• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Venesuela, yoxsa Şimal Koreya? - Təhlil

16:05 15.08.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İqor Pşeniçnikov

RİA Novosti, 15.08.2017

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton “Venesuelaya nisbətdə bütün ssenariləri, o cümlədən hərbi əməliyyatı” nəzərdən keçirir. Venesulea müdafiə naziri Vladimir Padrino Lopes cavabında deyib ki, bu, “ağılsız hərəkət, ekstremizmin ən yüksək bəlirtisi olardı. Birləşmiş Ştatları ekstremist elita yönəldir”.

Kimin şübhəsi var?

Təəssüf ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiəsini istisna etməyən analitiklərin proqnozları gerçəkləşməyə yaxındır. Trampın bəyanından sonra ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi gümanlar sırasından olduqca ağlabatan perspektivlər sırasına keçib. Xüsusən də nəzərə alaq ki, Venesuela maydanının təşkilatçısı və rəhbəri Venesuela neftini öz nəzarətinə qaytarmaq ümidilə bütün dünyanın gözü qabağında prezident Nikolas Maduroya ictimai falaqqa təşkil etmiş Birləşmiş Ştatların özüdür.

Venesuelaya divan tutmaq amerikalıların yönəltdiyi, “demokratik müxalifət”in bu ilin aprelindən non-stopa (ingiliscədən: taksi sifarişi xidməti-tərc.) keçən və artıq 120-dən çox adamın həyatını aparmış yürüşləri görüntüsündə ifadə olunur. Əlbəttə, onların həlakına görə taqsır şəxsən “diktator” Maduronun üzərinə qoyulur]

Divan tutmağın digər üsulu Venesuala prezidenti və yerli hökumətin başqa təmsilçilərinə qarşı sanksiyalardır. İxracata tədarük edilmiş Venesuela neftinə görə pul ödənişlərinin qarşısını almaq kimi antivenesuela sanksiyaları qapının ağzındadır. ABŞ Latın Amerikasında Venesuela ətrafında mənfi informasiya fonu yaradır, praktik olaraq bütün ölkələri Venesuela hökumətini ictimai məzəmmətə məcbur edir. Amerikalı rejissorların ötürməsilə cızılmış informasiya mənzərəsinə əsasən, bu gün Latın Amerikasında Madurodan savayı daha dəhşətli cani yoxdur. Artıq onun devrilməsi sanki beynəlxalq birliyin qanuni və təbii hədəfidir.

Elə “damğalar” işıq üzü görməyə başlayıb ki, bundan sonra özünə hörmət edən ölkələr – ABŞ isə özünə hörmət edir – öz aviadaşıyıcılarını didərgin ölkənin sahillərinə göndərir. “Miami Herald” qəzeti xəbər verir ki, Venesuela hakim Vahid Sosialist Partiyasının birinci vitse-prezidenti Diosdado Kabelyo Venesuela hökumətini tez-tez tənqid edən Amerika senatoru Marko Rubioya sui-qəsd planlaşdıra bilərdi. Venesuelaya müdaxilə üçün Ştatlara bəhanə deyil, nədir?

Yadımdadır, amerikalılar 1980-lərin axırında Panama lideri Manuel Noryeqa ətrafında mənfi informasiya fonunu məhz bu cür quraraq onu bütün olmazın günahlarda, xüsusən də narkotrafikə yardımda ittiham edirdilər. Və 1989-cu il dekabrın 20-də soxularaq Panama paytaxtının bir neçə məhəlləsini dağıdıb yüzlərlə mülki şəxsi qətlə yetirdilər. Ən sonda Noryeqa tutulub  ABŞ həbsxanasına salındı.

Planetin müxtəlif guşələrində istifadə edilmiş “rəngli inqilablar” ssenarisinə baxmayaraq Venesuelada amerikalıların bütün işləri rəvan getmir.

