• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 18 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Azərbaycana növbəti devalvasiya dalğası ABŞ-dan gəlir

10:21 15.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan manatına növbəti təhlükə Amerikadan gələ bilər. Belə ki, bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iki günlük iclasının nəticələri açıqlanacaq.

İclasda FED rəhbərliyi uçot dərəcəsinin artırılıb-artırılmayacağına qərar verməlidir. Əksər ekspertlər FED-in uçot dərəcələrini artıracağını gözləyir. Belə olduğu halda dünya bazarında dolların möhkəmlənməsi baş verəcək  və bu da manatın məzənnəsinin yumşalmasına səbəb olacaq.

Bəs görəsən, FED uçot dərəcələrinin artırılması haqqında qərar versə, Azərbaycanda dollar nə qədər bahalaşa bilər? Hökumət kəskin devalvasiyaya gedəcəkmi? “Formula-1" Qran Prisi ərəfəsində ölkəmizə turist axınının gözlənildiyi vaxtda manatın yumşalması xarici qonaqların büdcəsinə necə təsir edəcək? Ölkəyə turist axını ilə külli miqdarda xarici valyutanın daxil olması  manatın taleyini dəyişə biləcəkmi? 

 “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, FED-in toplantısından çıxacaq qərar çox önəmlidir: “Xüsusən də dünya maliyyə bazarları üçün çox əhəmiyyətlidir. Uçot dərəcələrinin artırılması ilə bağlı ehtimal 50/50-dir. Ancaq dəqiq məlumat odur ki, iyul ayındakı növbəti toplantıya qədər faizlər mütləq artırılacaq. Bu toplantıda faizin artırılmasına mane olacaq səbəblərdən biri Britaniyada keçiriləcək referendum ola bilər. Ola bilər ki, bunu səbəb göstərərək uçot dərəcələrinin artırılmasını iyul ayına qədər ertələsinlər. Ancaq istənilən halda, yaxın bir ayda faizlərin artması gündəmə gələcək. Bu, dünya bazarında  dolların bahalaşması ilə müşahidə olunacaq. Yəni faiz dərəcələri artacaqsa, dollar bahalaşmağa doğru gedəcək. Bütün ölkələrin milli valyutalarının dollara qarşı məzənnəsinə təsir göstərəcək. Bu prosesin Azərbaycana təsirsiz ötüşməsi mümkünsüzdür. Azərbaycana ən böyük təsir o olacaq ki, dollar bahalaşsa, neftin ucuzlaşması prosesi sürətlənəcək. Çünki dünya bazarında belə bir formul işləyir ki, baha dollar ucuz neft deməkdir”. 

Ekspert vurğuladı ki, Azərbaycanda növbəti kəskin devalvasiyanın olması ehtimalı çox aşağıdır: “Hər halda, manatın zəifləməsi prosesi sürətlənə bilər. Yaxın zamanda biz yenidən 1.65 məzənnəsini görə bilərik. Növbəti həftələrdə  1 dollar 1 manat 65 qəpiyə qədər bahalaşa bilər». 

Dolların bahalaşması səbəbindən manatın devalvasiyası üçün yaranmış iqtisadi zəminə gəlincə, Natiq Cəfərli hökumətin manatı saxlamağa məcbur olduğunu və kəskin devalvasiyanın iqtisadiyyatı iflic edəcəyini vurğuladı: “Ötən dəfə FED-in uçot dərəcələrini qaldırmasının ardından manatın kəskin devalvasiyaya uğraması  ölkə iqtisadiyyatına zərbə oldu. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, bizim iqtisadiyyat kəskin devalvasiyanı qaldıra bilmir. İki devalvasiya elə ciddi problemlər yaratdı ki, hələ də onları aradan qaldırmaq mümkün olmayıb. Çox güman ki, hökumət növbəti dəfə devalvasiyaya getmək əvəzinə, dolları indiki 1.51 məzənnəsindən, 1.65 məzənnəsinə qədər qaldıra bilər. Lakin əvvəlki kimi bir gecədə 35-40 faizlik kəskin devalvasiyanın olması Azərbaycan iqtisadiyyatını tamamilə çökdürə bilər. Əgər hökumət qarşısına iqtisadiyyatı tamamilə iflic vəziyyətinə salmağı məqsəd qoyubsa, o zaman devalvasiya qərarı verəcək. Yox, əgər vəziyyəti idarə eləmək istəyirsə, manatı tədricən yumşaltmağa çalışacaq». 

