• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

“Sivilizasiyaların toqquşması” – Qırılma xətləri münaqişələrin yaranmasına səbəb olur

11:30 13.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Gələcəyə baxış kontekstindən yanaşsaq, görərik ki, əksər mütəxəssislər daima cəmiyyətin sabahının sifətini tapmağa cəhd göstərirlər

1996-cı ildə Samuel Hantinqton özünün qlobal geosiyasətə müfəssəl baxışını “Sivilizasiyaların toqquşması” (The Clash of Civilization) adlı kitabında geniş analiz süzgəcindən keçirib.

Soyuq müharibənin qurtarması və 1989-cu ildə Berlin divarının uçurulması ilə Qərbdə eyforiya küləkləri əsməyə başladı. Elə güman edilirdi ki, bazar iqtisadiyyatı qələbə qazanıb və o praktik tətbiq gördüyü bütün məkanlarda vətəndaşların həyatını yaxşılaşdıracaq. Demokratiya ideyası tədricən hər yerdə öz təsdiqini tapmalıydı. Müdafiə sektoruna çəkilən nəhəng xərclərin dövrü keçmişdə qalmışdı və İsveçrənin Davos şəhərində toplanan siyasi liderlərdən, müəssisələrin rəhbərlərindən, jurnalistlərdən və bankirlərdən ibarət yeni dünya elitası formalaşmışdı. Onların hamısı demokratiyanın əbədi sülhə gətirəcəyinə tam əmin idi.

Məhz bu şəraitdə Harvard Universitetinin professoru Samuel Hantinqton 1993-cü ildə “Foreign Affairs” jurnalında “Sivilizasiyaların toqquşması” adlı məqalə dərc etdirdi. Əgər Hantinqtonun yazdıqlarına 11 sentyabrdan sonrakı prizmadan baxmasaq, onda onun başlıca fikirləri sanki, bayağı təsir bağışlayacaq.

Amma buna baxmayaraq, 1990-cı illərdə bu yazı o zaman kommunizmin dağılması ilə tarixin sonunun gəlməsi kimi dəbdə olan ideyaya zidd gəlirdi. Həmin ideya bundan bir il əvvəl Frensis Fukuyamanın çapdan çıxmış və liberal demokratiyanın geniş yayılmasının carçısı sayılan ”Tarixin sonu və sonuncu insan” (The End of History and the Last Man) kitabı ilə daha da böyük uğur qazanmışıdı.

Hantinqton yazırdı: ”Mənim hipotezim ondan ibarətdir ki, yeni dünyada münaqişələrin səbəbi ideologiya və ya iqtisadiyyatdan qaynaqlanmayacaq. Bəşəriyyətin parçalanmasının başlıca səbəbi və münaqişələrin əsas mənbəyi mədəni xarakter daşıyacaq. Beynəlxalq məsələlərdə ABŞ birinci rolda oynamağa davam edəcək, lakin dünyadakı əsəs siyasi münaqişələrdə müxtəlif mədəniyyətlərə aid olan millətlərin və qrupların yolları ayrılacaq. Dünya siyasətində mədəniyyətlərin toqquşması öncüllük edib üstün mövqedə dayanacaq”.

- Mübahisə

Hantinqtonun məqaləsi inanılmaz mübahisələr doğurdu. ”Foreigen Affairs” baş redaktorunun sözlərinə görə, həmin məqalə üç il ərzində 1940-ci ildən indiyədək yazılmış istənilən materialdan daha çox diskusiya yaratdı. Buna bənzər hal yalnız 1947-ci ildə Amerikan diplomatı Corc Kennanın sovet təcavüzü və onun dayandırılmasının vacibliyi barəsində yazdığı məqalə ətrafında cərəyan etmişdi.

Hantinqton 1996-cı ildə qələmə aldığı məqaləsinin mövcud versiyasını genişləndirərək “Sivilizasiyaların toqquşması” adlı kitab çapdan çıxardı. Amma adının qarşısında sual işarəsi qoyulmadan nəşr edilən bu kitab ətrafındakı polemika hələ sakitləşməmişdi.

İlk növbədə kitabın bu məşhur adına diqqət etməliyik. Geosiyasətçi Robert Kaplan xatırlayaraq yazır: ”Bu çox böyük təəssürat yaradır. Biz həmişə öz kitabımız üçün ideal ad axtarırıq. Bundan əlavə, əgər hətta siz onu oxumasanız da belə, bu ad barəsində mübahisə etmək olar. Çünki bu ad sizdə müəyyən bir fikir oyadır”.

Gəlin bir detala da diqqət yetirək: burada mədəniyyətlər haqqında cəm şəklində danışılır. Yəni, qloballaşma nəzəriyyəsinin aparıcı xüsusiyyət daşımasına baxmayaraq, mədəniyyətlərin çoxluğu artıq parçalanmanın dərinləşəcəyini ehtimal edir.