Maduronu “demokratik müxalifət” gücləri ilə devirmək ssenarisi çaş-baş vurur. Yürüşlər sakral qurbanlarla olsa da, hələlik səmrəsizdir. Venesuela ordusundan qaçaraq ABŞ-da gizlənmiş hansısa fərarinin rəhbərlik etdiyi dövlət çevrilişi cəhdi bir həftə öncə iflasa uğrayıb. Venesuela hökuməti təsdiq edir ki, baş tutmamış çevriliş ABŞ-dan və qonşu Kolumbiyadan yönəldilib. Amma bunun qiyamçılara xeyri olmayıb. Maduro durumu nəzarətdə saxlayır. Buna görə də Vaşinqtonda Maduronu aşırmağın yeni üsulları üzə çıxır. Hərbi müdaxilə yoluyla. Bunun necə görünəcəyini söyləmək çətindir. Amma nə yerüstü əməliyyatı, nə apreldə Xomsda Suriya HHQ-nin bazasına endirdikləri kimi aviazərbələri istisna etmək olar. Və yaxud Qərb Qəddafini devirərkən Liviyanı bombardman etmək tərzində. Özü də ABŞ-ın Venesuelaya bu hərbi müdaxiləsi bir neçə səbəblərə görə Şimal Koreyanın bombardmanından tez baş verə bilər.

Birincisi, Karakas Phenyanın cavab verə biləcəyi kimi cavab verə bilməz. Venesuelanın nüvə silahı yoxdur. Venesuela ABŞ üçün asan hədəfdir. Bundan başqa, Tramp üçün indiki çətin daxili siyasi şəraitdə ona kiçik, zəfərli müharibə lazımdır.

“Moskvanın ABŞ-da Trampı hakimiyyətə gətirdiyi” seçkilərə “rus müdaxiləsi”nin araşdırılması çarxı eşim-eşim açılır. Liberal isteblişment Trampın impiçmenti üçün şəraitin yaradılmasına dəqiq kurs götürüb. Buna görə də Amerikanın qələbəsinə zəmanətli perspektivlə istənilən silahlı münaqişə Trampa xal yığmaqda görünməz dərəcədə yaxşı kömək edə bilər.

İkincisi, ABŞ Maduronun devrilməsinə itilənib. Artıq deyildiyi kimi, ona Venesuela neftini nəzarətə qaytarmaq lazımdır. Bundan savayı, ona ikinci Kuba gərək deyil. Venesuelanın ABŞ basqısına uğurlu dirənişi sonuncu üçün nəhs zarafat ola bilər. Bu, şübhəsiz, bölgədə əsasən solyönlü antiamerika gücləri ruhlandıracaq. Və amerikalılar bir neçə ildən sonra Vaşinqton üçün ölkələrin xeyli hissəsinin “çıxış zonasından kənar”da yerləşdiyi bölgəni əldə edə bilərlər.

Üçüncüsü, ABŞ-ın Venesuelada “demokratik müxalifət”ə başçılıq etdiyi hamıya bəlli sirdir. İstər-istəməz Ştatlar faktiki olaraq Venesuelanın işıqlı gələcəyi uğrunda beynəlxalq mübarizənin lideri roluna girib. Və o, sadəcə, nüfuzunu itirmədən durumu yarıyolda buraxa bilməz. ABŞ Şimal Koreya ilə bağlı durumdakı kimi özünü yalnız bir çıxışı – Birləşmiş Ştatların qələbəsi olan dalana dirəyib. Buna görə də heç bir şəraitdə  Madurodan əl çəkməyəcək.

Və dördüncüsü. ABŞ-ın Latın Amerikasında arzu olunmayan rejimləri hərbi güc vasitəsilə devirməkdə zəngin təcrübəsi var. Panamadan savayı 1973-cü ildə amerikalı tələbələri müdafiə bəhanəsi ilə, əslində isə Kuba ilə münasibətləri möhkəmləndirmək kursu götürmüş Moris Bişop rejimini devirmək üçün Qrenadaya silahlı müdaxiləni xatırlamaq olar. MKİ-nin 1973-cü ildə Çilidə Salvador Alyendenin qanuni hökumətinə qarşı təşkil etdiyi hərbi çevrilişi yada salmaq mümkündür. Daha öncə 1954-cü ildə MKİ-nin hazırladığı muzdluların gücü ilə Qvatemalada Amerika korporasiyalarının deyil, milli iqtisdaiyyatın marağında siyasət yürütməyə çalışan prezident Hakobo Arbens devrilib. Bir sözlə, ABŞ Latın Amerikasında öz ənənələri çərçivəsində hərəkət edir və edəcək.  Ştatlar Latın Amerikasını öz malikanəsi sayır və buna görə də ümumiyyətlə, heç kimin rəyinə diqqət yetirməyəcək. Bunun dərki işığında Kolumbiya prezidenti Huan Manuel Santosun ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən sonrakı bəyanatı tam karikatura kimi görünür.  CNN telekanalının xəbər verdiyi kimi, o deyib ki, Venesuelaya münasibətdə hərbi müdaxilə nəzərdən keçirilməməlidir və Latın Amerikası ölkələrindən heç biri bu cür tədbiri dəstəkləməyəcək. Bu, sadəcə, gülməlidir. Dəstəkləyəcək və hələ alqışlayacaqlar da.

