Rusiyanın patronjlığı altında olan Abxaziya separatçılarının “xarici işlər naziri” Dair Kove Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Xankəndi şəhərində Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşən abxaz separatçı onunla “əməkdaşlıq haqqında memorandum” imzalayıb
Musavat.com bununla əlaqədar erməni mediasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, “cırtdan”lar əməkdaşlıqla bağlı bir sıra məsələlər ətarfında müzakirələr aparıblar. K.Mirzoyan abxaz separatçını Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Daha sonra onlar birgə brifinq keçiriblər. Abxaziya və Dağlıq Qarabağ separatçılarının beynəlxalq aləmdə “tanınması” barədə sualın cavabında abxaz separatçı deyib ki, “bu, zaman məsələsidir”. “Bu gün bizim vəzifəmiz stabilliyi təmin etmək və dinamik inkişafa nail olmaqdır. Düşünürəm ki, beynəlxalq ictimaiyyət nəhayət, bizim nailiyyətlərimizi qiymətləndirəcək”-Kove iddia edib.
Hələlik rəsmi Bakı və rəsmi Tiflis separatçıların addımına rekasiya verməyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...