AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus sualtı qayıq «qeyri-adi yüksək» fəallığı ilə Pentaqonun diqqətini çəkib
Amerikalı hərbçilər hesab edirlər ki, həmin qayıqdan sınaq raket atışları həyata keçirmək mümkündür.
Sualtı qayıq Koreya gəmi təmiri mərkəzinin yaxınlığıda, necə deyərlər, «soyuq atış» həyata keçirib. Belə atış zamanı raket atış bölməsindən su buxarı vasitəsilə itələnir və artıq havada ikən mühərrikləri işə düşür. Bu barədə «CNN» telekanalı danışıb.
Pentaqonun məlumatına görə, bu, artıq Şimali Koreyanın iyulda həyata keçirdiyi sayca üçüncü sınaqdır. Buna qədər Koreya ötən cümə günü raket atışı həyata keçirib və ekspertlərin fikrincə, həmin raket nəzəri olaraq, Birləşmiş Ştatların Los-Anceles, Denvera, Çikaqo kimi iri şəhərlərinə qədər uça bilər.
Bundan əvvəl Donald Tramp Ağ Evin cavab planlarını şərh edərkən təsdiqləyib ki, ABŞ «KXDR-in öhdəsindən gələcək», amma məhz necə gələcəyi barədə bir söz deməyib.
«ABŞ preventiv zərbə endirməyə hazırdırmı?» – sualına, mətbuat katibi Sara Sanders cavab verib ki, bütün variantlar nəzərdən keçirilir, ancaq Prezident öz planlarını sağa-sola səpələmir.
Demokratlar isə öz növbəsində, belə bir fikir yürüdürlər ki, Tramp Şimali Koreyanın nüvə təhdidinin öhdəsində asanlıqla gələcəyini düşünürsə, sadəlövhlük edir.
Birləşmiş Ştatlar KXDR-nın sualtı qayıqlarının fəallığını hələ 2010-cu ildə üzübəri diqqətlə izləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...