• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

İslam Kərimovu qəbrində xəncərlədilər: Brutun Qızılqum çöllərində Doğuluşu

11:18 04.08.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Brutun Sezarı xəncərləməsi ilə dünyanın siyasi tarixində “xain ən yaxınımızdadır” aksiomasının əsası qoyuldu

Sezarın yüksəlişində ən yaxın dostu Brutun müəyyən rolu olmuşdu, amma Brutun yüksəlişi birbaşa Sezardan asılı idi. Dahi romalını taxtının yanında əyləşənlər öldürdü.

Sezarın qanına bulaşmış xəncər bu gün Qızılqum çöllərində yenidən peyda olur. Ölümündən sonra patriarxı qəbrində xəncərləyirlər.

Ötən ilin isti yay günlərində - avqustun 29-da 27 il Özbəkistana rəhbərlik etmiş İslam Kərimov öldü. Onun qəfil ölümü yaşının çox olmasına baxmayaraq, sui-qəsd nəzəriyyəsinə də meydan vermişdi. Axı Kərimovun ölümündən cəmi bir neçə ay öncə Qərb texnoloqlarının Mərkəzi Asiya üçün hazırladığı “xəyali ssenari”də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölüm tarixi göstərilirdi. “Mərkəzi Asiyada liderlərin qətli” kimi konspriloji fikrini gündəmə gətirən bu qəribə təsadüf özbək liderin əvvəlcə yatağa düşməsi, ardından bir neçə gün sonra ölümünün rəsmi şəkildə açıqlanmasına şübhə ilə yanaşmağa əsas verirdi. Lakin ölümdən bir il keçməsinə baxmayaraq, sui-qəsd nəzəriyyəsi həyata vəsiqə almadı. Kərimov çox yaşlı idi, içkini çox sevirdi və “Allah verdi, Allah aldı” dini deyimlə yanaşsaq, ölüm haqqdır.

Bu gün məsələ Kərimovun ölümündə lupa ilə nəsə axtarmaq da deyil. Əslində qumlu səhrəların “əkə”si (özbəklərdə böyük qardaş – red.) yavaş-yavaş unudulurdu da. Lakin Kərimovdan sonra Özbəkistana rəhbərlik edən prezident Şövkət Mirziyoyevin “ata”nı (özbəklər sağlığında xoş-naxoş Kərimovu ata adlandırırdı) qəbrində Brutcasına xəncərləməsi nəzərləri qumlu səhralarda üfüqə doğru yönəldir.

İyulun 30-da Özbəkistanın rəsmi televiziya kanalının “Tahlilnoma” verlişində mərhum prezident İslam Kərimovun adı çəkilmədən onun bütün siyasəti tənqid olundu. Bu, Özbəkistanın 27 illik müstəqillik dövründə, elə ondan da əvvəl də daxil olmaqla, rəsmi televiziyanın şəriksiz liderin siyasətini pisləməsi kimi nadir hadisədir. 27 il ərzində həmin televiziya Kərimovun hər addımını yüksək səviyyədə dəstəkləyib və “ən doğru addım” adlandırıb. İndi isə aparıcının “Bütün vaxt öz üstünlüyünü sübut etmək və liderlik statusu üçün qonşu ölkələrlə yarışırdı” sözləri təkcə Kərimovun deyil, həm də 27 illik epoxadan qalan hər şeyin üstünü torpaqlamaqdır.

Verişlişdə iştirak edən ekspertlər danışırlar ki, Kərimovun yanlış siyasəti nəticəsində Özbəkistanın qonşu ölkələrlə münasibətləri pis olub. Bundan isə ölkə əhalisi əziyyət çəkib. Lakin prezident Şövkət Mirziyoyevin siyasəti nəticəsində problemlər yoluna qoyulur.

“Tahlilnoma”da Özbəkistanın bütün sferaları – siyasətdən tutmuş kənd təsərrüfatına qədər - təhlil edilib və keçmiş dövr pislənilib.

Verlişin məğzi bundan ibarətdir:

- Qonşu ölkələrlə ciddi problemlər yaşanıb.
- Sərhədlər məsələsi həll olunmayıb.
- Özbəkistanda bütün sahələr böhranla üzləşib.
- Prezident Şövkət Mirziyoyevin ölkəyə rəhbərlik etdiyi 8 ayda bütün problemlər bir-bir aradan qaldırılır.

Mirziyoyev Brut kimi Kərimovu xəncərləyir, lakin Sezardan fərqli olaraq, lider artıq torpağın altındadır. Xəncər canlı bədənə yox, cəsədin çürüdüyü qəbrə saplanır və bu, heç də təsadüfi deyil.

