• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Zakir Həsənov Azərbaycan tankları ilə Rusiya çöllərini necə fəth etdi...

10:12 16.08.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sergey Şoyqu təşkil etdiyi “Tank biatlonu” yarışmasında müdafiə nazirimizi niyə yanında görmək istəyib?

Azərbaycan, Moskva yönlü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv deyil. Bəli. Bunu hamı bilir, necə deyərlər, uşaqdan böyüyə qədər. Kənardan baxsan, deyərsən, rəsmi Bakı qərarını dəyişənə oxşamır. O, torpaqlarımızı qəsb etmiş Ermənistan ilə heç təşkilatda, o cümlədən KTMT çərçivəsində əməkdaşlığa qəti etiraz edir.

Üzdə, hə, bu, belədi. Ancaq son zamanların acı siyasi mənzərəsi, bölgədə yaşanan yeni geosiyasi durum, rəsmi Bakını bu sahədə öz qərarını redaktə etməyə sövq edir.

***

Rusiya Baş Ordu Qərargahını tam məxfi gizli hərbi xəritəsi var. Bu xəritə üzərində bir çox ölkələrin, o cümlədən Azərbaycanın bütün hərbi-siyasi gücü bitdə-bitdə, son əsgərinə qədər dəqiq göstərilir. Xəritədə ordumuzun dəqiq sayı, hərbi imkanları, rezervləri, müdafiə xətləri, səfərbərlik imkanları, qoşun növləri, habelə digər məsələlər bütün çılpaqlığı ilə sanki ovuc içindədir.

Sergey Şoyqu, bir gün əlində çubuq bu xəritə üzərində qəddini çox əyib düzəldir. Axır qərara gəlir, bu dünyada təkcə əcələ çarə yoxdu. Azərbaycan ilə Rusiya hərbi sahədəki ziddiyyətlərini həll edə bilərlər. Mütləq vacib deyil ki, Azərbaycan məhz gəlib KTMT-nın üzvü olsun. Bu, tezdi hələ. Hələlik Azərbaycan ilə hərbi əməkdaşlığı bir başqa sınaq meydançasında - tutaq ki, hər il Rusiya hərbi poliqonlarında keçirilən “Tank biatlonu”nda təcrübədən keçirsək pis olmaz.

***

Sergey Şoyqu çox arzulayıb ki, Azərbaycan müdafiə naziri hərbi təlimlər zamanı onunla yan-yana dayansın. Əlindəki binokldan biatlonu seyr edib, təlim meydançasında Azərbaycan bayrağını güdüb aşkarlasın.

Məsələnin bu cür assimetrik həlli deyəsən hamını, xüsusən “Tank biatlonu” yarışını öz doğmaca balası bilən Şoyqunu sevindirir. Necə də sevinməsin? Əvvəllər Bakı, KTMT barədə öz mövqeyini, misal üçün, bax, bu cür ifadə edir; Moskvaya hərbi əməkdaşlıq üçün iynə ucu qədər ümid belə vermirdi: “Rəsmi Moskva son zamanlar Ukrayna, Azərbaycan, Moldova, Gürcüstanın da bu blokda təmsil olunmasına çalışır. Lakin adı çəkilən hər bir ölkənin bloka qoşulmamasının öz səbəbi mövcuddur. Azərbaycan Respublikasını KTMT-yə qoşmaq istiqamətində göstərilən sonuncu cəhd 2004-cü ilin payızında - MDB dövlət başçılarının Astanada keçirilən sammitində baş vermişdir. Lakin rəsmi Bakı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə və ölkənin pozulmuş ərazi bütövlüyü bərpa olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində hər hansı dəyişiklik etməyə, hansısa hərbi bloka qoşulmağa heç bir əsas olmadığını bəyan edərək, KTMT-yə qoşulmaqdan imtina etmişdir” (Dövrü mətbuatdan).

Ancaq bayaq yuxarıda dediyim kimi, canlı həyat, donmuş aysberq parçası deyil. Xüsusən, Rusiya ilə Azərbaycan arasındakı hərbi təhlükəsizlik mövzusu. Zaman indi özü bu sahədəki çopur daşları yonub hamarlayır. Hərbi əməkdaşlığımıza daha münasib sahələri bir-bir diqqətimizə çatdırır. 2012-ci ildə Sergey Şoyqu Rusiya müdafiə naziri vəzifəsinə gətirildikdən sonra aramızdakı buzlu aysberqlərin sayı xeyli azalıb.

Misal üçün, biz bu ildən etibarən Sergey Şoyqunun şəxsi səyi ilə yaradılmış beynəlxalq “Tank biatlonu” yarışmalarında iştirakçı tərəfik.

***

DOSYE: Tank biatlonu. Beynəlxalq tank yarışmalarını nəzərdə tutur. Müsabiqə iştirakçıları yarış zamanı öz tanklarının atəş imkanlarını, sürətini, manevrlərini sınaqdan çıxarıb birinci yer uğrunda gərgin mübarizə aparırlar. İdeyanın müəllifi S.K. Şoyqudur.

İlk sınaqlar 17 avqust 2013-cü ildə Rusiya, Ermənistan, Belorus, Qazaxıstan tank heyətləri arasında, Moskva ətrafı Alabina qəsəbəsində baş tutub. Qaliblər - rus tankçıları, mükafat olaraq “VAZ”, “LADA” avtomobillərinə layiq görülüblər. İkinci yeri qazanmış Qazaxıstan hərbiçiləri yalnız “LADA” avtomilləri ilə kifayətlənməli olublar. Dördüncü yeri qazanmış beloruslara kvadrosikl nəqliyyat vasitələri hədiyyə edilib. Üçüncü yeri qazanmış Ermənistan komandasının qazancı isə, qəribədir, sənədlərdə göstərilmir.

