• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Şantaj videoları Zamirə Hacıyevaya ötürülə bilərmi? - ARAŞDIRMA

11:20 21.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, həm də hələ ki tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar toplayıb.

Bunu bir neçə gün əvvəl MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi. Bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var.

Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı - 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi. Qeyd etmişdi ki, E.Mahmudovun “kinoçəkən”lərinin kameralarının hədəfində jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri olublar. Ə.Oruclu həmin videoların hazırda harada olduğu haqda məlumatsız olduğunu da vurğulamışdı.

“Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Zamirə Hacıyeva oldu.

Niyə məhz Zamirə Hacıyeva?

Eldar Mahmudov 10 ilə yaxın Azərbaycanın milli təhlükəsizlik naziri olub. Bundan əvvəl isə hüquq- mühafizə orqanlarında yüksək vəzifələrdə çalışıb. Onun milli təhlükəsizlik naziri kimi fəaliyyəti dövründə çox təhlükəli oyunlara baş vurmasının fərqində olmaması, sadəcə, inandırıcı deyil. E.Mahmudov gec-tez əməllərinin üstünün açıla biləcəyini fəaliyyəti dövründə çox ciddi şəkildə nəzərə alıb. Onu 8 ay əvvəl tutduğu vəzifədən çıxarıblar, onun əmrinə müntəzir olan idarə rəislərini işdən çıxarıb, generallarını həbsə göndəriblər. Eldar Mahmudovun özü isə azadlıqdadır.

Onu niyə görə həbs etmirlər? Bəlkə həbs edə bilmirlər? Rəsmilər bu haqda susur. Mətbuatda isə E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan versiyalardan, iddialardan biri əlindəki şantaj videoları, kompromatların onu həbsdən sığortalaması ilə əlaqəlidir. Belədirsə, sabiq nazirin əlindəki materialları, onu həbsdən qurtaran videoları harada, kimdə saxlanıla bilər? Əlbəttə ki, xaricdə və ən etibar etdiyi şəxsdə.

Belə şəxs kimi Zamirə Hacıyeva ən ideal personadır. Eldar Mahmudovla Zamirə Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. Eldar Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu.

MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Bu əməliyyat Azərbaycanda uzun illər adam oğurlayan, sifarişlə qətl törədən Hacı Məmmədovun bandasının fəaliyyətinə son qoydu. Əməliyyatın planlaşdırılmasına rəvac verən isə 2005-ci il fevralın 10-da şəhərin mərkəzindən Zakirə Hacıyevanın oğurlanması faktı idi. Hacı Məmmədov Eldar Mahmudovun gələcək qudası Zamirə Hacıyevanı oğurlayıb özünün 2-ci həyat yoldaşı Nailə Bağırovanın Keşlə qəsəbəsindəki evində girovluqda 1 ay saxlamışdı. Z.Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevdən 10 milyon avro tələb etmişdilər. “Qara kəmər” keçirilərkən Z.Hacıyevanın saxlandığı yerin qapısı önündə dayanmış banda üzvü odlu silahdan açılan atəşlə öldürülmüşdü. Sağ-salamat azad ediləndən sonra Zamirə Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür.

Z.Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını 10 il əvvəl qazanıb və bu illər ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.

Z.Hacıyevanın girovluqdan azad edilməsindən 10 il sonra E.Mahmudovu qəfil vəzifəsindən çıxardılar, yaxın ətrafına daxil olan şəxsləri həbs etdilər. Belə bir şəraitdə sabiq nazir həbs olunmadı. Onun əlindəki kompromatlardan istifadə edərək azadlıqda qala bilməsini inandırıcı edən kifayət qədər əsaslı arqumentlər var.

Elə isə 2800 video şəklində olan kompromatları E.Mahmudovun ən etibarlı şəxslərindən birinə, ona inan, etimad göstərən, güvənən şəxsə verərək gizlətməsi, ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.

Belə bir şəxsin Zamirə Hacıyevanın olmasına maneçilik törədəcək hər hansı bir problem ortada yoxdur.

Bir məqama da diqqət edək - Z.Hacıyevanın adı gündəmə məhz Eldar Mahmudovun əlində 2800 videonun olması xəbəri ictimailəşəndən sonra gəlib. Buna qədər Zamirə Hacıyevanın həyat yoldaşı, hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin adı aylarla mətbuatın gündəmində olsa da, Z.Hacıyevanın barəsində məlumatlara rast gəlinmirdi.

Üstəlik, 2800 video haqda məlumatlar ictimailəşəndən sonra Z.Hacıyevanın Beynəlxalq Bankın xəzinəsindən həyat yoldaşının pul qabı kimi istifadə etməsi yada düşdü.

Z.Hacıyevanın barəsində cinayət işi başladı, onu axtarışa verdilər. Cahangir Hacıyevin vəkili Aqil Layıcov isə müsahibə verib dedi ki, Z. Hacıyevanın barəsində məhkəmə qərarı olması doğru deyil: Sitat: “Zamirə Hacıyeva on ildən artıqdır xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb, onunla heç bir əlaqəsi yoxdur”.

Vəkilin açıqladığı məlumatlar Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını saxlamaq üçün ən ideal şəxslərdən biri olması haqda nəticəyə gəlməyə imkan verir. A.Layıcov deyir ki, Z.Hacıyeva xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası da mümkün deyil. Bu məqam Z.Hacıyevanın E.Mahmudovun kompromatlarını ən etibarlı şəkildə qoruyub saxlamaq üçün imkanlara malik olduğunu söyləməyə əsas verir. Tamamilə mümkündür ki, E.Mahmudov həbsindən illər öncə əlindəki materialları Hacıyevlərin xaricdəki mülklərindən birinin zirzəmisində, mansardında gizlədilmiş seyfin içində, ya da hansısa gözəllik ilahəsi şəklində imarətin bir küncünə qoyulmuş heykəlin içindəki gizli dolabda saxlayır və Azərbaycanda azadlığını təmin etmiş olur. Z.Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevin ittiham aktı üzrə dövlətə vurulmuş zərər kimi göstərilən məbləğin bir neçə qat artığını ödəməsinə baxmayaraq azad edilməməsi də, faktiki olaraq, girovluqda saxlanması da bu məqamla əlaqəli ola bilər.

Qeyd edək ki, Z.Hacıyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə suçlu bilinir, Nərimanov Rayon Məhkəməsi iyunun 1-də barəsində 4 ay müddətə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. (Musavat.com)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az