• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi”

16:05 02.08.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sürət Hüseynovun sensasion müsahibəsi

O, çağdaş Azərbaycan tarixinin ən odioz simalarından biridir. 1993-cü ilin iyununda Gəncədə Pezident Qvardiyasının xaincəsinə güllələnən igid əsgərlərinin qanı onun üstündədir. Fəqət bu adam o qətliama görə mühakimə olunmayıb, vətən xaini kimi mühakimə olunub. Onu gecəylə qaçıb sığındığı Rusiyadan qolu bağlı qullar kimi alıb gətirmiş, zindana atmışdılar. Türmədə yatarkən "qulağıma səslər gəlir, beynimə siqnal ötürürlər" deyə həşir qoparan bədnam polkovnikin indi qulağına haradan səslər, siqnallar ötürülürsə, yenidən dirçəlib, ortaya çıxıb, fotosessiya paylaşır, müsahibələr verir.

Bu gün Sürət Hüseynov “Ölkə.Az” xəbər portalına da müsahibə verib, bir sıra iddialar səsləndirib

Həmin müsahibəni təqdim edirik:

“Türkiyədə şirkətim də var”

– Sürət bəy hazırda nə işlə məşğul olursunuz? 

– Vallah, mənim işim biznes işidir. Maliyyə sahəsində fəaliyyət göstərirəm. Türkiyədə şirkətim də var. 

“Azərbaycanda heç bir biznesim yoxdur”

– Türkiyədən başqa ölkələrdə, o cümlədən Azərbaycanda da biznesiniz varmı? 

– Xeyr, Azərbaycanda heç bir biznesim yoxdur. Bununla bağlı kim nə deyirsə, yalandır. Ümumiyyətlə, Azərbaycanda mənim heç kimlə işim yoxdur. Türkiyədən başqa ölkələrdə də nə varsa, var da! 

Ümumiyyətlə, mənim həyat prinsipim belədir: Dəymə mənə, dəyməyim sənə. Bu prinsiplə də yaşayıram. 

“Adıma layiq olmayan işlərlə heç vaxt məşğul olmamışam”

– Bir ara xəbər yayılmışdı ki, siz xaricdən ölkəyə avtomobil gətirilməsi biznesi ilə də məşğul olursunuz. Bu doğrudurmu?

– Xeyr, yalan söhbətdir. Mən adıma layiq olmayan işlərlə heç vaxt məşğul olmamışam. Hətta, bilsəm də o sahədə yaxşı gəlir var, yenə də məşğul olmaram. Mənim öz istiqamətim var. Hazırda da başımı salıb öz işimlə məşğulam.  

“Azərbaycan hakimiyyəti ilə heç bir problemim yoxdur”

– Azərbaycana gedib-gəlirsiniz? 

– Bəli, işim olanda gedib-gəlirəm. Heç bir problem də yoxdur. Daha çox Türkiyədə oluram. Başqa ölkələrə də işlə əlaqədar gedib-gəlirəm. Hazırda da Türkiyədə deyiləm.

Azərbaycan hökuməti ilə də heç bir problemim yoxdur. Heç bir təzyiqlə də üzləşmirəm. Mənim bu hakimiyyətlə heç bir problemim yoxdur. Ümumiyyətlə, mən siyasətlə məşğul olmuram. Heç fikrim də yoxdur ki, siyasətlə məşğul olum. Mənim işim sırf biznes fəaliyyətidir.

“Qarabağı azad etmək üçün rusları girov götürmüşəm”

– Bu yaxınlarda sizin yeni çəkilmiş fotolarınız yayılıb. Bəzi siyasətçilər bunu sizin hakimiyyətə mesajınız kimi təqdim ediblər. Hətta, buna görə sizi “Rusiyanın adamı” olmaqda ittiham edənlər də var...

