• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Kimlər pis yazıçı sayılmalıdırlar? – Lyosanın məktubu

15:30 13.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az Seyfəddin Hüseynlinin tərcüməsində Ma­rio Varqas Lyosanın “Gənc ya­zı­çı­ya mək­tub­lar” kitabından “Katoble­pas” məktub-essesini təqdim edir

Əziz dos­tum!
 
Son gün­lər öh­də­mə dü­şən iş­lə­rin çox­lu­ğu Si­zə dər­hal ca­vab yaz­ma­ğı­ma ma­ne ol­du. Bu­nun­la be­lə, mən bü­tün bu müddət ər­zin­də da­vam­lı şəkildə Si­zin mək­tu­bu­nuz ət­ra­fın­da dü­şün­mü­şəm. Özü də bu­nun ye­ga­nə sə­bə­bi Siz­də­ki bö­yük hə­vəs, coş­ğun­luq de­yil. Mən də bu fi­kir­də­yəm ki, hər cür ağ­la­sığmaz bə­la­lar­dan qo­run­maq üçün ədə­biy­yat­dan yax­şı mü­da­fiə üsu­lu in­di­yə­dək ta­pıl­ma­yıb. An­caq dü­şün­cə­lə­rə dal­ma­ğı­mın bir sə­bə­bi də bu­dur ki, Si­zin ver­di­yi­niz "Ro­man­lar­da­kı əh­va­lat­lar har­dan ya­ra­nır", "Ro­man mü­əl­lif­lə­ri öz əsər­lə­ri üçün möv­zu­la­rı ne­cə ta­pır­lar" ki­mi su­al­lar mə­nim özü­mü in­di də, ya­ra­dı­cı­lıq yo­lu­mun baş­lan­ğı­cın­da ol­du­ğu qə­dər, na­ra­hat et­mək­də­dir. Hal­bu­ki ar­tıq xey­li say­da əsə­rin mü­əl­li­fi­yəm. Mə­nim hə­min su­al­la­ra ca­va­bım var. Am­ma mü­la­hi­zə­lə­ri­m gərək birbaşa, hər­fi mə­na­da qə­bul edilməsin. Əks təq­dir­də, on­la­rın ma­hiy­yə­ti də­yi­şi­lə­cək və fi­kir­lə­rim sax­ta tə­siri ba­ğış­la­ya­caq.
 
İs­tə­ni­lən əh­va­la­tın kö­kün­də onu qə­lə­mə alan in­sa­nın hə­yat təc­rü­bə­si da­ya­nır. Yə­ni hə­yat təc­rü­bə­si tə­xəy­yü­lün qi­da mən­bə­yi­dir. La­kin bu, heç də o de­mək de­yil ki, gu­ya ro­man bi­la­va­si­tə mü­əl­li­fin üs­tü­ör­tü­lü tər­cü­me­yi-ha­lı­dır. İs­tə­ni­lən bə­dii əsər­də onun mü­əl­li­fi olan in­sa­nın fər­di təc­rü­bə­si­lə sıx əla­qə­li is­ti­nad nöq­tə­si, saf bir to­xum aş­kar­la­maq müm­kün­dür. Cə­sa­rətlə de­yə bi­lə­rəm ki, bu qay­da­nın doğ­ru­lu­ğu is­tis­na­sız­dır və ona gö­rə də ədə­biy­yat alə­min­də "kim­yə­vi ba­xım­dan" tə­miz, xa­lis tə­xəy­yül məh­su­lu ol­mur. Hər bir bə­dii uy­dur­ma mü­əl­li­fin yad­da­şın­da qə­rar tu­tan və onun ya­ra­dı­cı zeh­ni­ni hə­rə­kə­tə gə­ti­rən fakt­lar, ha­di­sə­lər, can­lı in­san­lar üzə­rin­də fan­ta­zi­ya və us­ta­lıq sa­yə­sin­də ucal­dı­lan abi­də­dir. Bu za­man adi bir to­xum­dan bü­töv bir dün­ya ya­ra­nır. Elə zən­gin və rən­ga­rəng bir dün­ya ki, bə­zən onun da­xi­lin­də tə­məl ro­lu­nu oy­na­yan, xə­yal­la ger­çək­lik ara­sın­da giz­li bağ­lı­lıq ya­ra­dan tər­cü­me­yi-hal ele­men­ti­ni sez­mək çox çə­tin olur. Özü­mün çox­dan­kı, gənc­lik il­lə­ri­mə aid bir çı­xı­şım­da mən bu me­xa­niz­mi "tər­si­nə strip­tiz"ə bən­zət­miş­dim. Mü­əy­yən mə­na­da, ro­ma­nın ya­ran­ma­sı­nı ca­maa­tın gö­zü qar­şı­sın­da pal­tar­la­rı­nı əy­nin­dən çı­xa­rıb, çıl­paq bə­də­ni­ni nü­ma­yiş et­di­rən pe­şə­kar strip­tiz­çi­nin işi­nə ox­şat­maq müm­kün­dür. An­caq ya­zı­çı bu hə­rə­kə­ti tər­si­nə icra edir. O, ro­man üzə­rin­də iş­lə­yə-iş­lə­yə san­ki əy­ni­nə ye­ni-ye­ni pal­tar­lar ta­xır, tə­xəy­yü­lü he­sa­bı­na ya­rat­dı­ğı li­bas­lar­la özü­nün pro­se­sin əv­və­lin­də­ki çıl­paq­lı­ğı­nı ara­dan qal­dı­rır.
 
