• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

“İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur”

10:12 13.09.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“O məqsədlər üçün dövriyyəyə böyük pullar buraxıla bilər”

Prezidentin məsələyə qarışmasından sonra “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin üzərindən həbs-qətimkan tədbirinin dəyişdirilməsi son zamanların ən ciddi və pozitiv hadisəsi oldu. Agentlik rəhbərinin üzərindən həbs cəzasının götürülməsinin zəruriliyini bildirib bununla bağlı ölkə rəhbərliyinə mətbuat vasitəsilə müraciət edən şəxslərdən biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyev olmuşdu. Partiya rəhbəri ilə söhbətimizə bu mövzudan başladıq:

- Qüdrət bəy, ölkə prezidenti çoxsaylı müraciətləri nəzərə alıb Mehman Əliyevlə bağlı humanist qərar verdi. Həmçinin Nardaran hadisələri ilə bağlı həbs olunanlar da azadlığa qovuşdu. Bu qərarları necə dəyərləndirirsiniz və bundan sonra belə addımların davamını gözləyirsinizmi? 

- Düzünü desəm, Mehman Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi qərarı müəyyən mənada mənim üçün gözlənilməz oldu. Bu, ölkənin maraqlarına cavab verən, həm də humanist bir qərardır, o baxımdan da alqışlanmalıdır. Mehman Əliyevlə yanaşı, Nardaran hadisələrinə görə həbs olunmuş 14 nəfər də azadlığa buraxılıb, bu da müsbət addımdır və mən bu addımı da alqışlayıram. Düşünürəm ki, gələcəkdə də belə addımlar atılmalıdır. Beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi - əsassız olmasından asılı olmayaraq, digər siyasi məhbus hesab edilən şəxslərin də azadlığa buraxılması doğru addım olar. Xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə, dövləti cinayətlər törətmiş şəxslər, sabitliyə təhlükə yarada biləcək ekstremist qüvvələr istisna olmaqla, digər bu kateqoriyadan olan şəxslər də azadlığa buraxılmalıdır. Söhbət ondan getmir ki, bu insanlar elə beynəlxalq təşkilatların dediyi kimi, siyasi məhbusdurlar. Onların hər birinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub. Onlar bu və ya digər qanunla qorunan ictimai münasibətləri pozmağa görə məsuliyyətə cəlb olunublar. Amma dünyada insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların - hansılar ki, onlar qiymətləndirmə aparırlar ki, kimi siyasi məhbus hesab etmək olar - onların çağırışlarını nəzərə almaq lazımdır. Ona görə ki, bunlar bir gücdür, ölkənin imicinin formalaşdırılmasında müstəsna rol oynayırlar. Yəni Azərbaycan haqqında vəziyyəti öyrənmək istəyən hansısa ölkənin vətəndaşı, istər sahibkar, istər mədəni, yaxud siyasi əlaqə qurmaq istəyən şəxs olsun, ölkə haqqında məlumat toplamaq istəyəndə həmin beynəlxalq təşkilatların bu ölkə ilə bağlı hesabatlarını oxuyur. Yəni orada qanunun aliliyi necə təmin olunur, insan haqları ilə bağlı vəziyyət nə yerdədir. Bunları öyrənəndən sonra həmin ölkə ilə öz münasibətlərini qururlar. Buna görə də hətta haqsız olmalarından asılı olmayaraq, biz onların çağırışlarını qulaqardına vura bilmərik. O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır.

- Yəni dünya reallıqlarını nəzərə almağı təklif edirsiniz...