Hantinqton 21-ci əsr dünyasındakı yeni qırılma xətlərini görürdü. Bunlaran biri kitabın yazıldığı zaman Balkanlarda başlayan müharibə idi. Professor hesab edirdi ki, ən təhlükəli münaqişlər “sivilizasiyaların qırılma xətti böyünca” gedir. Məsələn, keçmiş Yuqoslaviyanın ərazisi bu cür üç xəttin sərhədində yerləşir: qərb, pravoslav və müsəlman.

- Ümumbəşər mədəniyyətinə iddia etmək

Onun sözlərinə görə, tarixdə ilk dəfə qlobal siyasət eyni vaxtda həm çox qütblü və həm də ki, çoxmədəniyyətli olub (Əvvəl mövcud olmuş iki bloklu sistemdən və bloklara qoşulmayan ölkələr qrupundan fərqli olaraq). Modernləşdirmə Qərbləşdirmə ilə eyni deyil və heç bir halda ümumbəşər sivilizasiyanı formalaşdırmır və həmçinin də, bütün cəmiyyəti Qərb standartlarına uyğun hala gətirmir. Son zamanlar baş verənlər Qərbin nisbi çöküşü ilə əlaqədar ayrı qüvvələr nisbəti formalaşdırır və Asiyanın (xüsusən Çinin) hərbi-iqtisadi qüdrətini və demoqrafik planda İslamın vüsətli artışını təsdiq edir. 1995-ci ildə Hantinqton qeyd edirdi ki, islam ölkələri mədəni, sosial və siyasi planda 15 il bundan əvvəlkinə nisbətən daha çox müsəlman olublar.

Ortalığa bəlli bir nəticə çıxır: Qərbin ümumi mədəniyyətə iddia etməsi onu digər sivilizasiyalarla və xüsusən də müsəlman və Çin sivilizasiyaları ilə münaqişəyə doğru itələyir.

Bu kitaba göstərilən ilk reaksiya əsas etibarıyla məhdud dairədəki geosiyasətçilər və intellektuallardan başladı. ”Hudzon İnstitutu”nun rəhbəri Kennet Vaynşteyn öz skeptik baxışlarını belə xatırlayır: ”Mən onun arqumentlərini şişirdilmiş hesab edirdim”.

Geosiyasətçi Robert Kaplan isə başqa fikirdədir. O deyir: ”Sivilizasiyaların toqquşmasının əsas dəyəri səs-küylü adlara deyil, incə çalarlara bağlıdır. Nə vaxt ki, insanlar sivilizasiyaların toqquşması ifadəsini eşitdilər, o zaman onlarda belə bir hiss yarandı ki, yəqin söhbət daş dövründəki münaqişədən gedir. Hantinqton bu kəlmədən istifadə etməklə göstərmək istədi ki, toqquşmanın səbəbi parçalanmanın mənbəyi olan modernləşmə ilə bağlıdır”.

- Mədəni və tarixi amillər

Fransanın “Strateji Araşdırmalar Fondu”nun (Fondation pour la recherche strategique) direktor müavini Bruno Tertre (Bruno Tertrais) özünün “Tarixin revanşı” adlı yeni kitabında Hantinqtonun tarixin siyasətdə yenidən birinci plana qayıtması fikirlərini dəstəkləyir və onun tezislərinə intellektual mübahisəyə ən yüksək dərəcəli Amerikan töhfəsi kimi baxır.

Bruno Tertre deyib: “Heç kimin anlamadığı bir vaxtda o beynəlxalq nizam qaydalarının hansı yöndə istiqamətlənəcəyi məsələlərini qaldırırdı. Geosiyası məsələlərə mədəni və tarixi amillərin bu cür qayıdışı o zamanlar kifayət qədər yeni idi. ”Foreign Affairs”də gedən məqalə məndə nə xüsusi bir şövq, nə də hiddət yaratdı. Sivilizasiya anlamının geosiyasətə qayıtması ideyası mənə olduqca maraqlı və cazibədar göründü. Hər halda dünyanın səkkiz sivilizasiyaya bölünməsi, həm də onların yekcins törəmə kimi təqdim olunması mənə problemli göründü. Axı, məsələn, nəyə görə iki xristian, bir islam sivilizasiyası mövcuddur? Müasir Rusiya layihəsinin dövlət ittifaqı və pravoslav kilsəsinin çərçivəsindən kənara çıxmasından hələ danışmıram. Burada Rusiyanın çox konfessiyallılığı ön planda dayanır”.

2001-ci il 11 senyabrdan sonra “Sivilizasiyaların toqquşması”nı yeni uğur dalğası gözləyirdi. Kitab otuzdan artıq dilə tərcümə edildi. Soyuq müharibə zamanı islam və Qərbin min illik münaqişəsi ikinci plana keçmişdi. Onun yenidən aktuallaşacağının söylənilməsi peyğəmbərcəsinə deyilmiş öncəgörmə statusu qazandı.

