Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.Qasımov 11 il, A.Qəhrəmanov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüb. Onlar Azərbaycana qayıdarkən həbs olunublar. A.Qəhrəmanov Suriyaya 2013-cü ildə gedib. Onun yol xərcini isə tanışı Rəşadət Qasımov ödəyib.
Təqsirləndirilən A.Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriayaya gedib orada baş verənləri gördükdən sonra fikrindən daşınıb və geri qayıdıb.
Digər təqsirləndirilən R.Qasımov isə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində A.Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərsiz olduğunu göstərib. Afiqin ondan borc pul istədiyini deyib. Həmçinin, ifadəsində “ən-Nusra” cəbhəsində olan şəxslərin onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini bildirib.
A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunublar.
MilliYol.Az
Digər xəbərlər
loading...