“Moskva Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək istəyir”. Publika.az xəbər verir ki, bu barədə Ermənistanda veteran döyüşçü Muşeq Saqatelyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti xalqı bununla bağlı aldadır: “Rusiyanı nə erməni əsgərlərinin ölməsi, nə də Ermənistan iqtisadiyyatının dağılması maraqlandırır. O, Qarabağ kartından Türkiyəyə qarşı istifadə edir. Moskva Samvel Babayanı da xüsusi missiya ilə Ermənistana göndərib. İndi nə Koçaryanın, nə də Ter-Petrosyanın Sarkisyanı əvəzləmək şansı yoxdur. Əsas fiqur kimi Oskanyan ortaya çıxıb. Moskva da Babayanı məhz Oskanyanın oyunlarına qarşı istifadə edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...