Nəticədə bu kitab uzun müddət ərzində “The New York Times”-in bestseller siyahısında birinci yeri tutdu. Bu isə belə bir janrda yazılmış əsər üçün kifayət qədər nadir görülən bir hadisəydi.

- Düzgün olmayan təfsirlər

Çox təəssüf ki, bu kitaba tamamilə islam və Qərb münaqişəsi prizmasından baxmağa başladılar. Həqiqətən də bu əsərdə həmin məsələyə xeyli yer ayrılır, amma hər şey yalnız belə bir sadə ideya üzərində qurulmayıb. Hantinqtonu kiçik Buşun xarici siyasətinin daşıyıcısı və “mühafizəkarların nəzəriyyəçisi” adlandırırdılar. Hərçənd ki, alim bu cür yanaşanlara öz etirazını bildirirdi. Axı,”Sivilizasiyaların toqquşması” birbaşa göstərir ki, Qərb demokratiyasının “ixracı” mümkün deyil.

Bruno Tertre məsələni belə izah edir: ”Hamı iki şeyi qarışdırır. Hantinqton sivilizasiyaların müharibə edəcəyindən danışmır, o deyir ki, sivilizasiyaların qırılma xətti böyunca ciddi münaqişələr baş verəcək. Bu heç də eyni şey deyil və onun ideyalarında determinizm olmayıb. Düzgün olmayan yozum üzündən kitab həm səmimi və həm də bilərəkdən yazılmış qızışdırıcı mövqe tutmuş bir əsər kimi görünür. Bundan əlavə, bu kitabı tənqid atəşinə tutanların əksəriyyəti hətta onu heç oxumayıblar”.

Fransız eksperti müasir dünyamızdakı böyük münaqişələrin müqayisəsini aparır: ”Onların bir neçəsi müsəlman dünyasının sərhədində baş verib. Hər necə olsa da, Rusiya və Ukrayna arasındakı toqquşma, Koreya yarımadasındakı gərgin vəziyyət, İran və Səudiyyə Ərəbistanı arasındakı düşmənçilik, bütün bunlar sivilizasiyaların toqquşmasının hansı xətt üzərində baş verəcəyi kontekstində əlaqəsiz kimi görünür. Ona görə də, əksər böhranların izahını tampağa imkan vermir. Hər halda bir sıra radikal islamçı və cihadçı hərəkatlar Hantinqtonun tezislərini özlərinə bir silah olaraq götürüblər. İŞİD, Usama bin Laden və İslam İnqilabı Keşikçiləri deyirlər ki, onlar sivilizasiyalar müharibəsinin məntiqinə uyğun hərəkət edirlər”.

- Çin səfirliyinə vurlumuş zərbə

Kennet Vaynşteyn deyir ki, Hantinqtonun arqumentləri onu kitab çıxdığı vaxtdan daha çox təəssüratlandırır.

Sözsüz ki, artıq 11 sentyabr hadisəsi baş verib, amma ekspertlər digər bir mühüm anı önə çəkirlər: 1999-cu ildə Kosovodakı müharibə vaxtı Amerikanlar təsadüfən Çinin Serbiyadakı səfirliyinə təyyarədən raket zərbəsi vurmuşdular. Prezident Klintonun üzr istəməsinə baxmayaraq, Çinin buna reksiyası hədsiz kəskin olmuşdu.

Kennet Vaynşteyn deyir: ”Bir çoxlarının ümidlərinə baxmayaraq, Çin onların istədikləri istiqamətdə -demokratik yolla getmədi. Bu məsələdə Hantinqton haqlıydı”.

Hantinqtonun arqumentlərinin hər bir bəndi ilə mübahisə aparmaq olar. Onlar nəyə yönəliblər? Onun nədə yalnış və nədə düz olduğunu göstərməklə bərabər, irəliyə sürdüyü iddiaların ədələtli və səhv olduğunu da demək olar.

Hantinqtonun kitabı ilə meydana çıxan polemika indiyədək canlı və təzədir. Onun sivilizasiyaların toqquşması konsepsiyası hələ də ekspertlərin istiqamət kimi götürdükləri üfüqləri müəyyənləşdirir.

Hantinqtonun fikri konkret vəziyyətlər üçün abstrakt çərçivələr yaratmağa can atıb. Necə ki, soyuq müharibə heç də 1945-1989-cu illər arasındakı dünyanın mənzərəsini tam dəqiq təsvir etməsə də, ancaq o həmin dövrün xüsusiyyətinin ən yaxşı versiyası sayıla bilərdi. Eləcə də Hantinqtonun irəli sürdüyü “Sivilizasiyaların toqquşması” nəzəriyəsi və ya paradiqması haqqında eyni düşüncələri söyləmək olar.

(Le Monde-Fransa)


MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az