İn­di­ isə ro­man möv­zu­la­rın­dan söz açaq. Mə­nə elə gə­lir ki, möv­zu­lar ya­zı­çı­nın özün­dən qi­da­la­nır. Bu za­man o, Flo­be­rin "Mü­qəd­dəs An­to­ni­nin şey­ta­na uy­ma­sı" ro­ma­nın­da mü­qəd­dəs An­to­ni­nin önün­də pey­da olan və Bor­xe­sin "Uy­du­rul­muş var­lıq­lar haq­qın­da ki­tab"ın­da ye­ni­dən gö­rü­nən mi­fik hey­va­nı - Ka­tob­le­pa­sı xa­tır­la­dır. Ka­tob­le­pas, pən­cə­sin­dən baş­la­maq­la, özü-özü­nü gə­mi­rib ye­yən bəd­hey­bət var­lıq­dır. Əl­bət­tə, hərfi mənada oxşarlıqdan söhbət gedə bilməz, ancaq ya­zı­çı da əh­va­lat­lar qur­maq üçün ma­te­ri­al ax­ta­rar­kən özü-özü­nü "ye­yir". Həm də bu iş­lə tək­cə yad­da­şın sə­xa­vət­lə bəxş et­di­yi ma­te­ria­la əsas­la­na­raq su­rət­lər, ay­rı-ay­rı ha­di­sə­lər və mən­zə­rə­lər ya­rat­maq­dan öt­rü məş­ğul ol­mur. Yox, o, yad­da­şın rəf­lə­rin­də öz ira­də­si üçün ener­ji mən­bə­yi də ax­ta­rıb ta­pır. Bun­suz ro­man ya­rat­maq ki­mi uzun və ağır bir pro­se­si ba­şa çat­dır­maq müm­kün de­yil.
 
Ro­man­lıq möv­zu­lar haq­da mü­la­hi­zə­lə­rim­də bir az­ca irə­li­yə get­mə­yə cürət edə­rək de­yim ki, mü­əl­lif möv­zu­la­rı yox, on­lar mü­əl­li­fi se­çir­lər. Mü­əl­lif bu və ya di­gər möv­zu­la­rı ona gö­rə qə­lə­mə alır ki, ağ­lı­na məhz bun­lar gə­lir. Möv­zu se­çi­min­də mü­əl­li­fin sər­bəst­li­yi çox nis­bi­dir, hət­ta ola bil­sin, heç yox­dur. Mə­nim fik­rim be­lə­dir ki, mü­əl­li­fə möv­zu­la­rı hə­yat dik­tə edir. Ba­şa dü­şü­rəm ki, bu söz ol­duq­ca gu­rul­tu­lu səs­lə­nir və bu­na gö­rə üzr is­tə­yi­rəm.
 