Kərimov öləndən sonra onun yerinə özünün hazırladığı, baş nazir postuna gətirdiyi və ən yaxın adamı hesab olunan Mirziyoyevin gələcəyi üfüqdə görünürdü. Hətta iddialar var idi ki, Kərimov sağlığında Mirziyoyevi “varisi” elan edib. Bunun da əsas səbəbi təkcə oğlan övladının olmaması deyildi. Özbək liderin iki qızından biri – Gülnarə Kərimova şəxsi həyatı ilə atasının nüfuzuna xələl gətirmişdi, hər halda Daşkənddə belə hesab edirdilər. Digər qızı Lola Kərimova siyasət həyatından uzaq idi, kürəkəninə isə etibar etmirdi. Kərimov Şövkət Mirziyoyevə həm də ölümündən sonra ailəsinə baxacağına görə inanırdı. Yəni Mirziyoyev Kərimov üçün Sezarın Brutu idi. Lakin hər şey patriarxı torpağa tapşırana qədər davam etdi.

Gülnarə Kərimova sosial şəbəkədə gizli ad altına “oğul ataya xəyanət etdi” sözlərini elə-belə yazmamışdı. “Üsyankar Kleopatra”nın bir neçə gün öncə həbsi də əslində Kərimovlar ailəsinin özbək tarixində basdırılmağının başlanğıcıdır. Lakin Lola və anası Mirziyoyev idarəçiliyilə razılaşdığı üçün onlara toxunulmur, yaxud bu, hələ ki belədir. Gülnarə isə yeni hakimiyyət üçün əsas başağırısıdır. Təkcə ona görə yox ki, o, sağlığında onu ev dustağı edən atasının taxtına iddia edəcək, həm də Daşkənddə hakimiyyət çevrilişi etmək istəyən Qərb və özbək klanları (Kokand və Daşkənd klanları) ondan istifadə edə bilər.

Özbək klanları: “Səmərqənd” klanının üzvü olan Mirziyoyev digər klanlarla uzlaşaraq, hakimiyyətə gəldi. Əslində Kərimovun ölümünün vəfatından üç gün sonra rəsmi şəkildə elan edilməsi də məhz klanlar arasında razılığın əldə olunması üçün bu vaxta ehtiyacdan irəli gəlirdi. Lakin bu, gələcəkdə həmin klanların Mirziyoyevə qarşı çıxmaması və Gülnarədən istifadə etməyəcəyi demək deyil. Buna görə də yeni lider taxtını möhkəmləndirmək üçün “Üsyankar Kleopatranı” zindana atdı.

Qərb: Amerikanın Mərkəzi Asiyaya daxil olması, Rusiyanı “yumşaq qarnı”ndan vurması, həmçinin, Çinlə uzaq dənizlərdə deyil, sərhədlərinin dibində vuruşması planlarının tarixi uzaqlara qədər gedib çıxır. Əslində qonşularla problemləri olan, Rusiyaya inteqrasiyaya isti baxmayan, Putinin ittifaqlarında yer almayan Özbəkistan Vaşinqton üçün əla “Troya atı” idi, təbii ki, Kərimovun zamanında. Vaxtilə ABŞ-ın Özbəkistanda hərbi bazası da fəaliyyət göstərirdi, Əndincan hadisələrindən sonra isə Kərimov Vaşinqtona üz çevirdi. Amma bu, onun Rusiyanın yanında yer alması ilə də nəticələnmədi. Özbək liderin ölümündən sonra Gülnarə Kərimovanın ABŞ tərəfindən Özbəkistanın başına keçirilməsi ehtimalları olsa da, Rusiya Mirziyoyevə dəstək verərək, taxta çıxardı. Gülnarənin həbsi həm də ABŞ-ın müdaxilə variantlarını sıradan çıxarmaqdır.

Qızını həbs edəndən sonra dövlət televiziyasında Kərimovun tənqidi Mirziyoyevin hədəfləri ilə bağlı müəyyən təsəvvürlər yaradır. Burada daxili və regional olmaqla iki hədəf görünür:

Daxili: 27 illik epoxa basdırılır və bütün problemlər sovetlərdən qalmaq tipik üsulla keçmiş liderin üzərinə yüklənir. Bu, yeni liderə - Mirziyoyevə təmiz libasda iqtidarını qurmaq və gücləndirmək imkanı verir.

Regional: Mirziyoyevin xəncəri “ata”nın qəbrinə saplamasında Rusiya faktoru də görünür. ABŞ-la “ölüm-dirim” savaşına çıxan Moskva Mərkəzi Asiyada Kərimovun dövründə “mərkəzdənqaçma” siyasəti yürüdən Özbəkistanı öz orbitinə qaytarmağı hədəfləyir. Mirziyoyevin iqtidara gəlişinə verilən dəstəyin də məqsədi bu idi. Hesab etmək olar ki, Mirziyoyev Rusiyanın istəyinə uyğun olaraq, xarici siyasət kursunu dəyişir. Proseslərin sonunda Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə qayıtması, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv olması perspektivləri görünür.

Bu hədəflərə nail olmaq üçün də təbii ki, ilk növbədə Kərimovla yanaşı, ondan qalan hər şeyi də basdırmaq lazımdır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az