Demirəm, ermənilər susuz gəlib, susuz da gediblər bu yarışmadan. Yox. Ancaq Rusiya, Qazaxıstan, Belorus tankçıları ilə müqayisədə qazancları görünür çox gülməli olub ermənilərin. Nəticədə mətbuat qərar verib erməni mükafatları barədə ağzına su alıb sussun.

Növbəti 2014-cü il yarışlarına 44 ölkədən qonaq dəvət olunsa da, tədbirə ancaq 12 ölkə öz razılığını verir. 

Bu dəfə yarışlara Rusiya, Belorus, Qazaxıstan, Ermənistandan əlavə Kuveyt, Anqola, Venesuela, Serbiya, Hindistan, Çin, Monqolustan, İran kimi ölkələr də qatılır. Birinci yeri təbii Rusiya qazanır, ikinci yeri Ermənistan, üçüncünü Qazaxıstan. Yarışın tərkib hissələri bunlar olub: 1.Uzun, qısa məsafələrə yürüş. 2.Quru və su maneələrinin, mina sahələrinin dəf olunması. 3. 900-2200 metr aralı məsafədə yerləşən hərbi hədəflərin vurulması və s.

2015-ci il yarışmalarında iştirakçıların siyahısı eyni qalır. Birinci yer düşür rusların payına. İkinci pilləyə Çin tank heyətləri qalxır. Üçüncü yeri Serbiya tankçıları qamarlayırlar.

2016-cı ildə yarışın statusu, iştirakçıları Azərbaycan, İran, Zimbabve, Misir və s. ölkələrin hesabına xeyli artır. Bizim 3 tank heyətimiz, uzun-qısa məsafələrdə 10-cu, 22-ci, 25-ci yerləri tutub ermənilərdən 2 dəqiqə 10 saniyə yaxşı vaxt göstərici sərgiləyirlər. “İndividual yürüş” sahəsində biz ermənilərdən yalnız bir pillə geridə qalıb 7-ci yerə layiq görülürük.

**

2017-ci ilin avqust yarışları bizim tank heyətləri üçün daha uğurlu olur. Biz, individual yürüşdə 16, 17, 22-ci yerləri qazanıb ermənilərdən xeyli irəli sıçrayırıq. 30-32-ci yerləri qazanan ermənilər qalırlar dirsəklərini yeyə-yeyə.

Komanda yürüşündə Azərbaycan 6-cı pilləyə qalxıb, 11-ci yerdə ilişib qalmış erməniləri əsəbləşdirib lap cin atına mindirir.

Yarımfinalda biz 5-ci yerə sıçrayırıq. Ermənilər isə 10-cu yerə enirlər. Zaman hesabı ilə biz erməniləri 1 dəqiqədən çox uduruq.

Yarış zamanı üveyt tank heyəti özünü lap biabır edib. İş o yerə gəlib çatıb ki, küveytliləri məcbur qalıb yarışdan kənarlaşdırıblar.

***

Rusiya hərbi-siyasi mətbuatı Azərbaycan müdafiə naziri Zakir Həsənovun yarışlardakı iştirakını xüsusi olaraq qeyd edib. Nazirimizin tankçı olduğunu, hərbi döyüş maşınlarından peşəkarcasına istifadə etdiyini xüsusi işarə ilə vurğulayıb. “Qırmızı ulduz” qəzetinin hərbi müxbiri nazirimizlə söhbətini belə təsvir edib:

“Azərbaycan müdafiə naziri Zakir Həsənov qəzetimizə verdiyi müsahibə ”Tank biatlonu" beynəlxalq yarışmasını yüksək qiymətləndirib. Qeyd edib: Oxşar müsbət nəticələr Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsində də təkrarlanıb deyə gələcəyə nikbin baxıram.

“Tank biatlonu” zamanı bizimkilər 24 hədəfdən 20-sini vurub. Həm də yaxşı surət göstəriciləri nümayiş etdiriblər. Özüm tankçıyam. Bilirəm bu cür müsbət göstəricilər hansı qan-tər nəticəsində əldə edilir. Düzdü, yarış bizim bəzi nöqsanlarımızı da üzə çıxarıb. İndi çalışmalıyıq ki, bu nöqsanları aradan qaldıraq.

Rusiya-Azərbaycan arasındakı hərbi əməkdaşlığı yüksək dəyərləndirən nazir deyib ki, indi Rusiya hərbi məktəblərində çox sayda Azərbaycan zabit və kursantı təhsil alır: “Əməkdaşlığımızın digər sahəsi birgə hərbi təlimlər və hərbi hazırlıqdı”.

Sonra nazir yarış qaliblərinə qiymətli hədiyyələr bağışlayıb".

***

XÜSUSİ QEYD: İştirakçılar arasında qadınlar da az deyildi. Yarışa qatılmış ən gözəl, peşəkar qadın zabitləri Rusiya müdafiə nazirinin müavini Tatyana Şevsova mükafatlandırıb. Birinci, ikinci, üçüncü yerləri burda öz aralarında çiyni poqonlu İsrail, Rusiya, Nikaraqua gözəlləri bölüşüb.

Gələn il bu qızların siyahısında biz öz hərbiçi qadınlarımızı da görmək istərdik.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az