– Doğrusu, sosial şəbəkədə adıma profilin yaradılmasından sonra xəbər tutmuşam. Həmin səhifədə mənim yeni fotolarım da yerləşdirilib. İnanın ki, mənim Rusiya ilə də heç bir əlaqəm olmayıb. Əgər mən Rusiyanın adamıyamsa, yalançının Allah bəlasını versin. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə mən Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara şəxsi cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Sürət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə. Ağıllarına gələni danışırlar. Bunları bazara çıxartsan, heç 3 qəpiyə də satmaq olmaz. Əvvəla, bu adamlar gedib öz keçmişlərinə baxsınlar ki, kim olublar. Sonra başqasına çamur atsınlar. Özlərinə düzgün qiymət verə bilmirlər, mənim haqqımda “savadsız idi” və sairə fikirlər səsləndirirlər. Sual edirəm ki, siz savadlı olub nə etmisiniz? Bu millətə, dövlətə bağışlanmaz xəyanətlər etmisiniz. Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar. İndi gedib alın görüm, ala bilirsinizmi? Vaxtilə 220 yaşayış məntəqəsini ermənilərdən azad etmişdim. Bütün bu əməliyyatlara mən komandanlıq etmişdim. Mənim kimi adamları əllərinin içində qoruyub saxlamaq əvəzinə, baltalamağı üstün tutdular. Məni qısqanmağa başladılar, adımı “vətən xaini” qoydular. Təsəvvür edin ki, Milli Qəhrəman birdən “vətən xaini” oldu. Xain sizsiniz, nəslinizdir. Ermənilərə qan udduran bir adam idim. Axı mən necə xain ola bilərdim? O vaxt mən də başqaları kimi cavanlıq edib kef çəkə bilərdim, pulum da, imkanım da var idi. Mənim peşəm də hərbçi deyil idi. Ancaq mən bunu Vətən və xalq üçün etdim. İnsanlar mənə inanıb komandan seçmişdi. Mən də onların etimadını doğrultmağa çalışırdım. Şəxsi cibimdən vəsait xərcləyirdim, dövlətdən kimsə mənə gətirib bir manat pul vermirdi. Bir nəfər var idi, 140 min rubl pul gətirmişdi. Mən bunu məhkəmədə də demişəm. O vaxtı Dağıstandan mənə “Qaz-31” avtomobili gətirmişdilər. Mən qəbul etmirdim, dedim ona deyin çıxıb gətsin, mənə maşın lazım deyil. Dedilər ki, əl çəkmir, getmək istəmir. Mən də dedim ki, gedib bir qəbz yazın, sonra götürün. Sonra elə başa düşərlər ki, Sürət Hüseynov burada oturub pul yığır. Başqa bir nəfər gətirib bir qəpik pul verməyib ki, müharibə üçün lazım olar. Məgər bu Vətən, dövlət tək mənim idi? Bəs o biri varlılar harada idilər? Həm kasıblara əl tuturdum, həm də müharibə edirdim. Müharibənin də xərcini özüm çəkirdim. O vaxt dövlətin də pulu yox idi. O zaman nə qədər desəm də, mənə bir təyyarə alıb göndərilmədi. Dedilər ki, dövlətin pulu yoxdur.   

“AXC-Müsavat, bəs siz nə etdiniz? Azad etdiyim torpaqları şərəfsiz ermənilərə satdınız!”

– Köməkçiniz olduğunu iddia edən Sinan Kaya adlı bir nəfər bir neçə jurnalistə sizin adınızdan Azərbaycan dövləti əleyhinə çağırış xarakterli müraciət göndərib. Həmin müraciəti alanlardan biri də mənəm. Doğrudanmı, həmin fikirlərin müəllifi sizsiniz? 

– Xeyr, o fikirlərin mənə heç bir bağlılığı yoxdur. Xəbərim olmadan mənim adımdan yazıb göndərilib. Hətta, mənim adımdan bir neçə jurnalistə məktub da göndərilib. Bütün bunlardan xəbərim olmayıb. Sonra mənə deyiləndə ki, belə hallar var, mən dərhal bunu araşdırdım. Məlum oldu ki, bütün bunları mənim adımdan Türkiyədə yaşayan və əslən azərbaycanlı olan Sinan adlı bir nəfər edib. Mən Sinanı uzun müddət tanıyıram, o mənə bəzi məsələlərdə kömək edib. Bütün bunlara görə də mən ona zəng edib acıqlandım. Dedim ki, bütün bunları nə üçün yazmısan? Sinan da əsaslandırdı ki, bəzi müxalifətdə olmuş adamlar məni təhqir etdiyi üçün onlara belə cavab yazıb. Sinan da onlara mənim adımdan yazıb ki, ay əclaflar, siz kimsiniz ki, Sürət Hüseynovu təhqir edirsiniz? Mən də ona dedim ki, bir də belə şeylər yazma, o səhifəni də bağla! 

