• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

14:33 25.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sentyabrın 25-də İraqın Kürdüstan Regionu (KRI) müstəqillik referendumu keçirir

Sentyabrın 25-də İraqın Kürdüstan Regionu (KRI) müstəqillik referendumu keçirir. Kürdüstan paytaxtı Ərbildə və ətraf ərazilərdə milli əhvalı gücləndirilmiş bu referendum Bağdaddakı mərkəzi hakimiyyət və beynəlxalq ictimaiyyət tərəfindən isti qarşılanmayıb.

Birləşmiş Ştatlar Ərbili səsverməni təxirə salmaqdan ötrü dilə tutub. Ötən həftə Qərb diplomatları alternativ təklif irəli sürüblər: səsverməni təxirə salın və Bağdadla yeni danışıqlara başlayın. Ancaq konkret təminatlar ala bilməyən Ərbil təşəbbüsü rədd edərək, referenduma hazırlığı davam etdirib.
 
Kürdlər də parçalanıb

Kürdüstan daxilində də referenduma dəstək haçalanıb. Səsverməyə əsas dəstək verənlər KRI prezidenti Məsud Bərzani və onun Kürdüstan Demokratik Partiyasıdır.

Bu partiya əsas gücünü Ərbil və Dauk vilayətlərindən alır. Əslində, bütün kürdlər müstəqillik məsələsinin arxasındadır, ancaq məsələn, Süleymaniyə şəhərində mənzillənən Gorran Hərəkatı səsvermənin vaxtı və proseduruna qarşı çıxır.

Kürdüstan Vətənpərvər Birliyi daxilində isə referenduma dəstəklə bağlı fikir ayrılığı mövcuddur.

Referendumun vaxtı bu ilin iyununda elan olunub, ancaq müstəqil dövlət yaratmaqdan ötrü hüquqi qüvvəyə malik deyil. Yəni, səsvermədən bir gün sonra sərhədlərdə, yaxud suverenlik dəyişikliyi gözlənilmir.

Ərbil bu siyasi taktikanı yürütməklə Bağdadla danışıqlarda alver predmeti əldə etmək istəyirdi. Ancaq indi bu, ölkənin gələcəyi uğrunda yüksək riskli, antaqonizm dolu yarışa çevrilib. Kürdüstana bütün tərəflərdən təzyiq olunur, səsverməni müstəqil dövlət elan etməkdən ötrü bəhanə adlandırırlar.

İran xəbərdarlıq edib ki, KRI ilə təhlükəsizlik sahəsində münasibət dəyişə bilər. Türkiyədən təzyiq yüksəlir. Birləşmiş Ştatlar referendumun ertələnməsi üçün aqressiv diplomatik hücuma keçib. İraq parlamenti isə ötən həftə referendumu qeyri-konstitusion adlandırıb. Kərkük vilayətinin rəhbərini də parlament işdən çıxarıb, baxmayaraq ki, bu iş onun səlahiyyətində deyil.

ABŞ-ın davranışı

Bütün bunlar kürdlərin millətçilik hissini daha da qızışdırıb. Bağdaddakı ərəb liderlərin narahatlığı da artıb.

Beləliklə, hər iki tərəf güzəştə gedilməyəcək həddə çatdıqlarını düşünürlər.

Birləşmiş Ştatların böhran zamanı davranışı Ərbillə münasibətlərini korlayıb, etibarlı vasitəçi imicinə də ziyan vurub. Son illər qarşılıqlı əlaqələrdə onsuz da geriləmə vardı, kürdlər ABŞ-ın niyyətlərindən və prioritetlərindən narahat idilər. Ancaq yenə də amerikanların Ərbillə Bağdad arasında vasitəçiliyinə bel bağlayırdılar.

