Təəssüf edirəm ki, ABŞ prezidenti Donald Tramp özünün seçkiqabağı vədi olan Rusiya ilə münasibətlərin düzəldilməsinə əməl etmir
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiya prezidenti Miloş Zeman söyləyib. Onun sözlərinə görə, Tramp öz vədlərinə əməl etməlidir.
Qeyd edək ki, Tramp seçkiqabağı təşviqat kampaniyası zamanı Rusiya ilə münasibətləri düzəldəcəyini bildirmişdi. Amma hakimiyyətə gəldikdən sonra Moskvaya qarşı ABŞ-ın ən ağır sanksiyaları məhz Trampın dövründə tətbiq edildi.
MilliYol.Az
Digər xəbərlər
loading...