Sinanın mənə dediyinə görə, bir neçə adam məni “şərəfsiz” adlandırıb. Sinan da əsəbiləşib onlara cavab verib və həmin məktub 4-5 adama səhvən göndərilib. 

Əslində, həmin Sinan mənə sürücülük də edib, sözümə baxan adam olub. İndi nəyə görə belə addım atıb, dəqiq bilmirəm. Hər halda ona acıqlanıb, buna görə etirazımı bildirmişəm. Yəqin ki, bir daha belə etməz.

Gic-gic gedib adıma səhifə açıb, yalandan fikirlərimi yayırdı. İstəsəm, özüm də səhifə açardım da! İstəməmişəmsə, deməli məsləhət bilməmişəm. Axı məndən xəbərsiz nə üçün adıma səhifə açmısan? Sinana dedim ki, kimsə nəsə yazıbsa, bunu mənim adımdan nə üçün yazırdın? Elə öz adından yazardın da! Bütün bunlarla bağlı ona xəbərdarlıq etmişəm.   

Digər tərəfdən də məni təhqir edən həmin alçaq adamlara sözüm odur ki, ay biqeyrətlər, mən müharibə edib, sənin namusunu qoruyanda, 220 yaşayış məntəqəsini azad edəndə, sən harada idin? Bunu dövlət etməmişdi, mən öz pulum və hörmətimlə etmişdim. AXC-Müsavat, bəs siz nə etdiniz? Mənim azad etdiyim torpaqları şərəfsiz ermənilərə satdınız! Sonra da mənə “vətən xaini” damğası vurmaq istədiniz. 

“Abbas Abbasovla heç bir əlaqəm yoxdur”

– Həmyerliniz Abbas Abbasovla münasibətləriniz var? 

– Xeyr, mənim onunla heç bir əlaqəm yoxdur. Kim nə iş görürsə, hər kəsin öz adına yazılır. Mənim nə Abbas Abbasovla, nə müxalifətlə, nə iqtidarla, heç bir siyasətçi ilə əlaqələrim yoxdur. Bu barədə kim nə deyirsə, tam yalandır. Mən tək başına öz işimi görürəm. Allah verən ömrü yaşayırıq. 

“Xalq kimi prezident seçəcəksə, Allah xeyrini versin”

– Gələn il Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Seçki ərəfəsi vəziyyəti necə qiymətləndirirsiniz? 

– Bu siyasi sual olduğu üçün ona cavab vermək istəmirəm. Ümumiyyətlə, bununla bağlı heç bir söz deyə bilmərəm. Çünki mən siyasətlə məşğul olmuram. Heç zaman da siyasi suallara cavab verməmişəm. Seçkilərdə də xalqımız kimi layiq bilib seçəcəksə, o da prezident olacaq. Xalqın adından nəsə danışa bilmərəm. Azərbaycan xalqı müdrik xalqdır və mən də onun bir üzvüyəm. Xalq kimi prezident seçəcəksə, Allah xeyrini versin. 

“Qarabağ Azərbaycanın ürəyidir”

– Qarabağla bağlı gedən prosesləri izləyirsiniz? 

– Əlbəttə ki, izləyirəm, xəbər alıram. Qarabağ bizim ən həssas məsələmizdir. Allahın köməyi ilə Qarabağı da işğaldan azad edəcəyik. Yəqin ki, yaxın zamanlarda biz bunun şahidi olacağıq. Mən xalqın bir üzvü kimi torpaqlarımız uğrunda döyüşməyə hazıram. Qarabağ bizimdir və bizim də olacaq. Buna heç kəsin şübhəsi olmasın. O torpaqları da heç bir iqtidar kiməsə verə bilməz. Həmin torpaqlar Azərbaycanındır. Qarabağ Azərbaycanın ürəyidir. İnsanın bədənindən ürəyi çıxsa necə yaşaya bilər? Gərək ki, bunu xalq tam dərk etsin. Əminəm ki, Qarabağı gec-tez azad edəcəyik. Bir gün Azərbaycan elə qüdrətli gücə sahib olacaq ki, işğalçı Ermənistana kömək edən dövlətlər də bu mövqeylərindən geri çəkilməyə məcbur olacaqlar. Mən bu vaxtın çox uzaqda olmadığına əminəm. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az