• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Onlar mənim rəfiqələrim, təmiz müsəlmanlardır”

16:05 20.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Səbuhi Məmmədli Harun Yəhyanı danışdırır

Dəbdəbəli bir villadır, İstanbulun Asiya hissəsində. Hava limanında bizi qarşılayan Uğur bəy deyir ki, əslində bura onun İstanbuldakı bir neçə məkanından biridir.   İçəridə xudmani hovuz var. Suyu da dumduru. Evin sahibi bizi 15.30-da qəbul edəcəkdi, amma biz bir qədər tez gəlmişdik deyə, həyət-bacanı da gəzməyə vaxt tapdıq. Çoxlu kiçik heykəllər, müxtəlif heyvan fiqurlarıyla doludur həyət. Həm də əsl heyvanlarla. Əsas da pişiklər. Necə deyərlər, kedilər.
 
I Yazı
 
Adnan Oktar deyir ki, Azərbaycan Türk-İslam birliyində Türkiyənin ən yaxın müttəfiqidir. Və bu yaxınlıq bütün mənalarda özünü hiss etdirir.
 
- Həm dilimiz, həm mədəniyyətimizlə çox yaxınıq. Necə gözəl deyilmiş: Bir millət, iki dövlət. Bəlkə də bu münasibətlərin tam formalaşmasına mane olmaq üçün Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. İnşallah, həmin torpaqları geri alacağıq. O torpaqların hamısını geri qaytaracağıq. Etdiklərinə görə Ermənistan üzr də istəyəcək. Azərbaycanda törətdiyi cinayətlərə görə cəzalarını alacaqlar. Bundan sonra isə çox maraqlı proseslər gedəcək. Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın birliyi yaranacaq.
 
- Siz bu birləşməni Avropa Birliyi kimi görürsüz?
 
- Bəli, ondan daha səmimi, coşqulu, mənəviyyatlı.
 
- Necə məsələn?
 
- Rusiyanın və Türkiyənin texnoloji gücü, Azərbaycanını insan potensialı birləşsə, bu Avrora Birliyindən daha böyük bir güc ortaya qoyacaq, sürətli inkişaf baş verəcək, bunun bəhrəsini isə hamımız görəcəyik.
 
- Bu, utopik bir ideyadır. Buna heç kim imkan verməz. Bunun Avropası var, Amerikası var…
 
- Hər şeyin kökündə sevgi durur. İrqçi olmamalısan. Hər kəsə sevgini göstərməlisən. Gözəl niyyətli olduğunu sübut etməlisən. Bu birliyin yaranmaması üçün heç bir əsas yoxdur. İslam-türk irqçisi olmağa da gərək yox. Sübut edirsən ki, mövhumatçı deyilsən. Geridə qalmış təfəkkürdən uzaqsan. Sevgi adamısan. İntellektual adamsan. Bircə məqsədin var, o da sevgi. Belə olan halda sənin qarşında heç kim dura bilməz. Bir məqamı da qeyd edim. Bu gün, Allaha şükür, bütün türk dövlətlərində normal hakimiyyət formalaşıb. Və bu dövlətlərin başında ağıllı adamlar əyləşiblər. Bu ölkələrdə heç bir mövhumat yoxdur, xalq ayıqdır, geriçilikdən söhbət gedə bilməz. Bu, həm də Allahın bizlərə verdiyi bir lütfdür. Türk dövlətlərində “Quran”, modern islam anlayışı da mövhumatdan kənardır. Həm Türkiyədə, həm də Azərbaycanda sənətə, elmə böyük yer verilir. Bu, gözəl örnəkdir. İslam mövhumat deyil, gerilik deyil. Türk dövlətlərində, şükürlər olsun ki, belə bir problem yoxdur. Nəinki mənəviyyatımız, iqtisadiyyatımız, ordumuz belə güclüdür. Azərbaycan Avropanın ən qüdrətli dövləti olacaq, inşallah. Və biz bir yerdəyik. Azərbaycanda hökumət və dövlət quruluşu idealdır, gözəldir. Bizim istədiyimiz modeldədir. Müasirlik çox gözəldir. İlham Əliyev çox müasir, keyfiyyətli, Avropasayağı dövlət başçısıdır. Fanatizmə tamamilə qarşıdır. İrəliləməni müdafiə edəndir. Buna görə də biz bütün gücümüzlə sizi dəstəkləyirik. Bu gün türk-islam aləmindən mükəmməl yolla Türkiyə və Azərbaycan gedir. Azərbaycan Türkiyənin baş tacıdır. Sizləri sıradan türk insanı da sevər, polisi də ,əsgəri də. Azərbaycanın yeri ayrıdır Türkiyədə. Biz eyni millətik, ancaq bir çoxları Azərbaycan və Türkiyə birliyini istəmir. Çünki Azərbaycanla Türkiyə birliyi yaransa, Qazaxıstan, Türkmənistan, Özbəkistan da birləşir və böyük Türk Birliyi formalaşır. Avropa Birliyi kimi, Türk Birliyinin də formalaşması olduqca ağlabatan və məntiqlidir.  Güclü iqtisadi və hərbi birlik olan Türk NATO-su, Türk-İslam NATO-su qurulmalıdır. Məsələn, Myanmada dövlət terroru var. Belə bir vəziyyətdə Türk-İslam aləmi dərhal hərəkət etsə, yaxşı olar.
 