- Təbii ki. Məsələn, hamımız bilirik ki, Rusiya olmasa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini çoxdan həll eləmişdi. Amma biz Rusiyanın güc olmasını nəzərə alıb, hətta yeri gələndə ona vasitəçilik missiyasına görə minnətdarlıq da edirik. Niyə? Məcburuq, ona görə. Düşünürük ki, böyük qonşumuz kimi Rusiya Azərbaycan üçün daha ciddi problemlər yarada bilər. O baxımdan, eyni yanaşma beynəlxalq birliyə də olmalıdır. Bizim Qərblə münasibətlərimizin tamamilə korlanması ona gətirib çıxara bilər ki, Rusiya görsə ki, bizə Qərbdən heç bir dəstək yoxdur, bizi ayaq altına atar. O baxımdan, dövlət maraqları tələb edir ki, biz indiki balanslaşma siyasətini davam etdirək. Bunun üçün də Qərblə münasibətləri sona qədər korlamağa dəyməz. Bu gün biz Türkiyə ilə Qərbin münasibətlərindəki problemləri ürək ağrısı ilə izləyirik. Azərbaycanla da analoji bir vəziyyətin yaranmasına imkan vermək olmaz. Ona görə ki, bizim Qarabağ kimi problemimiz var. Bu problem bizi daha ehtiyatlı siyasət yürütməyə vadar edir.

“Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır”

- Prezident seçkilərinə bir il qaldığı ərəfədə belə yanaşma var ki, Azərbaycana həm Rusiya, həm də Qərb təzyiq edir. Belə bir vəziyyətdə siz qarşıdakı seçkilərlə bağlı nələr düşünürsünüz? 

- Yenə də seçki ərəfəsi həm Qərbə, həm də Rusiyaya bağlı olan müəyyən siyasətçilər aktivləşə bilər. Amma həm Azərbaycan xalqı, həm prezidentin özü o insanların arzularını gözündə qoyacaqlar. Biz qəti şəkildə imkan verməməliyik ki, hansısa xarici dövlətlər Azərbaycanın daxili siyasətinə təsir etsinlər və özlərinin hansısa bir əlaltısını burada hakimiyyətə gətirsinlər. Azərbaycan dövləti də hazırda kifayət qədər güclüdür və belə cəhdlər olarsa, qarşısını qətiyyətlə alacaq. Amma belə cəhdlərin ola bilmə ehtimalı həddindən artıq böyükdür. Ona görə ki, Azərbaycan çox strateji bir bölgədə yerləşir. Hamı istəyir ki, cənubla şimalın, şərqlə qərbin arasındakı körpü, dəhliz olan, karbohidrogen ehtiyatları ilə zəngin, eyni zamanda nəqliyyat dəhlizi olan ölkədə maraqlarını təmin etsin. Azərbaycanda söz sahibi olmadan Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. O baxımdan, Azərbaycanla həm əməkdaşlıq etmək istəyirlər, həm də istəyirlər ki, siyasi hakimiyyətə təsir rıçaqları olsun. Bu baxımdan, gərək xalqımız da, siyasətçilərimiz də belə bir vəziyyətə hazır olsun. O məqsədlər üçün dövriyyəyə böyük pullar da buraxıla bilər, müxtəlif terror hadisələri, təxribatlar da ola bilər. Buna görə də cəmiyyət son dərəcədə ayıq olmalıdır, yayılan dezinformasiyalara təmkinli yanaşmalıdır. 

- Hakimiyyətin namizədi kim olacaq sualı üzərində də baş sındıranlar tapılır. Bu cür fikirlərə münasibətiniz necədir? 

- Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa - mən bunu tam səmimiyyətlə söyləyirəm - ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur. Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib, iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir, deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir. 

Deməli, sən demokratik cəmiyyət istəyirsənsə, İlham Əliyevə müxalifətdə olsan da, islahatların aparılmasına dəstək verməlisən. Konstitusiyadan kənar hər hansı üzdəniraq şizofrenik inqilabi yolla Azərbaycanda hakimiyyət dəyişikliyini arzulaya bilər, buna cəhd, inanın, Azərbaycanı dəhşətli fəlakətlə üz-üzə qoya bilər. Özü də indiki Azərbaycan 1992-93-cü illərdəki Azərbaycan deyil. O zaman insanlar sovet dövründə formalaşmış fərqli ali dəyərlərə bağlı idilər. İndi isə bizdə nə sovet dəyərləri qalıb, nə də inkişaf etmiş kapitalizmə xas olan dünyagörüş də tam mənada formalaşıb. Ona görə bu gün hər hansı bir yolla antikonstitusion yolla hakimiyyət dəyişikliyinə cəhd ona gətirib çıxara bilər ki, Azərbaycan bölgə-bölgə, rayon-rayon bölünər, insanlar bir-birini qırar. Ona görə də bu gün İlham Əliyev birləşdirici fiqurdur. Yalnız yuxarıdan islahatlar yolu ilə biz cəmiyyəti dəyişdirə bilərik. Hər hansı başqa yol, yəni antikonstitusion yol bu ölkə üçün nəticəsini proqnozlaşdıranda belə, adamı dəhşətə salan faciələrə yol aça bilər. 

