Rusiyada erməni diasporunun nümayəndələrindən biri öldürülüb
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, qətlə yetirilən Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kamo Arutyunyandır. Regional istintaq idarəsinin rəsmi nümayəndəsi Vladimir Şişkov deyib ki, odlu silahla qətlə yetirilən 36 yaşlı biznesmenin meyiti yaşadığı evin yaxınlığında aşkarlanıb.
Şahidlərin sözlərinə görə, 29 avqust gecəsi K.Arutyunyan evinin giriş qapısına yaxınlaşanda naməlum şəxs ona yanaşıb. Bu iki şəxs arasında qısa danışıq olub, daha sonra ucadan səslər eşidilməyə başlayıb. Ardınca naməlum şəxs tapançanı çıxarıb ən azı 10 güllə atıb. Erməni sahibkar yerindəcə ölüb, qatil isə aradan çıxıb. İlkin məlumata görə, qətlə biznes münaqişəsi səbəb olub, çünki onlar bir-biri ilə tanış olublar. Digər versiyalar da araşdırılır. K.Arutyunyanın biznesmen olmaqla yanaşı, Moqnitorskdakı erməni diasporunun rəhbərlərindən biri olduğu bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...