• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Bizim məmurlarla heç bir işimiz yoxdur“ - İlkin Həsəni

17:42 29.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

MilliYol.Az publika.az-a istinadən İlkin Həsəninin müsahibəsini təqdime dir:

- İlkin bəy, bir müddət əvvəl sizinlə telefonda danışmışdım. Dediniz ki, çəkilişləriniz var... Nə çəkilişi idi?

- Biz artıq dördüncü ildir kinoteatrlar üçün filmlər çəkirik. “Bozbash Pictures” kimi gördük ki, yaxşı reytinqimiz var, tamaşaçılarımız baxır, bəyənir, sevənlərimiz günü-gündən çoxalır, televiziyadakından daha artıq nə isə etmək istədik. İki seçim qarşısında qalmışdıq. Biri konsert idi, o biri isə film. Müasir kinoteatrlarımızın sayının artdığını və insanların türk filmlərinə marağının çoxaldığını nəzərə alıb, fikirləşdik ki, yerli filmlərimiz olsa, tamaşaçılarımız gələr, baxar. On min, iyirmi min, otuz min tamaşaçı da olsa, bizim üçün yetərlidir. Və başladıq filmlər çəkməyə. İlk filmimiz “Ay Brilliant” oldu. Bundan sonra hamı film çəkməyə başladı. Təbii, bunlardan yaxşıları da oldu, daha çoxu isə uğursuz alındı. Biz də dayanmadıq. Növbəti işimizə daha çox maraq yarandı. Düşündük ki, belədirsə, niyə davam elətdirməyək?

- Sizin təhsiliniz nədir?

- Mədəniyyət və İncəsənət Universiteti, televiziya rejissorluğu.

- Özünüzü aktyor hesab edirsiniz?

- Xeyr! Mən 2001-ci ildən ATV-dəyəm. Fəaliyyətə radioda xəbər diktoru kimi başladım. Sonra veriliş təklif olundu. Özüm heç kimə demədim mənə veriliş verin. Müdir özü dedi ki, istedadın var, diksiyan var, görünüşün var, niyə də bir veriliş aparıcısı olmayasan? Sırf veriliş aparıcısı kimi fəaliyyət göstərməyə başladım. 2005-ci ildə Ramillə (Ramil Babayev, “Bozbash Pictures”dəki Şöşü obrazı - red.) birlikdə özümüzü səhnəciklərdə sınamağa başladıq. O vaxtdan bu günə kimi nə Ramil, nə də mən “biz aktyoruq” deyə, bar-bar bağırmamışıq. Biz həvəskarıq, sadəcə, az da olsa, nəsə eləməyə çalışırıq!

- Tez-tez deyirlər ki, siz bu işlərdən yaxşı pul qazanırsınız... Doğrudanmı belədir?

- Biz bu işləri Rusiyada, Türkiyədə görsəydik, bəli, yaxşı pul qazanardıq. Ancaq çox təəssüf ki, Azərbaycanda yaxşı qazanmırıq. Çünki nə televiziyamız o dərəcədə inkişaf edib, nə də kino sahəsi. Yeri gəlmişkən, biz heç vaxt öz işlərimizə kino deməmişik. Biz kino çəkmirik, kommersiya filmləri çəkirik. Və bəzən tamaşaçı bizim çəkdiyimiz kommersiya filmlərini “Oskar”a namizəd sayır və Kann festivalında göstərilən filmlərlə müqayisə edir ki, belə-belə işlər görün! Tamaşaçılara belə şeylər göstərin və s. Mən də onları başa salmağa çalışıram ki, qardaş, festival filmləri ayrıdır, kommersiya filmləri ayrı. Biz sırf pul qazanmaq üçün çalışırıq. İşlərimiz də sırf bunun üçün nəzərdə tutulub. Biz kinoteatrda tamaşaçını əyləndiririk, onun kefini yüksəldirik və bunun müqabilində o, bizə beş manat verir. Bu beş manatın isə cəmi bir manat otuz qəpiyini özümüzə götürürük.

- Bəs pullar hara gedir ki, sizə bu qədər az hissəsi çatır?

- Pullar hara gedir, necə bölünür, deyim. Kinoteatr 18 faiz ƏDV ödəyir və bunu bizim işimizdən çıxırlar. Bu ƏDV ödəniləndən sonra yerdə qalanın 50 faizini kinoteatrın özü götürür. Kinoteatrların nəzdində şirkətlər var, onlar film paylamaqla, seans yazmaqla məşğul olur. Bu şirkətlər də qalan məbləğin 10 faizini götürür. Ortada qalan məbləğ bizim bank hesabımıza köçürülür. Biz isə bank hesabında olan həmin puldan yenidən dörd faiz vergi ödəyirik. Yalnız bundan sonra yerdə qalan pul bizim hesab olunur. Tutaq ki, 60 min, 50 min və yaxud da 40 min! Amma filmin də təbii ki, öz xərci var...

- Sponsorlar kömək etmirmi?