Di gəl, Amerika diplomatiyası referendumla bağlı gərginliyi səngidə bilmədi. Yürüşlərdə Bərzani ABŞ-dan məyusluğunu gizlətməyib və referendumun keçiriləcəyini söyləyib. Kürd liderinin ABŞ siyasətinə qarşı belə dirənişi misli görünməmiş şeydi. “The Washington Post” qəzeti yazır ki, ABŞ-dan hərbi dəstək alınmasına baxmayaraq, kürdlərin amerikalıların tələblərini rədd eləməsi 3 səbəblə izah olunur. Birincisi, Birləşmiş Ştatlar İŞİD silahlı qruplaşmasıyla müharibə getdiyi bir müddətdə təhlükəsizlik təminatını dayandıracağıyla hədələyə bilmir. İkincisi, Amerikanın dəstəyi heç vaxt kürdlərin ambisiyalarının irəliləməsinə yardım etməyib, İŞİD-in məğlubiyyətinə yetəcək qədər olub.Üçüncüsü, Bərzaninin səsvermədən imtinasının siyasi riski onun xaricdən dəstəyi itirmək riskini üstələyir.

Abadi daha zəif düşdü

ABŞ-ın referenduma qarşı çıxmasının əsas səbəbi belə bir qorxuyla bağlı idi ki, bu səsvermə 2018-ci ilin aprel seçkisindən sonra Heydər əl-Abadinin baş nazir postunda qalmasını əngəlləyə bilər.

"Ancaq referenduma qarşı kampaniya, deyəsən, Abadiyə daha çox ziyan vurdu. Bağdad ilkin yanaşmasını saxlasaydı, səsverməni sadəcə, dəstəkləməyib, “qanunsuz” elan etsəydi, daha yaxşı olardı. Səddam Hüseyndən sonrakı hökumət kürdlərin dəstəyi olmadan qurula bilməzdi. İndi kürdlər səsverməni, Abadinin onu dayandırmaq cəhdlərinə baxmayaraq, davam etdirsələr, o, zəif görünəcək. Üstəlik, kürdlər digər namizədlərlə sövdələşmə əldə etməkdən ötrü özlərinin siyasi çəkilərindən də istifadə edə bilərlər…” – qəzet yazır.

Neftlə zəngin Kərkük vilayəti 2014-cü ildən kürd qüvvələrin nəzarəti altındadır. Bağdad və Tehranın hədələri zorakı toqquşma riskini artırıb. Abadi həftəsonu xəbərdarlıq edib ki, İraq ordusu referendumla bağlı hər hansı zorakılığa müdaxilə etməyə hazırdır. Kərkük ərtafındakı, İranın dəstəklədiyi şiə yaraqlıları da kürd qüvvələrinə qarşı hədələrini dilə gətiriblər. Bərzani də Kərkükü müdafiə edəcəyinə söz verib.

“Kürd millətçiliyinin yüksək olduğu bir vaxtda hətta kiçik insidentlər belə kütləvi fəsadlar törədə bilər. İŞİD də Kərkükdə mövcudluğunu saxlayır və qarşıdurmaya təhrik edə bilər…” – məqalədə deyilir.

Referendumdan sonra nə olacaq?
 
“BBC” kürdlərin gündə 600 min barrel neft ixracıyla beynəlxalq investorları cəlb etdiyini yazır. Hər tərəfdən quruyla, həm də ona şübhəylə baxan ölkələrlə əhatələnmiş bir millət üçün bu, inanılmaz uğur sayıla bilər.

Ancaq KRI bir dövlət olmadığından uyğun faizlərlə kredit, yaxud BMT-nin tanıdığı ölkələr kimi silah ala bilmir. Kürdüstanın neft satışı da Bağdad tərəfindən mütəmadi təhdid altındadır. Bağdad kürdlərin hava məkanına nəzarət edir, onlar İraq pasportlarından istifadə edir və sairə.

BBC referendumdan sonrakı mümkün addımlarla bağlı yazır ki, Türkiyə ritorik olaraq səsverməni pisləsə də, sərhədi, yaxud Kürdüstanın neft ixracı kəmərlərini bağlayan deyil.

İran, İraqın federal qüvvələri və İranın dəstəklədiyi şiə döyüşçülər də kürdlərin döyüş əzminə ciddi təhdid yaratmayacaqlar.

“İran və Türkiyə tərəfdən verilən bəyanatların niyyəti, görünür, öz ölkələrindəki kürdlərin daha böyük separatçılıq cəhdlərini önləməkdir”, – BBC yazır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az