“Azərbaycan xalqı buna alternativ görmür”
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov “Report”a müsahibə verib.
A. Hüseynov, “YAP-ın növbəti prezident seçkisində namizədi ilə bağlı fikir nədən ibarətdir” sualına cavab verərkən bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının maraqlarını tam ifadə edir:
“Prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının qurultayında müəyyənləşir. Nizamnaməyə uyğun olaraq qurultay 2018-ci ildə keçiriləcək. Qurultayda partiya prezidentliyə namizədini irəli sürəcək. Mətbuatda yazılanları, ölkə həyatında baş verənləri görürük. Bu baxımdan deyə bilərəm ki, növbəti seçkilərdə də bu siyasət davam etdirilməlidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının maraqlarını tam ifadə edir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövləti daha da qüdrətlənib, dünya dövlətləri arasında öz layiqli yerini tutub, regionda güc mərkəzinə çevrilib. Azərbaycan xalqı birmənalı olaraq bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etməsini istəyir və buna alternativ görmür.”
MilliYol.Az
Digər xəbərlər
loading...