- Sağ olsunlar, sponsorlar kömək edir. Xərcin 30 faizini sponsor verirsə, qalanını da dostdan-tanışdan, ordan-burdan tapırıq. Biz dövlətdən pul alıb film çəkmirik.

- İlkin bəy, mövzularınız demək olar ki, ancaq məişətdən götürülür. Bunlara ictimai-siyasi məzmun yükəlmək haqqında heç fikirləşmirsiniz?

- Bizim mövzularımız əsasən, gündəmlə bağlı olur. İnternetdə, sosial şəbəkələrdə yayılan və qınaq obyekti olan hansısa məsələlər olur ki, biz onlardan da yararlanırıq. Misal üçün, ictimai nəqliyyatda, ailədə baş verən problemlər və s. Tutaq ki, kiminsə əmisi oğlu dayısı qızını qaçırıb və müsahibə verir ki, mən o evə qayıtmayacam, nə bilim nə! Yəni əvvəldən ssenarilərimiz bu mövzularda olub, belə də davam edəcək.

- Sizin rollarınız birmənalı şəkildə kütləni yamsılamaqdan ibarətdir. Bəs düşünmürsünüzmü, kütlənin zövqündən az da olsa, yuxarı qalxmaq lazımdır?

- Biz illərdir bu yolu seçmişik. Və deməzdik ki, məqsədimiz sırf kütləni maarifləndirməkdir. Sadəcə, müəyyən məsələlər var ki, biz onları gündəmə gətirmişik. Tamaşaçılara demişik ki, baxın görün sizin etdiyiniz hərəkətlər, içində olduğunuz hadisələr kənardan necə görünür. Məzarlıqla bağlı bir seriyamız vardı. Orda mollaların davasını göstərmişdik. O molla deyirdi, mən çox pul qazanmalıyam, bu molla deyirdi, mən çox qazanmalıyam və s. Düzdür, mollalar tərəfindən yaxşı qarşılanmadıq, təpkilər də oldu. Amma onlara fikir vermirik. Çünki bizim tamaşaçılarımız arasında professorlar, akademiklər də var. Akademiklər deyəndə ki, ““Bozbash Pictures”ə baxıram”, bizə qəribə gəlirdi. Çünki biz tamaşaçılarımızı tamamilə başqa cür görürdük.

- Düşünürsünüz ki, “Bozbash Pictures”lə cəmiyyətə mesajlar ötürürsünüz?

- Bəli, biz mesajlar verməyə çalışırıq. Məsələn, Qılman obrazı savadsız həkimləri göstərir. Hətta rayonlarda xəstəxanalara gedəndə görürük ki, həkimlər Qılmana bir az pis baxırlar (Gülür).

- Bəs məmurları niyə tənqid etmirsiniz?

- Bizim əsas obrazlarımız hansılardır, deyim. 90-cı illərdə Rusiyaya gedən, ordan pulla qayıdan, amma heç bir mədəniyyəti, tərbiyəsi olmayan adamlar! Bu adamlar pulları olduğu üçün elə bilirlər ki, hər şeyi həll eləmək olar. Hətta ətrafdakılar da elə bilir ki, pulu varsa, artıq o, gözəl insandır, yaxşı insandır... Obrazlarımızın hamısı bu insanlardır. Bizim məmurlarla heç bir işimiz yoxdur. Çünki məmur tənqidi keçmiş zamanda qaldı. Daha yumoristik filmlərdə məmur tənqidi olmur. Vəssalam!

- Maraqlıdır, heç özünüz özünüzə baxıb gülürsünüz?

- Sözün düzü, çəkilişdə də oluruq, çəkilişdən sonra montajda da oluruq deyə, bizə heç gülməli gəlmir. Yalnız ssenari oxunuşları olur ki, orada ürəkdən gülürük. Hətta efirdə də özümüzə baxıb gülmürük. Amma üstündən 2-3 il keçir, təsadüfən, internetdə qarşımıza bir seriya çıxır, gülürük, sonra bir-birimizə göndəririk ki, gör burda nə söz demisən.

- Heç ciddi rollar oynamısınız? Və yaxud oynaya bilərsiniz?

- Səhv eləmirəmsə, 2004-cü il idi. Faiq Ağayevin “Ayrılma məndən” klipi vardı. Kənan MM çəkmişdi. Orda özümü ciddi rolda sınamışam. Ondan da qabaq, 1997-98-ci illərdə “Mozalan”da ciddi rola çəkilmişdim.

- Hər halda ciddi rollar sizdə uğurlu alınmır. Alınsaydı, yadımızda qalardınız. Razısınız?

- Düzü, ciddi rollar bizim stilistikamızda yoxdur deyə, uğurlu alınıb-alınmayacağı barədə də düşünmürük...

- Yaxınlarda ailə həyatı qurdunuz. Maraqlıdır, həyat yoldaşınız İlkini çox sevir, yoxsa Şəmini?