Mü­əy­yən hə­yat təc­rü­bə­si şü­ur­da və şüu­ral­tın­da öz iz­lə­ri­ni qo­yur, son­ra­dan ya­şa­nan­lar onu tə­qib elə­mə­yə baş­la­yır və o da bun­lar­dan ya­xa qur­tar­maq üçün müx­tə­lif əh­va­lat­lar uy­dur­ma­ğa gi­ri­şir. Hə­yat təc­rü­bə­sin­dən do­ğan han­sı möv­zu­la­rın han­sı for­ma­da ya­zı­çı­nın diq­qət mər­kə­zi­nə keç­di­yi­nə da­ir mi­sal­lar gös­tər­mə­yə, yə­qin ki, eh­ti­yac yox­dur. Xa­ti­rat­da­kı is­tə­ni­lən mə­qa­mı bu­na sü­but ki­mi gö­tür­mək müm­kün­dür. Mə­sə­lən, ar­xa­yın­ca de­mək olar ki, bax bu əh­va­lat, bu su­rət, bu şə­ra­it, bu ma­raq­lı olay mə­ni ra­hat bu­rax­ma­dı, özü­nə cəlb elə­di, san­ki ru­hu­mun də­rin­lik­lə­rin­dən bir sə­da ki­mi qop­du və mən də o sə­si sus­dur­maq üçün bü­tün bun­la­rı qə­lə­mə al­ma­lı ol­dum. Heç şüb­hə­siz, be­lə mə­qam­da, ilk ola­raq, ada­mın ya­dı­na Prust dü­şür. Əsl Ya­zı­çı-Ka­tob­le­pas odur. Yad­da­şı­nın xa­ra­ba­lıq­la­rın­da bir ar­xeo­loq ki­mi əl­ləş­mək­lə "İti­ril­miş vax­tın ax­ta­rı­şın­da"nı ya­ra­dan ya­zı­çı­dan da­ha ar­tıq kim özü­nü çey­nə­yib və da­ha üs­tün nə­ti­cə­lər əl­də edə bi­lib? Bu əsər mü­əl­li­fin, onun ai­lə­si­nin, dost­la­rı­nın, mü­na­si­bət­lə­ri­nin, zöv­qü­nün, məm­nun­luq və mə­yus­lu­ğu­nun, bü­töv­lük­də in­san ru­hu­nun möh­tə­şəm bə­dii ifa­də­si­dir. Bi­oq­raf­lar Prus­tun ro­ma­nın­da­kı, zən­gin tə­xəy­yül ar­xa­sın­da giz­lə­nən re­al ha­di­sə və su­rət­lə­rin də­qiq, ger­çək si­ya­hı­sı­nı tər­tib edə bi­lib­lər. On­lar bu sehr­li əsə­rin mü­əl­li­fin hə­ya­tı­na aid re­al ma­te­ri­al­lar­dan qu­rul­du­ğu­nu ol­duq­ca inan­dı­rı­cı bir tərz­də bi­zə gös­tər­mə­yi ba­ca­rıb­lar. Hər­çənd ki, bi­oq­raf­la­rın üzə çı­xar­dıq­la­rı bu "ma­te­ri­al­lar si­ya­hı­sı" ye­nə də Prus­tun ya­ra­dı­cı­lıq qüd­rə­ti­nin gös­tə­ri­ci­sin­dən baş­qa bir şey de­yil. O, özü­nü öy­rən­mək­lə, öz keç­mi­şi­nə baş vur­maq­la hə­ya­tı­nın ən adi mə­qam­la­rı əsa­sın­da əs­ra­rən­giz bir xal­ça to­xu­yub. Bu xal­ça, ma­hiy­yət eti­ba­ri­lə, mü­əl­li­fin sub­yek­tiv möv­qe­dən mü­şa­hi­də et­di­yi, hə­ya­tın axa­rın­da özü-özü­nü iz­lə­mək üçün iki­lə­şən in­san tə­biə­ti­nin hey­rə­ta­miz ək­si­dir.
 
