Kataloniya bir neçə gün ərzində müstəqilliyini elan edəcək
Bunu Kataloniya Baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Kataloniya hökuməti bu həftənin sonu, ya da gələn həftənin əvvəlində bu istiqamətdə hərəkətə başlayacaq.
Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada İspaniyanın tərkibindən ayrılmaq barədə səsvermə keçirilib. Seçkidə 2,26 milyon insan iştirak edib. Səsvermənin nəticəsinə görə, 90% insan müstəqilliyə səs verib.
Madrid bu referendumu qeyri-qanuni hesab edir.(axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...