ABŞ-ın dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla avqustun 5-6-da Filippinin Manila şəhərində görüşəcək. Bu haqda Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb
“Bu istirahət günlərində mən xarici işlər naziri Lavrovla Manilada görüşəcəyəm. Biz bunu onunla razılaşdırmışıq. Biz növbəti addımlarımızı peşəkarcasına müzkirə etdik. Yox, hərbi ritorika yox idi. Fikrimcə, biz nazir Lavrovla rolumuzu anlayırıq. Biz üzərimizə düşən vəzifəni də başa düşürük”, - deyə Reks Tillerson vurğulayıb.
Məlumata görə, ABŞ-ın dövlət katibi ASEAN-ın Manilada keçiriləcək regional forumunda iştirak edəcək. Görüşün həmin tədbir çərçivəsində gerçəkləşəcəyi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...