Qeyd et­dik­lə­ri­miz­dən be­lə bir mü­hüm nə­ti­cə ha­sil olur ki, tə­xəy­yül üçün çı­xış nöq­tə­si ro­lu­nu ya­zı­çı­nın ya­şam təc­rü­bə­si oy­na­sa da, re­al hə­yat "ədə­bi tə­yi­nat" mə­ka­nı de­yil və ola da bil­məz. On­lar ara­sın­da ki­fa­yət qə­dər bö­yük, hət­ta kos­mik öl­çü­lü mə­sa­fə var. Çün­ki ke­çid pro­se­sin­də möv­zu söz­lə ifa­də olu­nan­da, təh­ki­yə for­ma­sı­nı alan­da tər­cü­me­yi-hal­dan gə­lən mə­qam­lar də­yi­şi­lir, yad­daş­dan gö­tü­rü­lən və ya uy­du­ru­lan baş­qa ma­te­ri­al­lar­la qa­rı­şa­raq zən­gin­lə­şir (bə­zən bə­sit­lə­şə də bi­lər). Bu pro­se­sin ge­di­şin­də tə­xəy­yül məhsulu özü­nə mü­əy­yən for­ma qa­za­nır. Mü­əl­li­fi­nin adı­nı üs­tə­lə­mə­yən əsər­lər yal­nız bi­oq­ra­fik ma­te­ri­al ki­mi əhə­miy­yət da­şı­yır və ya­ra­dı­cı­lıq­da uğur­suz­luq sa­yı­lır. Bə­dii­ləş­mə pro­se­si yad­da­şın mü­əl­li­fə ver­di­yi ma­te­ria­lın söz­lə qu­ru­lan ger­çək dün­ya­ya, yə­ni ro­ma­na çev­ril­mə­si­dir. For­ma isə tə­xəy­yü­lün konk­ret­ləş­mə­si­nə im­kan ya­ra­dır. Mə­nim ədə­bi ya­ra­dı­cı­lı­ğa ya­naş­ma­mı düz­gün say­maq olar­sa (bir da­ha qeyd edi­rəm, bu­na əmin de­yi­ləm), ro­man mü­əl­li­fi bu mə­sə­lə­də sər­bəst­dir və de­mə­li, nə­ti­cə­yə gö­rə də tam mə­su­liy­yət da­şı­yır. Əgər Siz bun­dan be­lə nə­ti­cə­yə gəl­di­niz­sə ki, ya­zı­çı bə­dii xə­yal­lar qu­rar­kən öz möv­zu­la­rına görə yox, on­la­rı ədə­bi əsə­rə çe­vir­mək­dən öt­rü gör­dü­yü iş­lər üçün mə­su­liy­yət da­şı­yır, üs­tə­lik, əsər­lə­ri­nin uğur­la­rı­na və uğur­suz­lu­ğu­na da bir­ba­şa o ca­vab­deh­dir, bə­li, düz an­la­mı­sı­nız. Mən məhz bu fi­kir­də­yəm.
 