- Sizə bir şey deyim, bəlkə də inanmayacaqsınız. Həyat yoldaşım heç vaxt “Bozbash Pictures”ə baxmayıb. Çünki xoşu gəlmir. Heç Şəmini də sevmir. Heç İlkin Həsənini də sevmir. O, sırf İlkini bəyənib, sevib və biz ailə həyatı qurmuşuq.

- Məclislərdə, xeyir işlərdə yoldaşlarınızla oturub-duranda da bir-birinizə qeyri-ciddi yanaşırsınız?

- Yox. Amma bəzən tamaşaçılarımız olur ki, bizi hansısa bir məclisdə, yaxud yolda, küçədə görəndə elə bilirlər ki, həyatda da canlandırdığımız obrazlar kimiyik. Elə olur ki, bizə qarşı sevgilərini kobud şəkildə bildirirlər. Bəzən bizi obrazımızla çağırırlar: “Ayə, Şəmi”. “Ayə, Şöşü”. Belə şeylərə aramızda ən kəskin reaksiya verən Ramildir. Bir də görürsən yolda qışqırırlar ki, ayə, Şöşü. Belə də olmaz axı, ayıbdır.

- Məzələnirlər?

- Bəlkə də məzələnmirlər. Məncə, istənilən aktyora onun obrazı kimi baxmaq lazım deyil. Mənim obrazım Şəmidirsə, o demək deyil ki, həyatda da Şəmiyəm. Biz Azərbaycanın 90 faizini gəzmişik. Elə rayonlar olub ki, uşağından tutmuş, böyüyünə kimi bizə qarşı çox tərbiyəsizcəsinə münasibət göstəriblər. Başa salmağa çalışmışıq ki, qardaş, bu belədir, o elədir! Olmaz! Camaatın içində qışqırmaq, fit çalmaq ki, “ayə, Şəmi, ayə, Şöşü, gəl bura görüm, bir şəkil çəkdirək”. Belə şeylər ədəbsizlikdir.
Elə rayonlarımız da olub ki, balaca bir uşaq gəlib, deyib ki, əmi, salam, olar sizlə bir şəkil çəkdirək? Yəni sevginin eləsini də görmüşük, beləsini də!

- Bayaq dediniz ki, bizə professorlar, akademiklər də baxır. Bəs yüksək vəzifəli məmurlardan sizə baxan, sevgilərini, hörmətlərini bildirənlər varmı?

- Bəli, var. Ayrı-ayrı məmurlar, nazirlər bizə baxırlar, fikirlərini də bildiriblər. Bəzən elə olur ki, hansısa bir məclisdə, toyda və yaxud da konsertdə görüşürük. Gözləmədiyimiz nazirlər, nazir müavinləri özləri bizə yaxınlaşıblar.

- Ad çəkə bilərsinizmi?

- Ad çəkərəm, sonra da həmin adı başlıq kimi verərsiniz, nəsə narazılıq olar. Bilirsiniz ki, indi oxucuların çoxu müsahibəni oxumur, ancaq başlığa baxır. Həmin nazir də fikirləşər ki, onun adından istifadə eləyirik. Ona görə də lazım deyil.

- Həmin şəxslər sizin layihələrə maddi yardım edirlərmi?

- Yox, eləmirlər. Tutaq ki, hansısa bir ərazidə çəkiliş eləmək istəyirik, amma deyirlər ki, gərək filan nazirliyə müraciət eləyəsiniz, icazə alasınız. Bu zaman bir zəngimiz kifayət edir ki, bizə icazə versinlər. “Bozbash Pictures”in adını eşidən kimi üzlərində təbəssüm yaranır, razılıq verirlər. Bu mənada demək olar ki, hər yerdən “hə” cavabı almışıq.

- Sizin tamaşalara biletlərin qiyməti necədir?

- Üç manatdan yeddi manata kimi.

- Yəqin ki, gözəl xanım fanatlarınız çoxdur. Maraqlıdır, o xanımları da 3 manat, 5 manat, 7 manat kimi görürsünüz?

- Xanım fanatlar əvvəl daha çox idi. Amma mən ailə qurandan sonra demək olar ki, kəskin azalma baş verdi. İndi onlara fanat yox, sadiq izləyici deyərdim. Ümumiyyətlə isə biz hər tamaşaçıya 3 manat, 5 manat, 7 manat kimi baxmırıq. Elə tamaşalarımız olub ki, özümüz bilet alıb, tanımasınlar deyə, başımıza da papaq qoyub, lap arxa sırada oturmuşuq, öz filmlərimizə tamaşaçılarla bir yerdə baxmışıq ki, görək onlar nəyə gülürlər, nəyə reaksiya verirlər. Onların bizi necə alqışladığını görmüşük. Bizim üçün əhəmiyyətli olan o tamaşaçının gedib özü ilə ayrı bir tamaşaçı gətirməsidir.

- Sonda… “Bozbash Pictures”in ATV-də yayımı dayandırıldı?

- Yox!

- Axı mətbuatda bununla bağlı məlumat getmişdi.

- Yanlış məlumatdır. Sadəcə olaraq mövsüm finalına çıxmışdıq. İndi yeni mövsümə hazırlaşırıq.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az