Adnan Oktar deyir ki, indiyədək minlərlə türk gənclə müsahibə aparılıb. Bu gənclərin arasında bircə nəfər də  köhnəfikirli, dardüşüncəli olan yoxdur.
 
- Hamısı ziyalı, sevgi dolu, “Quran” müsəlmanı, müasirdir. Beyinləri təmizdir, sənətə, musiqiyə, gözəlliyə, rəqsə, ibadətə müsbət yanaşırlar Allahı sevirlər, “Quran”ı sevirlər. Azərbaycan gəncləri də türk gəncliyi kimidir, Türk dövlətlərinin gəncliyi də eynidir, müasirdir. Yəni qatı mövhumatçılıq türk dünyasına gəlməyib. Amma Pakistanda, Hindistandakı müsəlmanlara təsir edib. Taliban, əl-Qaidə bir çox ölkəni vurdu, amma Türk dövlətlərini vurmadı. Türk dövlətləri eyni qaldı, getdikcə də müasirləşir. Kimsə çıxıb “gəlin, Türk birliyi yaradaq” desə, heç kim “yox” deməyəcək kimidir. Allah Tayyib hocadan razı olsun. Tayyib Ərdoğanın zəhməti çoxdur. Bütün gücü ilə birləşmə üçün möhtəşəm təməl hazırlayıb. İndi “başlayaq” deyilsə, baza hazırdır. Çox əmək verdi. Türk dövlətinin quruluşunda “Qızıl alma” ideyası var. “Qızıl alma”da mütləq türklük aləminin birləşəcəyi göstərilib. Və bir də islam aləminin. Hər türk zabiti, polisi “qızıl alma” ideyası ilə yetişir. Hamı bilir. Məsələn, padşahdan soruşurlar, deyir ki, “qızıl almaya gedirəm”. Türk ordusunda bütün zabitlər, polislər “Qızıl alma” tərəfdarıdır. Bir neçə il sonra hamısı bunu açıq deyəcək. Bunu dedilərmi, məsələ tamamdır. Ermənistan aldığı torpaqları qaytaracaq, qatillərin mühakimə olunmasına imkan verəcək. Bunun da bazası hazırdır. İndi zamanı deyil deyə icazə vermədilər, amma gələcəkdə olacaq.
 
***

Siyasətdən, geosiyasətdən, nə bilim, regiondakı vəziyyətdən danışıb, sonda keçirik “kedicik”lərə. Yox, həyətində saxladıqlarına deyil, bütün dünyada məşhur olan “kedicik”lərə. Bəzən hətta islamı gözdən salmaqda suçlanan Adnan Oktar “kedicik”lərlə bağlı sualı necə cavablandıır?

Hə, Adnan bəy hamının “kediciklər” kimi tanıdığı qadınları özünün dostları adlandırır. 
 
- Xanım dostlarım Allahın çox böyük nemətləridir. Hamısı geyimlərinə, makiyajına və baxımlarına xüsusi diqqət yetirirlər. Hamısı ən azı iki xarici dil bilir, Türkiyənin qabaqcıl kolleclərinin və universitetlərinin məzunudurlar. Onlar çox zövqlüdürlər, özlərinə yaraşanları geyinirlər. Həyatı Allah sevgisi ilə mənalı yaşayırlar. Ancaq onların ən üstün xüsusiyyətləri imanları, nəzakətləri, iffətləri, təvazökarlıqları və ləyaqətli olmalarıdır. Diqqət etsəniz, hamısının üzündə çox təmiz və nurlu ifadə var. İnsanlara da ən çox təsir edən bu təmizlik və sevgidən anlayan ruhları, coşqu ilə baxan baxışları, aramızdakı səmimi və dərin sevgidir. Açığını söyləsəm, bizim proqram ən çox izlənilən televiziya proqramları arasındadır. Bizi tənqid edənlər də bizi çox izləyirlər və söylədiklərimizin doğruluğunu görürlər, özləri də bunu dilə gətirirlər. Türkiyədəki əksər xanımlar dekolte libas geyinməyi sevirlər. Onların bir çoxu açıq-saçıq geyinərək yayda çimərlik paltarı ilə dənizə girirlər. Mən də qadının dekolte geyinməsinə qarşı çıxmıram, əksinə, onları müdafiə edirəm. İnanıram ki, hicablı da, dekolte libas geyinənlər də tər-təmiz müsəlmandırlar. Əgər qadınlar arasında paltarlarına görə ayrı-seçkilik edilərsə, onda belə çıxır ki, yalnız hicablı xanımlara hörmət etmək lazımdır. Onda gərək Türkiyədəki insanların əksəriyyətinə hörmət etməyək. Bundan başqa, əyləncə məkanları da gənc qızlarla dolub-daşır. Bu insanlar sevgililəri ilə və ya dost-tanışları ilə səhərə qədər rəqs edirlər. Bu ayrı-seçkiliyə rəqs edən qadınları da əlavə etsək, onda bu rəqəmin böyüklüyünü təxmin edin. Həm dekolteli, həm də hicablı qadınlar tər-təmiz insanlardır, müsəlmanlardır. Hər kəsin geyiminə, fikirlərinə, həyat tərzinə hörmətlə yanaşmaq lazımdır.
 

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az