Dolların möhkəmlənməsinin «Formula-1» yarışları ərəfəsində təsadüf etməsinə münasibət bildirən ekspert qeyd etdi ki, turistlərlə birgə ölkəyə daxil olan valyuta manatın məzənnəsinin saxlanılması baxımından ciddi bir məbləğ sayılmır: “Mən böyük turist axınının gələcəyini gözləmirəm. Hər şey rəqəmlərdən asılı olacaq. Ən yaxşı halda 20-25 min turistin gələcəyi gözlənilir. Bu elə böyük bir rəqəm deyil. Təxminən gün ərzində 2-3 milyon dollar vəsaitin Azərbaycana daxil olması deməkdir ki, bu da çox ciddi məbləğ deyil. Bir anlıq təsəvvür etsək ki, gələn turistlər, «Formula-1» həvəskarları daha varlı kəsimə aiddir, onlar gözləniləndən 5  qat artıq pul xərcləsələr belə, bu, 10 milyon dolları keçməyəcək. Azərbaycan iqtisadiyyatı üçün də 10 milyon dolların elə böyük bir əhəmiyyəti yoxdur ki, manatın məzənnəsini stabil saxlamağa kömək etsin”. 

İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, FED-in bu toplantıda uçot dərəcəsini artırmasını gözləmir: “Bu mənim şəxsi qənaətimdir. Səbəblərdən biri odur ki, kənd təsərrüfatından kənar yaradılan iş yerlərinin sayının son statistikası gözləniləndən təxminən 5 dəfə az oldu. Bu isə FED-in bu toplantıda uçot dərəcəsini artırma ehtimalını minimuma endirir. Bu istiqamətdə ikinci arqument  ondan ibarətdir ki, Britaniyanın Avropa Birliyindən ayrılıb-ayrılmaması ilə bağlı referendum gözlənilir. Burada konkret bir nəticə müəyyənləşməyib. Son sorğular da göstərdi ki, Avropa Birliyindən  ayrılmaq istəyənlərin sayı hələlik üstünlük təşkil edir. Bu isə Avropa iqtisadiyyatı ilə bağlı müəyyən neqativ trendlər formalaşdıra bilər ki, FED də toplantıda bunu nəzərə alacaq. Yəni hesab edirəm ki, FED uçot dərəcələrini artırmayacaq. Yox əgər uçot dərəcələri artırılsa, bu, ilk növbədə dünya birjalarında ABŞ valyutasının möhkəmlənməsinə gətirib çıxaracaq. 

O cümlədən də Azərbaycan manatının üzərində müəyyən təzyiqlər formalaşdıracaq. Uçot dərəcələrinin artırılmasının manata təzyiqləri ən yaxşı halda 2-3 faiz həcmində olacaq. Yəni bu, kəskin devalvasiyaya gətirib çıxartmayacaq, cüzi təsir edəcək. Dolların möhkəmlənməsi ilk növbədə əmtəə birjalarına təsir edəcək və neftin ucuzlaşmasına səbəb olacaq. Neftin ucuzlaşması isə Azərbaycanın tədiyyə balansına təsir göstərəcək. Digər tərəfdən, FED-in qərarı Azərbaycan cəmiyyətinə psixoloji təsir göstərəcək və dollarlaşma prosesi sürətlənəcək. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarına təzyiq göstərəcək. AMB valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün məzənnənin yumşaldılmasına gedəcək və bu o deməkdir ki, nəticədə manat dəyərini itirə bilər”. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az