaq və ən əsası, insanlarla, sadə adamlarla işləmək bacarığı”.

Babanov 1998-ci ildə Qazaxıstandan dönərkən Qazaxıstanın neft məhsullarının emalı ilə məşğul olan “Şımkentnefteorqsintez” müəssisəsinin Qırğızıstanda tam səlahiyyətli təmsilçisi olub. Bir ildən sonra, yəni onu 29 yaşında Qırğızıstanın neft məhsullarının tədarükü üzrə “Munay” müəssisəsi direktorunun müavini təyin ediblər. Müəssisə 1999-cu ildə “Qırğızıstanın neft məhsulları ilə təminatının sabitləşdirilməsi və formalaşmış infrastrukturdan istifadə effektinin yüksəldilməsi, həmçinin neft məhsullarının daşınması ilə bağlı dövlət büdcəsinə ödənişlərin daxil olmasının tamlığını təmin etmək” üçün  prezident Əskər Akayevin sərəncamı ilə yaradılıb.

Babanov “Munay”da bir il işlədikdən sonra Cəlalabadın keçmiş pambıqtəmizləmə zavodunun çevrildiyi “Qırğızpambıq” müəssisəsinə başçılıq edib. “Qırğızpambıq” səhmlərinin əsas hissəsi Rusiyanın “Alyans” sənaye qrupuna məxsus idi. Babanov 2004-cü ilədək dörd il müddətində bu müəssisəyə başçılıq edib, eyni zamanda Şımkent “PetroQazaxıstan Oyl Prodakts” neft emalı zavodunun Bişkek təmsilçiliyinin rəhbəri olub.

2004-2005-ci illərdə Qazaxıstandan topdan yanacaq tədarük edən və bu sahədə faktiki monopoliyaçı olan “Munay Mırza” müəssisəsinin direktorlar şurasında olub. Babanov neft şirkətlərindəki fəaliyyəti sayəsində 2000-ci illərdə qırğız mətbuatında ən varlı neft tacirlərindn biri kimi ad çıxarıb.

Siyasətə gəlişi

Babanov 2005-ci ildə Talas vilayətinin 56 saylı Kara-Buurin dairəsindən III çağırış parlamentin deputatı olub. Babanov daxil olmaqla birinci turda seçilmiş deputatlar qrupu “Lalə inqilabı”na iki həftə qalmış – martın 24-də “fitnəyə uymamaq” çağırışı ilə müraciət yayıb. Babanov bütün üçüncü çağırış ərzində hökumətin tənqidçisi və baş naziri müavini Daniyar Usenovla dalaşan adam kimi yadda qalıb.

Müxalif qüvvələr 2006-cı ilin payızı və 2007-ci ilin yazında prezident Kurmanbek Bakiyevin istefasını tələb edərkən Babanov mitinqlərin ən fəal iştirakçılarından biri olub.

Babanovla siyasi çəkişmələrə baxmayaraq, Bakiyev 2009-cu ildə onu baş nazirin I müavini təyin edib, lakin müxalifcəsinə köklənmiş siyasətçi elə həmin il öz arzusu ilə istefa verib.

2010-cu ildə Bakiyevlər ailəsi qaçdıqdan sonra keçid dövrü prezidenti Roza Otunbayeva Babanovu yenidən baş nazirin I müavini təyin edib, 2011-ci ilin oktraybında isə Almazbek Atambayev Qırğızıstan prezidenti seçildikdən sonra baş nazir vəzifəsinin icrasına başlayıb.

Parlamentlə atışma və istefa

Babanov 2010-cu il aprel hadisələrindən sonra parlament seçkilərində 13 % seçicinin səsini alan “Respublika” partiyasını qurub. O, nazirlər kabinetinin başçısı vəzifəsində parlamentlə tez-tez qovğaya girişib. Siyasətçi, dörd partiyadan ikisi onun baxışlarından narazılıq üzündən hakim koalisiyanı tərk etdikdən sonra istefa verib.

Babanov sonralar 2015-ci ildə yenidən Joqorku Keneşin (qırğızca: Ali Sovet-tərc.) deputatı seçilib.

2017-ci il iyulun 1-də Xalq Qurultayında Babanovu prezidentliyə namizəd kimi irəli sürüblər, amma o, MSK-ya sənədləri öz namizədliyini irəli sürən kimi təhvil verib.

Qırğızıstanın özbək əhalisi prezidentliyə namizədlərin seçkiqabağı mübarizəsində növbəti dəfə xırda pula çevrilib. Ölkədə milyona yaxın özbək yaşayır, sayca ikinci xalqdır, amma fərqi yoxdur, onları ən hüquqsuz insanlar adlandırmaq olar. Respublikanın yerli əhali təmsilçilərinin hüquqları haqda istənilən xatırlatma millətçiləri və uraçı vətənsevərləri özündən çıxardır. Hansısa xoşagəlməz jurnalisti və yaxud siyasətçini, məsələn, seçkiöncəsi prezident qovğasının favoriti Omurbek Babanovu uzaqlaşdırmaq lazım gələndə hökumət millətçilik mövzusunu fırlatmağa başlayır. Qırğızıstan prezidentliyinə namizədlər arasında qarşıdurma güclənir. Hakimiyyət partiyasının “adamı” Sooronbay Jeenbekov seçicilərin rəğbətinə görə öz rəqibi Omurbek Babanova aşkarca uduzur. Dövlət aparatı Babanovu neytrallaşdırmaq və yaxud, heç olmasa, diribaşlığını səngitmək üçün ləkələməyin ən müxtəlif və çirkli fəndlərinə əl atır. Əvvəlcə bu faktı vurğulayıblar ki, namizəd “əsil” qırğız deyil. İndi isə onu özbəkləri qiyama çağıran separatçı kimi qələmə verirlər. Babanov sentybarın 28-də Qırğızıstanın cənub paytaxtı, əsasən özbəklərin məskunlaşdığı Oşun sakinləri ilə görüşüb. O, yerli sakinləri hakimiyyətin fitnələrindən qorxmamağa çağırıb: “Mən prezident olanda ölkəmizdə insanın millətinə deyil, perşəkarlığına baxacaqlar. Qırğızlar, özbəklər, qazaxlar, taciklər – hamısı bərabər olacaq! Biliyindən asılı olaraq hər kəsin yaxşı işi olacaq. Ölkəmizin sərvəti onun çoxmillətliliyindədir. Biz ölkəni bir yerdə inkişaf etdirəcəyik! Dəyişikliklərin vaxtı gəlib! Mənə deyiblər ki, bu görüşə mane olublar. Danışırlar ki, bizim bannerləri sökür, qərargahlarımızın rəislərini qorxudur, sizə hədə-qorxu gəlir və görüşümə gəlməməyi hökm edirlər. Sonra nə olacaq? Siz bu cür yaşamaq istəyirsiniz? Sizin təmiz suyunuz yoxdur, indiyədək bunu sizə gətirə bilməyiblər! Əziz xalq, özbək xalqının əziz təmsilçiləri, dizüstə yaşamaqdansa ayaqüstə ölmək daha yaxşıdır! Siz bir olsanız, heç kim sizi qorxuda bilməz”.

Bu çıxışdan sonra hökumətyönlü KİV-lər Babanovu separatizmdə ittiham etməyə başlayıb və onu “separatçı”, “xəzinə oğrusu”, sadəcə, “cinayətkar” adlandırır.

Respublika xüsusi xidmətləri həmin çıxışın viodeoçarxını öyrənir, “ağsaqqallar” isə hökuməti “tədbir görməyə” çağırırlar…

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az