• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

"Azərbaycanın dünyanın ən mötəbər reytinqində irəliləməsi prezidentin islahatlarına verilən qiymətdir"

15:12 27.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, beləliklə, dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə etmişdir – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.
 
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Yalnız iki indikator - makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq "makroiqtisadi mühit" kateqoriyası altında "hökumətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada "hökumətin borcu" göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub.
 
Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib. 
 
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honkonq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" dünyada əsas narahatedici trendlərdən biri kimi "dağıdıcı bərabərsizlik" qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
 
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də Azərbaycanın mövqeləri daha da güclənəcək.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az