• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Ermənistan şokda - Bu silahlar Çexiyadan Azərbaycana necə gəlib çıxıb?

11:12 20.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemlərinin (təkərli şassi üzərində) və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi geniş rezonansa səbəb olub

Virtualaz.org qeyd edir ki, bu rezonans bir tərəfdən həmin silahların böyük dağıdıcı gücü, son texnologiyalar əsasında modernləşdirilərək yüksək dəqiqliyə malik olması sayəsində Azərbaycanın artilleriya-raket qüvvələrinin düşmən üzərində əzici üstünlüyünü daha da artırması ilə bağlıdır. Digər tərəfdən Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olur və ittifaqın üzvü olan ölkənin istehsalı olan silah sistemləri əldə edir.

Və indi Ermənistanda bunun üzərində baş sındırırlar ki, Çexiyanın istehsalı olan artilleriya və reaktiv yaylım atəşi sistemləri Azərbaycana necə gəlib çıxıb?

“Azadlıq” radiosunun erməni xidməti bu barədə  Çexiyanın Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin cavabında deyilir ki, silah ixracına dair informasiyalar mətbuatda dərc edilmək üçün nəzərdə tutulmur.

Hansı ki, bu və ya digər növdə silahın ixracı üçün lisenziyanı Sənaye və Ticarət Nazirliyinin lisenziyalaşdırma Departamenti verir. Bu zaman müvafiq nazirliklərin-daxili işlər, müdafiə və xarici işlər nazirliklərinin rəsmi əsaslandırmaları nəzərə alınır.

Çexiya XİN daha sonra bildirir ki, bu ölkə son illərdə ümumiyyətlə Azərbaycana “letal silah” ixracına dair lisenziya verməyib. Bundan əlavə 2016 və 2017-ci illərdə Azərbaycanın Çexiyadan “Dana” M1 özüyeriyən artilleriya sistemi və RM-70 reaktiv sistemləri almaqla bağlı müraciətinə rədd cavabı verilib. Bu barədə müvafiq kanallarla Çexiyanın Avropa İttifaqındakı partnyorları məlumatlandırılıb.

“Çexiyanın Xarici İşlər Nazirliyi çex istehsalı olan silahların hansı yolla Azərbaycana gedib çıxdığını bilmir. Nazirlik bu məsələnin araşdırılmasını davam etdirir”-cavabda göstərilir. Ardınca Çexiya XİN bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Münaqişə qarşılıqlı kompromislər və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həll edilməlidir.

Rəsmi Yerevan isə hələlik özünü elə göstərməyə çalışır ki, Azərbaycanın Çexiya istehsalı olan və son texnologiyalar əsasında modernləşdirilmiş artilleriya-reaktiv sistemlərini almasından narahat deyil. Əslində isə erməni ekspert çevrələrində bu silahlarla bağlı ciddi təşviş müşahidə edilməkdədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan Çexiya istehsalı olan həmin silahları qaçaqmalçılıq yolu ilə əldə etməyib və bu, tamamilə leqal mexanizmlər sayəsində mümkün olub. Hansı ki, Azərbaycanın leqal yollarla Aİ üzvü olan ölkədən güclü silah sistemləri əldə etməyə nail olması Ermənistanda pərtlik və çaşqınlıq yaratmaya bilməz.

Virtualaz.org ötən buraxılışlarında “Dana” M1 özüyeriyənlərinin imkanları barədə yazıb. RM-70 “Vampir” sistemlərinə gəldikdə bunlar sovet istehsalı olan əfsanəvi “Qrad” reaktiv-yaylım atəşi sistemlərinin çex versiyasıdır, ancaq imkanlar baxımından daha üstündür. Çexiyanın “Excalibur Army” şirkətinin istehsal etdiyi bu sistemlərin modernləşdirilmiş versiyası olan RM-70 “Vampir” ilk dəfə Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində nümayiş olunub. RM-70 “Vampir” səkkizoxlu, zirehli “Tatra” T-818 (8X8) şassisi üzərində yerləşdirilib. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanlarına malikdir.

Sovet “Qrad”ları bir dəfəyə 122 mm-lik 40 raket buraxa bilirsə “Vampir”lər yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raket buraxa bilir. Belə ki,əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses uzağı 1 dəqiqə vaxt aparır. Nəticədə “Vampir” sürətlə atəş mövqeyinə çıxaraq düşmən mövqelərinə təxminən 3-4 dəqiqə ərzində 80 raket yağdıra və çevik şəkildə mövqeyini tərk edib cavab zərbəsindən yayına bilər.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az