• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Məşhur azərbaycanlı milyarderin oğlu: “Atam biznes imperiyası qurub”

15:17 27.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

"Azərbaycandakı biznesimizə atam özü nəzarət edir"
 
AzVision.az-ın növbəti müsahibi məşhur Azərbaycanlı milyarder, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovdur. 

Qeyd edək ki, Rəhman İsgəndər oğlu Xəlilov 1977-ci il 13 sentyabr tarixində Bakı şəhərində anadan olub. Moskvada böyüyüb. 1997 – 2000-ci illərdə Cenevrədə Beynəlxalq Universitetdə Biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alıb. Bir müddət orada yaşayıb və neft sahəsi üzrə fəaliyyət göstərib. 

Daha sonra yenidən Moskvaya qayıdıb. Xəlilov hazırda yük daşımalarının həcminə görə Rusiyada ən nüfuzlu şirkətlərdən biri hesab edilən “İSR Trans”ın İdarə Heyətinin rəhbəridir. O, dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda da böyük biznes şəbəkəsinə sahibdir. 

-Bu yaxınlarda ad gününüz olub. Gec də olsa, təbrik edirik.

-Çox sağ olun, təşəkkür edirəm. 40 yaşıma qədəm qoydum. Moskvada kişilər 40 yaşı qeyd etmirlər. Mən də doğum günümü ailəmlə birlikdə qeyd etdim.

-40 ili geridə qoydunuz. Bu illər necə keçdi? 

-Pis demək olmaz. O gün mən bu barədə fikirləşdim. Allahın qisməti var. Hər şey qismətdir. 

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?

-Mənim uşaqlıq illlərim Bakıda keçib. Hər şeyi gözəl xatırlayıram. Nənə-babamla birlikdə Bakıda bağda yaşamışıq. Bunu hamı bilir ki, Azərbaycan mənim Vətənimdir.

-Bakıya tez-tez gəlirsiniz?

- Təəssüf ki, tez-tez gələ bilmirəm. Amma arada imkan olanda gəlirəm. Səfərlərim daha çox işlə bağlı olur. Hərdən toylara da dəvət edirlər.

-Sizin üçün Bakı, yoxsa Moskva daha doğmadır?

-Əlbəttə, Bakı daha əzizdir. Moskvada böyüdüyüm üçün ora ikinci vətənimdir.

- Necə oldu ki, gənc biznesmenlər arasında fərqləndiniz və adınız lap ön pillələrdə hallanır?

-Bu daha çox atamla bağlıdır. Atam biznes imperiyası qurub. Biz də həmin fundamenti böyütdük. Sahib olduğumuz hər şeyə görə, atamıza minnətdarıq.

- Atanız İsgəndər Xəlilov dünyanın tanınmış iş adamlarından biridir. Yəqin ki, bu pilləyə gəlmək onun üçün asan olmayıb.

-Hər şeyin təməli olmalıdır. Təməl olandan sonra tikmək asandır. Bir yerdə qalmaq olmaz. Binanı tikən zaman ona mütləq diqqət yetirmək lazımdır. Hər işdə ən xırda detallara belə diqqət etmək lazımdır. Məsələn, binaya diqqət göstərməsən, o müəyyyən müddətdən sonra söküləcək. Həyat da belədir. Biz indi işləyirik. İstəyirik ki, özümüzdən sonra gələnlər də bu yolu davam etsinlər.

- Atanız böyük biznesmendir. Onun birdən-birə böyük biznesə yiyələnməsi necə mümkün olub?

-Biz ticarətlə məşğul olmuşuq. Babam da, atam da restoran sahəsində çalışıb. Atam daha sonra neft sahəsinə girişib. Nəhayət, bu, bizim sahəyə çevrilib. Bu səbəbdən mən İsveçrədə neft sahəsi üzrə təhsil aldım və bu sahə ilə məşğul olmağa başladım. Bununla da işlərimiz yavaş-yavaş böyüməyə başladı.

-Əvvəllər sizi atanıza görə tanıyırdılar. İndi isə sizi tanınmış iş adamı kimi təqdim edirlər...

-Atamın kölgəsi altından çıxıb, yaşamaq çətindir. Bəzən kölgədən çıxmaq istəyirsən. Deyirsən ki, mən özüm bunları qurmuşam. Amma anlayırsan ki, çətindir. Atamın adı, kölgəsi həmişə üzərimizdə olacaq. Bu ad mənim oğlumun üzərində də olacaq. Bəzən Moskvada “Rəhmanın atası İsgəndər Xəlilovdur” kimi situasiyalar da olur. 

-İsgəndər Xəlilov necə bir ailə başçısı, ata və biznesmendir?

-Atam super biznesmen və mükəmməl insandır. Ondan çox şeylər öyrənmişəm. Atam mənə səbirli olmağı öyərədib. 

Bəzən kabinetdə otururuq. Onun yanına bəlkə də min nəfər gəlib-gedir. 10 il bundan qabaq, yəni 30 yaşım olanda soruşdum ki, niyə bu qədər insanı qəbul edirsən? Yorulmursan? Dedi ki, oğlum mən iki dəqiqəmi itirsəm nə olacaq ki? Hər kəsə iki dəqiqə qulaq asmaqla heç nə itirmərəm. İnsanları dinləmək lazımdır. Həmçinin səbirli olmağı bacarmaq lazımdır. 