Gö­rə­sən, ya­zı­çı­nın hə­ya­tın­da­kı say­sız-he­sab­sız fakt­lar­dan bə­zi­lə­ri­nin (be­lə­lə­ri çox az­dır) ya­ra­dı­cı tə­xəy­yül üçün əhə­miy­yət­li ol­ma­sı­nın, di­gər­lə­ri­nin isə (on­la­rın sa­yı qat-qat ar­tıq­dır) onun zə­ka­sın­da heç bir tə­sir oyat­ma­dan ötüb keç­mə­si­nin sə­bə­bi nə­dir? Bu sua­la də­qiq ca­va­bım yox­dur. An­caq bəl­li bir mü­la­hi­zəm var. Gö­rü­nür, hekayətlər qur­maq üçün ya­zı­çı­ya la­zım olan per­so­naj­lar, ma­raq­lı əh­va­lat­lar, konf­likt­lər bə­dii dü­şün­cə ilə re­al hə­ya­tın ger­çək dün­ya­nın ay­rı­cın­da olan­lar­dır. Bu da, əgər mə­nim əv­vəl­ki mək­tu­bum­dan xa­ti­ri­niz­də­dir­sə, məhz ya­zı­çı­lı­ğa meyl oya­dan, in­sa­nı ət­raf alə­mə qar­şı üs­yan qal­dır­ma­ğa sövq edən əsas amil­dir. Fik­ri­mi əsas­lan­dır­maq üçün say­sız nümunələrdən birinin -  XVIII əs­rin, bö­yük də ol­ma­sa, hey­rə­ta­miz də­rə­cə­də məh­sul­dar fransız ya­zı­çı­sı Re­tif de la Bre­ton­nun üzə­rin­də da­yan­maq is­tər­dim. Mən onu məh­dud is­te­da­dı­na gö­rə yox, ger­çək dün­ya­ya qar­şı üs­yan­kar­lı­ğın də­qiq nü­mu­nə­si­ni təq­dim et­di­yi­nə gö­rə fərq­lən­di­ri­rəm. Re­tif de la Bre­ton­nun yaz­dı­ğı çox say­da ro­man içə­ri­sin­də ən məş­hu­ru av­to­bi­oq­ra­fik məz­mun­lu "Müs­yö Ni­ko­la"dır. XVIII əs­rin Fran­sa­sı bu­ra­da so­sio­lo­ji də­qiq­lik­lə, bü­tün in­san tip­lə­ri, dü­şün­cə­lə­ri, ge­yim­lə­ri, məş­ğu­liy­yət­lə­ri­lə bir­gə ve­ri­lib. Bu əsər, is­tər ta­rix­çi və ya ant­ro­po­loq, is­tər­sə də et­noq­raf və ya so­sio­loq ol­sun, bü­tün təd­qiqt­çı­lar üçün əsl xə­zi­nə­dir. On­la­rın ha­mı­sı Re­ti­fin ya­rat­dı­ğı bu mən­bə­dən gen-bol bəh­rə­lə­nib­lər. La­kin onun ro­man­la­rın­da əks olu­nan so­si­al və ta­ri­xi real­lıq­lar elə kəs­kin də­yi­şik­lik­lə­rə mə­ruz qa­lıb ki, on­lar haq­qın­da sırf tə­xəy­yül ki­mi söz aç­maq la­zım gə­lir. Re­al dün­ya­ya çox bən­zə­yən ge­niş və zən­gin bir aləm­də ki­şi­lər qa­dın­la­ra çöh­rə­si­nin gö­zəl­li­yi­nə, be­li­nin in­cə­li­yi­nə, mə­nə­vi saf­lı­ğı­na gö­rə vu­rul­mur­lar. On­la­rı ilk növ­bə­də qa­dın ayaq­la­rı­nın zə­rif­li­yi və ya ayaq­qa­bı­la­rı­nın qə­şəng gö­rü­nü­şü cəlb edir. Re­tif de la Bre­tonn fe­ti­şist idi və bu­na gö­rə də müa­sir­lə­ri ara­sın­da eks­sent­rik ki­mi ta­nı­nır, "qay­da­dan" kə­na­ra çıx­dı­ğı üçün ger­çək­li­yə mü­na­si­bət­də "dis­si­dent" sa­yı­lır­dı. Re­ti­fin ye­ni­dən ya­rat­dı­ğı aləm­də qa­dın gö­zəl­li­yi­nin əsas at­ri­bu­tu və ki­şi­lə­ri ən çox va­leh edən ob­yekt ki­mi in­cə ayaq­la­rın, həm­çi­nin on­la­ra xü­su­si ya­ra­şıq ve­rən co­rab­la­rın, baş­maq­la­rın diq­qət mər­kə­zin­də da­yan­ma­sı ta­ma­mi­lə adi, nor­mal hal­dır. Dün­ya­lar ara­sın­da­kı ke­çid pro­se­si az say­da ya­zı­çı­da bu cür də­qiq­lik­lə, mü­əl­li­fin şəx­siy­yə­ti­nə, is­tək­lə­ri­nə, meyl­lə­ri­nə, na­ra­zı­lıq­la­rı­na uy­ğun şə­kil­də özü­nü gös­tə­rir. An­caq bu­na bən­zər hə­rə­kət­lə­ri, o də­rə­cə­də şü­ur­lu və ay­dın for­ma­da ol­ma­sa da, baş­qa mü­əl­lif­lər də edir­lər. Hər kə­sin hə­ya­tın­da, Re­ti­fin fe­ti­şiz­mi­nə ox­şa­yan, in­sa­nı ya­şa­dı­ğı dün­ya­dan fərq­li bir aləm ar­zu­la­ma­ğa sövq edən han­sı­sa mə­qam­lar var. Fə­da­kar­ca­sı­na haqq-əda­lət ara­maq, ən in­tim, ma­zo­xist və sa­dist eh­ti­yac­la­rı­nı ödə­mək, bö­yük bir eşq ya­şa­maq, söz­lə ye­ni dün­ya­lar qur­maq ya­zı­çı­nın ət­raf aləm­lə konf­lik­ti­nin əsa­sın­da da­ya­nır.
 
