ABŞ prezidenti Donald Tramp və Cənubi Koreya prezidenti Mun Cayenın arasının açılmasının iki səbəbi var
Birincisi, Tramp Cənubi Koreya prezidentinin Pxenyana dialoq təklifinə isti münasibət göstərməməsi, ikincisi isə Seulun ticarət müqaviləsinə ABŞ-ın qoyduğu tələbləri qəbul etməməsidir.
Musavat.com CNN-ə istinadən yazır ki, Pxenyanla danışıqlar aparmaq Trampa görə Cənubun Şimala qarşı yumşaq duruşundan başqa bir şey deyil. İki lideri arasındakı narazılıq Trampın tvitter hesabından verdiyi açıqlama ilə üzə çıxıb.
“Cənubi Koreya gördü ki, onların Şimali Koreya ilə danışıqlar aparmaq təklifi bir məna kəsb etmədi. Mən əvvəlcədən bunu onlara demişdim. Onlar yalnız bir şeyi başa düşür ” - Tramp tvitter hesabından yazıb.
Tramp son ifadəsində nə demək istədiyini isə tam açıqlamayıb. Analitiklər bildirir ki, Tramp demək istəyib ki, Şimali Koreyanı durdurmağın yeganə yolu hərbi müdaxilədir.
Cənubi Koreya rəhbərliyi Ağ Evdən yaranan vəziyyətlə bağlı rəsmi açıqlama istədi. ABŞ-ın Milli Təhlükəsizlik Şurasından yazılan məktubda bildirilir ki, Cənubi Koreya və ABŞ arasında fikir ayrılığı yoxdur. Ağ Ev məktubla bağlı açıqlama verməkdən imtina edib. Tramp və Mun arasında dünən telefon danışığı olub. Cənubi Koreya prezidentinin mətbuat sözcüsünün verdiyi məlumata görə, telefon danışıqlarında Trump və Moon Cənubi Koreyanın ballistik raketlərinin yük çəkisi ilə əlaqədar məhdudiyyətlərin qaldırılmasına razılıq verib. Cənubi Koreya 2012-ci ildə bağlanan sazişə əsasən ballistik raketlərin yük çəkisi yarım tona qədər məhdudlaşdırılib.
Analitiklərə görə, regionda ABŞ-ın ən yaxın müttəfiqi olan Cənubi Koreya ilə münasibətlər gərginləşdirilməməlidir. ABŞ-ın BMT-dəki keçmiş səfiri Bil Riçardsona görə, Cənubi Koreyanın dialoq təklifinə ABŞ da dəstək durmalıdır və azad ticarət razılaşmasını pozmamalıdır.
Keçmiş prezident Park Ceun-hayın impiçmentindən sonra hakimiyyətə gələn yeni prezidenti Mun Trampın Pxenyana “atəş və qəzəb” xəbərdarlığına yaydığl bəyanatla məmnun olmadığını bildirdi. Mun bəyan etdi ki, Koreya yarımadasında hər hansı hərbi əməliyyatlar Seulla razılaşaraq keçirilə bilər. Digər tərəfdən Tramp bütün variantların masada olduğunu desə də, keçən həftəki tviti ilə bu variantın kənarda saxlandığını göstərmiş oldu.
Trampla Mun arasında cümə günü (1 sentyabr) baş tutan telefon danışığının isə əsasən ticarət üstündə olduğu bildirilib. Cənubi Koreyanın yeni lideri 2007-ci ildə bağlanan ticarət müqaviləsinə görə ABŞ-ın tələblərini qəbul etməyib və Tramp buna görə çox qəzəblənib. ABŞ prezidentinin məsləhətçilərinə müqaviləni xitam etmək üçün müəyyən planları hazırlamaq əmrinin verdiyi bildirilir.
Həftə sonu Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə iki dəfə telefon danışığı aparıb. Biri Pxenyanın nüvə testindən əvvəl, digəri isə sonra baş tutub. Ağ Ev Trampın Mundan əvvəl niyə Abeyə zəng etdiyi barədə açıqlama verməyib. Bunun isə Seulda heç də yaxşı qarşılanmadığı bildirilir.
Lakin Vaşinqtonlar Seul arasında yaranan narazılıq ABŞ-da narahatlıq yaradıb. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Adam Şkif CNN-ə bildirib ki, iki müttəfiq arasında narazılıq Pxenyanı şad edir. “Xüsusən də Cənubi Koreyanın təhdid altında olduğu belə bir dövrdə gərginliyin yaranması məqsədəuyğun deyil” – Skif bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...