«AzPolitika.info»-nun «Exo Moskvı» radiostansiyasına istinadla verdiyi xəbərə görə, İsrailin ətraf mühit naziri, Yerusəlim işləri və milli irs naziri, məhdud çərçivəli hərbi-siyasi kabinetin üzvü Zyev Elkin deyib ki, Suriya məsələsində Rusiya və İsraili müttəfiq adlandırmaq olmaz
Buna baxmayaraq, İsrail hakimiyyəti hər iki tərəfin maraqlarını nəzərə almağa çalışır.
«Mən, hesab edirəm ki, müttəfiqlikdən danışmaq düzgün olmazdı. Rusiya – Əsədin aşkar müttəfiqidir, İsrail isə İranla Əsədin əlaqələri səbəbilə, hazırkı Suriya prezidentini özünün müttəfiqi görmür. Nədən ki, İran rəhbərliyi İsraili məhv edəcəyi ilə aşkarcasına hədələyir. Buna başmayaraq, İsraillə Rusiya arasında son illər çox sıx münasibətlər, o cümlədən, liderlər və ölkə rəhbərlikləri arasında münasibətlər formalaşıb» – deyə, Elkin qeyd edib.
İsrailli nazir onu da qeyd edib ki, İsrail Suriya münaqişəsinə müdaxilə etməyə hazırdır, amma istisna halında: Qolan təpələrinin «İsrailə qarşı yeni cəbhə»yə çevrilməsinə imkan verməmək, «Suriyadan Livana supermüasir silahların daşınmasının» qarşısını almaq və bu silahların Hizbullahın əlinə keçməsinə imkan verməmək üçün…
MilliYol.Az
Digər xəbərlər
loading...