- İsgəndər müəllimin övladları ilə münasibəti necədir? 

-Çox ciddidir. Bizə şərtlər qoyurdu. Nizam-intizamla böyümüşük.

-Sizcə, ata-övlad münasibətləri necə qurulmalıdır?

-O vaxt başqa mühit idi. İndi mən öz oğlumla başqa formada rəftar edirəm. Oğluma hər şeyi öyrətmək istəyirəm. O vaxtlar atam çox işləyirdi. Buna görə də bizə vaxt ayıra bilmirdi. Həm də Bakıda 1970-80-ci illər bir az fərqli idi. Nəzərə alaq ki, atam 21 yaşında ailə həyatı qurub. Onun 22 yaşı olanda mən dünyaya gəlmişəm. Həmin vaxt atam özü gənc idi. Bu gün isə mənim 40 yaşım, 5 övladım var. 4 qızım, bir oğlum...

- Bu qədər işin arasında övladlarınıza vaxt ayıra bilirsiniz? 

-Bu il 30 gün uşaqların yanında oldum. Uşaqların hər biri fərqli diqqət, qayğı istəyir. Qızlara ayrı, oğlana ayrı diqqət göstərirəm. Oğlumu tez-tez futbola baxmağa aparıram. Qoy, görsün ki, atası necə insandır. Onu tez-tez iş ortaqlarımla görüşə də aparıram. 

-Gələcəyin biznesmenini hazırlayırsınız.

-Bəli. Oğlum mənim davamçım olacaq. Hazırda yaşı azdır. İndidən ona izah edirəm ki, böyüyəndə biznesimi idarə etsin.

- Siz daha çox “İSR Trans” şirkəti ilə tanınırsınız. Hazırda şirkətdə işlər necə gedir?

-Bu il “İSR Trans”ın 20 yaşı olacaq. Biz bu şirkəti 2005-ci ildə almışıq. Həmin vaxt şirkət çox kiçik idi. Bu gün isə “İSR Trans” Rusiyada yük daşımalarına görə 2-3 şirkətdən biridir. 18 milyon ton neft daşıyırıq. 

- Bu sahədə sizin ciddi rəqibləriniz var. Onlarla necə mübarizə aparırsınız? 

-Rusiyada böyük biznes idarə etmək çox çətindir. Amma hər kəsin öz yolu var. Gərək, heç nədən qorxmayasan. Əgər bir yerdə dayansan, səni məhv edəcəklər. Biznesin əsas şərti güclü və mübariz olmaqdır. 

- Azərbaycanlı biznesmen Telman İsmayılovun müflis olması son günlərin ən çox müzakirəyə səbəb olan mövzularındandır. Sizcə, buna səbəb nədir?

-Bu, olan işdir. İqtisadiyyatda hər şey ola bilər.

- Onunla münasibətiniz necədir?

-Onlar atamın keçmiş dostlarıdır. Mənim də normal münasibətlərim var. 

-Yəqin ki, Rusiyada nəhəng bizneslərə sahib azərbaycanlılarla da sıx əlaqələriniz var. 

-Biznesmen kimi münasibətlərimiz var. Həmçinin onlar böyük adamlardır. Öyrənməyə davam etmək lazımdır. 

-Deyirlər, biznesdə uğur qazanmaq hər adama qismət olmur. Sizcə, bu düzgün yanaşmadır?

-Hər gün öyrənmək lazımdır. Dayanmaq olmaz. Hər kəsə qulaq asmaq, yeniliklərdən xəbər tutmaq vacib məqamdır. Sizə gün ərzində minlərlə söz deyə bilərlər. Bunları dinləyib, lazım olanları götürmək şərtdir. 

Biz rəqabətdəyik. Rəqabət aparmaq bir az çətindir. Eyni zamanda yaxşı, pis və neytral olmağı bacarmaq lazımdır. Bu üç cəhətə diqqət yetirməklə irəli getmək mümkündür. 

-Azərbaycanla bağlı hansı planlarınız var? 

-“İst Trans”ın Azərbaycanla əlaqəsi yoxdur. Rusiya və bəzi Avropa ölkələri ilə əməkdaşlıq edirik. “İSR Trans” bu gün yalnız dəmiryolu və gəmi sahəsinə baxır. Bizim hazırda Xəzər dənizində iki gəmimiz işləyir: “Lady Sevda” və “Lady Leyla” 

-Bir müddət əvvəl “İSR Trans”ın erməni iş adamı Koçaryanla əməkdaşlıq etməsi barədə müxtəlif məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiniz??

-O şirkət “İSR Trans” deyildi. Başqa bir şirkət idi. Yaxın dostlarımın şirkətidir. Həmin şirkət qaz daşımağa görə Rusiyada birinci şirkətdir. Mən o şirkəti almaq istəyirdim. Müqavilə bağladım. Məni ora konsultant kimi qəbul etdilər. Bir il orada işlədim. Həmin şirkətdə hər millətin nümayəndəsini tapa bilərsiniz. Orada erməni də ola bilər. Qeyd edim ki, o şirkət mənim deyil və hazırda heç bir əlaqəm yoxdur. 