Elə bi­li­rəm ki, ədə­biy­ya­ta xas ən mü­rək­kəb key­fiy­yət olan dü­rüst­lük haq­qın­da da­nış­ma­ğın vax­tı ye­ti­şib. Şüb­hə yox­dur ki, bə­dii tə­xəy­yül ma­hiy­yət eti­ba­ri­lə uy­dur­ma­dır. İs­tə­ni­lən ro­man hə­qi­qət ki­mi qə­lə­mə ve­ri­lən ya­lan­dır, təq­dim edil­di­yi ki­mi ol­ma­yan re­al­lıq­dır, bir növ ger­çək­li­yə bən­zət­mə­dir. Bu, inan­dı­rı­cı­lıq də­rə­cə­si ya­zı­çı­nın çe­şid­li üsul­lar­dan, sirk­də­ki fo­kus­çu­lar ki­mi, nə də­rə­cə­də uğur­la is­ti­fa­də et­mə­sin­dən bir­ba­şa ası­lı olan bir ya­ra­dı­cı­lıq işi­dir. Be­lə­lik­lə, ba­xaq gö­rək, ro­ma­na mü­na­si­bət­də dü­rüst­lük­dən da­nış­ma­ğı­mı­zın ye­ri var­mı? Axı, bu janr­da qə­lə­mə alı­nan ən ger­çək mət­ləb be­lə, is­tər-is­tə­məz ya­lan, uy­dur­ma və il­ğım sə­ciy­yə­li­dir! Hə, bun­dan da­nış­ma­ğın ye­ri var, an­caq mə­sə­lə­ni baş­qa cür qoy­maq la­zım­dır: o ya­zı­çı­nı dü­rüst və doğ­ru­çu ad­lan­dır­maq olar ki, ta­le­yin hök­mü­nə də­qiq və ita­ət­lə əməl edə­rək, yal­nız mü­əy­yən bir qrup möv­zu­nu qə­lə­mə al­sın, şəx­si təc­rü­bə­sin­dən qay­naq­lan­ma­yan, şüu­ru­na la­büd bir şə­kil­də ha­kim kə­sil­mə­yən di­gər möv­zu­la­ra ya­xın dur­ma­sın. Baş­qa söz­lə, ya­zı­çı­nın dü­rüst­lü­yü öz ba­şın­da­kı "cin­lər"lə dil ta­pıb, gü­cü ça­tan qə­dər on­la­ra xid­mət et­mə­sin­də tə­za­hür ta­pır.
 