Bəzi xarıcdə sığınacaq taparaq özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmiş əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşıdurması yaratmaq üçün gecə-gündüz kəskin kampaniya aparırlar. Bilməmiş deyilsiniz, bəzən balaca küçüklər aya baxıb hürürlər, görəndə ki, heç nə dəyişmir, ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələri susmur. Ona görə ki, vətəndaş qarşıdurması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürmür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilək. Cəmiyyəti bunlar düşündürdüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o dediyim məsələləri də İlham Əliyevin etməyə çox böyük imkanları var. Ona görə də islahatların dərinləşdirilməsi istiqamətində İlham Əliyevdən çox böyük gözləntilər var. 

- Yuxarıdakı fikirləriniz, hakimiyyəti birmənalı dəstəkləməyiniz həm də o demək deyilmi ki, 2018-ci il seçkilərində BAXCP sədri olaraq namizəd olmayacaqsınız?

“O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır”

- Mən Azərbaycanın xoşbəxt gələcəyini yuxarıdan aparılan islahatlarda görürəm, ölkəmizdə Qərb demokratiyasının qurulması üçün potensialımız yetərli deyil. Biz ilk növbədə yeni təfəkkürlü insanların formalaşması üçün çalışmalıyıq. Hakimiyyətə susamış insanlara baxın və bir anlığa onları hakimiyyətdə təsəvvür edin. Prezident seçkilərinə gəldikdə isə indidən birmənalı fikir söyləmək istəmirəm. Çünki biz ölkənin gələcəyini parlamentli respublika modelində görürük və hər bir prezident seçkisi partiya üçün imkandır ki, bu ideyanı daha geniş şəkildə insanlara çatdıra bilək. Hələ seçkilərə bir ildən də artıq zaman var, bu kifayət qədər çoxdur. Ola bilər ki, bizim fikirləri bölüşən başqa namizədi dəstəkləyək, yaxud özümüz seçkidə iştirak edək. Amma söhbət bu gündən gedir. Mən daha çox antikonstitusion yolla hakimiyyət dəyişikliyinə qarşıyam. Bir qrup insanlar bu hakimiyyət dəyişməyəcəyi təqdirdə islahatların mümkünsüzlüyündən danışırlar. Bu gün ölkədə islahatları qansız-qadasız aparmaq gücünə, imkanına malik olan tək şəxs İlham Əliyevdir. 

- Siz bir qayda olaraq islahatlarla bağlı çağırışlar edibsiniz. Bununla bağlı hansı gözləntiləriniz var?

- Bizim çağırışlarımız ona yönəlib ki, islahatlar dərinləşdirilsin. Artıq bir ilə yaxındır “Yol xəritəsi” imzalanıb, amma orada nəzərdə tutulan hədəflərə çatmaq üçün görülən işləri yetərli saymıram. Nazirliklər üzərinə müəyyən vəzifələr qoyulmuşdu, o istiqamətdə lazımi addımlar atılmır. Deməli, kadr dəyişikliyinə də getmək lazımdır. İlham Əliyev yeni, daha çevik komanda formalaşdırmalıdır. Əlbəttə, bu, o demək deyil ki, köhnə komandadan bütünlüklə xilas olmalıdır. Orada kifayət qədər təcrübəli, hazırlıqlı, prezidentə sadiq insanlar var. Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır. Yubanmadan bu addımları atmaq lazımdır. Seçkilərə qədər bir il var və bu müddətdə xeyli iş görmək olar. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az