-Azərbaycandakı biznesinizə kim nəzarət edir?

-Azərbaycandakı biznesimizə daha çox atam özü nəzarət edir. Balaca qardaşım Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır. O, əsasən Bakıdakı işləri idarə etməklə məşğuldur. Neftçalada olan “Azəri-Yod”a isə mən baxıram. “Azəri-Yod” zavodu dünyada 4-cü yeri tutur. Bu gün iqtisadi böhrana görə qiymətlər düşüb, elektrikin qiymətləri qalxıb. Amma biz işi saxlamamışıq. “Azəri-Yod”un adı Çində də tanınır. Amerikaya, Hindistana mal satırıq. 

-Azərbaycandakı biznes mühiti sizi qane edirmi?

-Rusiya ilə müqayisədə Azərbaycanda bazar bir qədər kiçikdir. 

-Burada inkişaf görürsünüz?

-Bəli, inkişaf gedir. Yavaş-yavaş hər şey yaxşı olacaq. Bakı çox dəyişib. Bakıya gedib-qayıdan dostlarım deyəndə ki, necə də gözəl şəhəriniz var, o zaman qürur duyuram. 

-Bakıda daha çox nəyi bəyənirsiniz?

-İnsanlar dəyişib, şəhərin görünüşü dəyişib. Bu yaxınlarda bir nəfər mənə dedi ki, Bakıda nə gözəl insanlar yaşayır, hamı salam verir, hal-əhval tutur. Bəli, bizim insanlarımız çox mehribandır. Buna görə də Bakını sevirəm. 

-Siz bizneslə yanaşı, həm də idman sahəsidə fəaliyyət göstərirsiniz.

-Biz ailəlikcə qış turizm idman növlərinə maraq göstəririk.

-Təəssüf ki, fəaliyyətiniz Azərbaycanda gözə dəymir.

- Doğrudur. Sözün açığı, biz xokkey komandası qurmaq istəyirik. İqtisadi böhran olmasaydı, bu işi quracaqdıq. Bu sahənin inkişafı üçün çox pul lazımdır. 

-Görünür, iqtisadi böhran biznesinizə ciddi təsir edib.

-Bəli. İqtisadi böhran bütün dünyada olduğu kimi, bizə də təsir edib.

-Qardaşınız Rauf bəy hansı işlərlə məşğuldur? 

- O, Azərbaycanda nəqliyyat sahəsi ilə məşğul olur. “Toyota”, “Lexsus” ticarətinə qardaşım nəzarət edir. Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır.

- Ağalarovlarla əlaqəniz varmı?

-Dostluq münasibətimiz var. 

-İsgəndər müəllim Azərbaycana tez-tez gəlir?

-İşlə əlaqədar səfərlər olur. 

- Bəs Azərbaycan rəsmiləri ilə münasibətiniz necədir?

-Çox yaxşıdır, heç kimlə problemimiz yoxdur.

-Necə oldu məhz “Hilton” otelini Bakıda ucaltdınız?

-Onun yerində otel tikməyi çoxdan nəzərdə tutmuşduq. Fikirləşirdik ki, bu yerə hansı brend yaraşar? O vaxt “Marriot” da yox idi. Yalnız “Park İNN” və “Radission” var idi. Qərara gəldik ki, “Hilton” brendini gətirək. Bundan əlavə hazırda Türkiyədə "Hilton Bodrum" otelimiz də fəaliyyət göstərir.

- Evdə Azərbaycan dilində danışırsınız, yoxsa rus dilində?

-Uşaqlarla arada Azərbaycan dilində danışmaq istəyirəm, amma çətindir. Bizdə hamı rus dilində danışır. Arada onlara Azərbaycan dilində “bala, gəl bura, get ora” bu kimi sözlər öyrədirəm. Gələcəkdə bizim dilimizi öyrənəcəklər. 

Uşaqlara tapşırmışam ki, hər yay Azərbaycana gəlib, bir ay bağda qalsınlar. Görsünlər ki, burada Bakılı uşaqlar necə yaşayır. Bu, çox vacibdir.

-Kitab oxuyursunuzmu?

-Əlbəttə, vaxt olduqca kitab oxuyuram. 

-Maraqlıdır, hansı idmanla məşğul olursunuz?

-Xokkey oynayıram. Ona görə istəyirəm ki, Azərbaycanın xokkey komandasını quraq. İndi zamanı deyil. Amma vaxt gələcək Allahın köməyi ilə bu da mükün olacaq. Bir gün Azərbaycanın xokkey komandası beynəlxalq yarışda oynayacaq.

-“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxırsınız?

-Əlbəttə. Hamımız “Qarabağ”la qürur duyuruq.

-Sonda azərbaycanlı gənclərə nə demək istərdiniz?

-Səbirli olsunlar, vaxtlarını boş yerə keçirməsinlər. Oxusunlar, təhsil alsınlar. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az