Əgər mü­əl­lif onu da­xil­dən tər­pə­dən möv­zu­la­rı qə­lə­mə al­mır, so­yuq baş­la möv­zu və sü­jet­lər se­çə­rək ya­za­raq, bu yol­la asan­lıq­la uğur qa­za­na­ca­ğı­nı dü­şü­nür­sə, be­lə ya­zı­çı dü­rüst və ger­çək­çi ola bil­məz. Ümu­miy­yət­lə, bir qay­da ola­raq, bu cür mü­əl­lif­lər pis ya­zı­çı­lar sa­yıl­ma­lı­dır. Hər­çənd ki, bə­zən be­lə­lə­ri də best­sel­ler­lər si­ya­hı­sın­da fəx­ri yer­lər tu­ta bi­lir­lər. Hə­min si­ya­hı isə, bil­di­yi­niz ki­mi, də­yər­siz ro­man­lar­la do­lu­dur. Mə­nim nə­zə­rim­də, əgər ru­hu­nun də­rin­li­yin­də­ki ka­bus­lar, ya­zı­çı­la­rı üs­yan­kar var­lıq­la­ra çe­vi­rən "cin­lər" ada­mı coş­dur­mur­sa, onun re­al­lı­ğı ye­ni bir şək­lə sa­lan ya­ra­dı­cı adam ol­ma­sı müş­kül­dür. Öz "cin­lərin­dən” qa­çan, öz möv­zu­la­rı­nı ki­fa­yət qə­dər ori­ji­nal və cəl­be­di­ci say­ma­ya­raq, kə­nar möv­zu­la­ra gi­ri­şən­lər dəh­şət­li də­rə­cə­də ya­nı­lır­lar. Ədə­biy­yat­da özü-öz­lü­yün­də yax­şı və ya pis möv­zu yox­dur. İs­tə­ni­lən möv­zu yax­şı da çı­xa bi­lər, pis də. Bu isə, bir da­ha qeyd edi­rəm, möv­zu­nun ro­man şək­li alar­kən nə­yə çev­ri­lə­cə­yin­dən, yə­ni üs­lub və struk­tur­dan müs­təs­na də­rə­cə­də ası­lı­dır. Məhz han­sı­sa möv­zu üçün se­çi­lən for­ma mü­əy­yən bir əh­va­la­ta ori­ji­nal və ya çey­nən­miş, də­rin və ya sət­hi, mü­rək­kəb, ya­xud bə­sit xa­rak­ter ve­rir. For­ma ha­di­sə­lə­rə və per­so­naj­la­ra ener­ji, zən­gin mə­na və dü­rüst­lük gə­ti­rir, ya­xud da elə onun uc­ba­tın­dan bə­zən qəh­rə­man­lar can­sız və ka­ri­ka­tu­ra­nı xa­tır­la­dan oyun­caq­la­ra çev­ri­lir­lər. Mə­nim alə­mim­də, bu, ədə­biy­ya­tın is­tis­na sev­mə­yən az­say­lı qay­da­la­rın­dan bi­ri­dir. Öz­lü­yün­də, möv­zu­lar ro­man üçün əv­vəl­cə­dən han­sı­sa aqi­bət mü­əy­yən­ləş­dir­mir. Ya­zı­çı­nın on­la­rı mü­əy­yən qay­da­da düz­dü­yü söz­lər­lə ger­çə­yə çe­vi­rər­kən ne­cə dav­ra­na­ca­ğın­dan ası­lı ola­raq, möv­zu­lar yax­şı və ya pis, cəl­be­di­ci və ya can­sı­xı­cı alı­nır.
 
Dos­tum, elə bi­li­rəm ki, mövzu məsələsi barədə bu qədər yetər.
 
Si­zi bağ­rı­ma ba­sı­ram!

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az