• Xəbər lentİ
Fləş

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Krallar kimi yaşayan “Qaçqınkom” məmurunun oğlu və çəkilən məzlum ahları - FOTOLAR

12:48 23.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ağdam “Qaçqınkom”nun oğlu atasının “qaçqın pulu” ilə krallar kimi kef edir

Necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir?

Bura Azərbaycandır. Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir.

Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir. Açığı oğul İbadovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxdıqda adam zənn edir ki, bu gənc məcburi köçkünlərin problemləri ilə məşğul olan qaçqın məmurun oğlu yox, Hacıqabulda ov ovlayıb, quş quşlamağa gələn Dubay əmirinin oğludur. Və bu zaman adam doğurdan əli üzündə mat qalır. Mat qalır ki, ayda təqribən 500-600 manat maaş alan bir məmur heç bir yerdə işləməyən oğluna 60-70 min dəyərində avtomobilləri necə alıb? Və işsi-gücsüz, Ağdam Dövlət İqtisadi Kollesində təhsil almış bir gənc Ağdamda, Bakıda, Qəbələdə, Oğuzda, Qaxda, Gürcüstanda kef məclislərini necə qurur? Hansı pulla dostlarını başına yığıb hər gün hesab ödəyir? 



Bu sualların cavabını təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadov bilir. Və böyük ehtimalla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bilir. Çünki bir müddət əvvəl məhz Əli Həsənovun nəvələrinin lüks həyatı da mətbuatın müzakirə obyektinə çevrilmişdi. Amma Dövlət Komitəsinin sədri nəvələrinin milyarder həyat şəraitini susmaqla izah etmişdi. 

Yəqin ki, Qabil İbadov da Dövlət Komitəsinin sədri kimi oğlunun və özünün krallar kimi yaşamasını susmaqla izah edəcək. Çünki bura Azərbaycandır və susmaq belə hər şeyi izah edir. Amma birdə yuxarıda qeyd etdimiz kimi, Bakıda zirzəmilərdə siçan-siçovulların içində 20 ildir yaşayan yüzlərlə qaçqın ailəsi də var və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər dəfə bildirir ki, həmin ailələri dözülməz şəraitdən xilas etmək üçün işlər görülür…

Bəs necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir? MilliYol.Az apardığı araşdırmada məhz bu suala cavab tapmağa çalışıb.

“Qaçqınkom” məmuru qaçqınlardan necə qazanır?

MilliYol.Az-ın Ağdam qaçqınları arasında apardığı araşdırma nəticəsində məlum olub ki, Qabil İbadovun “qaçqın biznesinin” şaxələri genişdir və bu biznes sahəsində cənab İbadov hər il milyonlar qazanır. Misal üçün “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdiri qaçqın olmayan ağdamlıların uşaqlarına qaçqın vəsiqəsinin birini 3000 manata satır. Bazarda tələabat isə böyükdür. Çünki qaçqın olmayan ağdamlıların “qaçqın” uşaqları bu yolla çoxlu imtiyazlardan istifadə edə bilirlər. O cümlədən ödənişli təhsil müəssisələrində pulsuz təhsil ala bilirlər. Ağdamlılar bildirirlər ki, təkcə “vəsiqə alveridən” Qabil İbadov hər il 100 min manata qədər gəlir əldə edir. Çünki qaçqın vəsiqəsi almaq istəyənlər çox olur. Bundan başqa “yeni qaçqınlara” ayrılan dövlət müavinatları da Qabil İbadova çatır. Yəni plastik kartlar “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirində qalır və bu da əvvəlcədən razılaşdırılr.

Həmçinin Qabil müəllim Bakıya köçən həqiqi qaçqınlara miqrasiya sənədini 500 manata verir. Qaçqınlara verilən hər hansı bir qanuni sənədin qiyməti isə 20 manatdır. Ağdamlı qaçqınların dediyinə görə, Qabil İbadovun gündəlik gəliri hardasa 3-4 min manat arasında dəyişir. Və bu gəlirlərə hələ bir çox maxinasiyalar da aiddir. Misal üçün müavinətlərin verilməsi üçün sənədələrdən, qaçqınlar üçün tikilən mənzillərin satışından şöbə müdiri ciddi gəlirlər əldə edir. Yəni “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirinin əsas işi qaçqınlara qanuni yolla düşən imtiyaz və haqqları satmaqdır. Ki bu adamda açıq şəkildə, hər kəsin gözü qarşısında qaçqınların imtiyaz və haqqlarını onlara satır.



Oğul İbadov krallar kimi yaşamağı “haqq” edir, çünki…

Ağdamlı qaçqınlar MilliYol.Az-a bildiriblər ki, Qabil İbadovun Ağdamda pul yığanı bacısı oğlu Vəzir adlı şəxsdir. Vəzir sadəcə qaçqınlarla dayısının arasında “makler” rolunu oynayır və hər bir sənədin pulu Vəzirə çatmadan heç kim hər hansı bir sənəd ala bilmir. Bu “Qaçqınkom”un Ağdam rayon şöbəsində “qızıl qanundur” və bunu bütün ağdamlılar bilir. Və təbii ki, hər gün havadan minimum 2-3 min manat qazanan atanın oğlu bahalı maşınlarda gəzməyi, həmçinin hər gün kef məclisləri qurmağı “haqq” edir. Oğul İbadov atasının və məzlum qaçqınların hesabına krallar kimi yaşamağı da “haqq” edir… 

Çünki yuxarıda da dediymiz kimi, bura Azərbaycandır. Yəni burda yüzlərlə ailənin üzvü zirzəmidə, siçan və siçovulların içində, dəhşətli antisanitariya vəziyyətində yaşamasına baxmayaraq, həmin məzlum ailələrin ahı üzərindən bir məmurun hər gün külli miqarda qazanc əldə etməsi adi hal kimi, hətta həmin məmurun “ata haqqı kimi” qəbul olunur...

Və bu şəkillər Bakının göbəyində, Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasında və məşhur "Gilavar" restoranı ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binası arasında, Koroğlu Rəhimov 2 ünvanında yerləşən keçmiş xəstəxananın zirzəmisində yaşayan qaçqın və köçkünlərin yaşam səviyyəsini göstərir. Ətraflı məlumatı aşağıdakı linkdən oxuyun: 

"Bakının göbəyində mağara insanları - Onları bura Əli Həsənov gömüb"





Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Növbəti yazımızda oxuyacaqsınız: 

Ata və oğul İbadovların rəngərang həyatının Bakı cizgiləri;

Ata və oğulun “Topaz” sevgisi. İbadovlar futbol qumarında nə qədər uduzublar;

Oğul İbadovun kef məclisləri - haralarda və kimlərlə;

Qabil İbadovun Bakıdakı “Sərin” restoranıdakı kef məclislərinin xülasəsi;

Qabil İbadova hamilik edən sirrli ağdamlı kimdir;

Oğul İbadovun sosial şəbəkədə paylaşdığı şəkilləri oxucularımızın diqqənə cəlb edirk:

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az