Pens öz növbəsində bildirib ki, Venesuela böhranının dinc həllini mümkün sayır. Diqqət yetirək – “mümkün”. Venesuelaya nisbətdə hərbi gücdən istifadə etməmək ABŞ üçün imperativ (qəti tələb-tərc.) deyil, yalnız imkandır. Venesuelaya müdaxilənin – əgər baş versə – bütün Latın Amerikası üçün nəticələri necə olacaq? Çox ehtimal ki, bu, bölgənin hakimiyyətdə antiamerika qüvvələrinin durduğu ölkələrində Vaşinqtonun oyuncaq rejimləri zorla bərqərar etmək prosesinin başlanğıcı olacaq. Bu, birinci növbədə, Kuba, Nikaraqua və Boliviyaya hərtərəfli basqının “bəraətli” gücləndirilməsinə təkan olacaq. Kubaya gəlincə, o, artıq 60 il iqtisadi mühasirədədir. Və prezident Tramp nisbətən yaxınlarda sələfi Obamanın Havana ilə münasibətlərin normallaşdırılması üzrə “yanlış” siyasətinin ləğvi haqda bildirib. Belə ki qarşıda bizi hələ Trampın Kuba ilə bağlı nə düşündüyünü müşahidə etmək gözləyir. Fikrimcə, bu, uzaqda deyil.

Nikaraqua da Amerika intriqalarının torundadır. Birinci skpirkada ABŞ-ın çaldığı Amerika dövlətləri təşkilatı (ADT) mayda “seçki sisteminin təkmilləşdirilməsi” işində faktiki olaraq Nikaraqua ilə əməkdaşlıqdan imtina edib. Bunu Kuba və Rusiya ilə dostluq münasibətlərindən açıqca danışan prezident Daniel Orteqa üçün qara nişanə kimi dəyərləndirmək olar.

Bundan başqa, Nikaraqua aktı (Nica Act) deyilən layihə ABŞ Konqresində bəyənilmə prosesindədir. Bu layihə Nikaraqua şirkətlərinə Amerika kreditlərinin verilməsinə sərt şərtlər tətbiq edir, əslində isə Nikaraquaya maliyyə yardımının qabağını alır.

Boliviya prezidenti Evo Morales də Amerikanın sıx “diqqət”inin hədəfindədir. Braziliyanın növbəti 2018-ci il prezident seçkilərində ən ağlabatan qalib ola biləcək keçmiş prezidenti İnasio Lula da Silva faktiki olaraq seçki prosesindən uzaqlaşdırılıb. O, ABŞ hegemoniyasını rədd etməyi ilə ad çıxardıb. Nəticədə Lula da Silva bu yaxınlarda “korrupsiya” ittihamı üzrə doqquz il yarım həbsə məhkum olunub. Latın Amerikasında solçu qüvvələr bunu fitnəkarlıq adlandırır və şübhə etmirlər ki, bunun arxasında ABŞ durur – arzuolunmaz fiqurun aradan qaldırılması üzrə kombinasiya qurulub və heç bir maydan gərək deyil. Bir sözlə, hələlik bütün dünya Suriya və Şimal Koreya ilə məşğul olunca ABŞ altdan-altdan, lakin əminliklə özünün “arxa həyət”ində bütün keçən əsr boyuncakı kimi fəaliyyətini davam etdirir. Və növbəti ən yaxın qurban Venesuela nəzərdə tutulub.

Tərcümə Strateq.az-ındır.

MilliYol.Az


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az