• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Çingiz Abdullayevin yazdıqları ədəbiyyat deyil”

15:05 27.07.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az-ın “İşdən kənar” layihəsinin budəfəki qonağı ictimai-siyasi xadim, Sosial Demokrat Partiyasının qurucusu Zərdüşt Əlizadədir

Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.    
 
- Zərdüşt müəllim, atanız Mübariz müəllim Nizaminin tərcüməçilərindəndir. Böyüdüyünüz mühit, ədəbiyyat sizin formalaşmağınızda nə kimi rol oynayıb?
 
- Atamla anam ikisi də filologiyadan professor olublar. İkisi də əməkdar elm xadimidir. Biri İran ədəbiyyatını tədqiqi edib, o biri türkoloqdur. Atam şair və mütərcim olub. Ədəbi tənqidçi olub, sonra tənqiddən uzaqlaşıb. Keçmiş Kommunist küçəsində, indiki İstiqlaliyyət küçəsində yaşamışıq. Evimizə həmişə ədiblər qonaq gəlirdi. Atam Yazıçılar Birliyinin üzvü idi. Evi də bizə oradan vermişdilər. Bilirsiniz, sovet hökuməti yazıçılara belə qayğı göstərirdi və əvəzində loyallıq tələb edirdi. Bəziləri bu loyallığı pul naminə edirdi. Amma mənim atam əqidəli insan idi, həqiqətən də kommunizmə inanırdı. Sonradan kommunist rəhbərləri bu əqidəni biabır edə bildi. Halbuki 20-ci əsrin əvvəlində ülvi, möhtəşəm bir şey idi - əmək insanlarının qardaşlığı.

İndi tənqid edirlər, amma sovet təhsil sistemi yaxşı sistem idi. O cümlədən ədəbiyyat sahəsində faydalı işlər görülürdü. Azərbaycanın klassik ədəbiyyatını, yeni dövr ədəbiyyatını sovet məktəbində oxuyanda oxumuşam. Müasir ədəbiyyatı həmişə izləyirəm. Anarın o vaxt “Ağ liman” povesti çıxanda “Kommunist” qəzetində Xalid Əlimirzəyevin tənqidi məqaləsi çap olundu. Əsəri darmadağın edirdi. Rəhmətlik anama dedim ki, axı, bu yaxşı povestdir, bunu niyə pisləyirlər? Anam dedi, sən də götür yaz ki, onlar haqsızdır. Mən dedim, axı peşəkarlığım çatmır buna. Yəni mən anlayırdım ki, elmi səviyyəm buna imkan vermir.
 
- Elm demişkən, elmi işinizin mövzusu nə idi?
 
- “60 cı illərdə Misir nəsrində antiburjua təmayüllərinin güclənməsi”. Nəcib Məhfuz da var idi bunların arasında. Sonra onu tərcümə də etdim. Hərçənd Nəcib Məhfuza Nobel mükafatının verilməsi siyasi konyuktura idi, ondan daha böyük yazıçılar vardı Misir nəsrində. Nəcib Məhfuz onların arasında ilk dəfə durub demişdi ki, biz İsraili tanımalıyıq. Sonradan buna görə onu qəhvəxanada vurmuşdular. Qolu ömürlük zədələndi.
 
- Belə bir fikir var ki, ədəbiyyat fərdləri xilas edə bilir, cəmiyyəti yox. Bunu davam etdirib desək ki, siyasət də cəmiyyəti xilas edə bilər, sizin də siyasəti seçməyiniz izah olunurmu?
 
- Məni valideynlərim vətənə məhəbbət ruhunda böyüdüb. Uşaqlıqdan xalqı sevmək, sadə əmək insanlarını sevmək fikri ilə tərbiyə olunmuşam. Amma sonra bu sonuncu ilə razılaşmadım. Sadə əmək adamlarını da sevmək lazımdı, zehni əməklə məşğul olanları da, o birilərini də. İşinə görə deyil, insani keyfiyyətlərinə görə sevmək lazımdı. Mənə təlqin edilmiş xalqa məhəbbət məni siyasətə itələdi. Siyasətə qatılanda da ümidim o idi ki, xalqı xilas edəcəm, cəmiyyətimizi islah edəcəm, Qarabağı azad edəcəm.
 
- Var idi deyəndə, indi daha ümidiniz yoxdur?
 
- Yox. Biz vətəndaş cəmiyyəti qurmaq uğrunda mübarizə aparırıq. Amma siz indi təsəvvür edin ki, daşdan ev tikmək istəyirsiz və sizə ilk növbədə daş lazımdı. Elə deyil? Demokratik cəmiyyət qurmaq üçün lazım olan daş demokratik vətəndaşdır. Varmı bizdə demokratik vətəndaş? Ona görə də siyasi mərhələdən sonra mənim həyatımın ictimai mərhələsi gəlir. Mən bu mərhələdə maarifçiliklə, publisistika ilə məşğulam, müəllimlik edirəm.  Millətimiz üçün vacib olan demokratik vətəndaş tərbiyəsinə öz töhfəmi verməyə çalışıram.
 
6 il Soros fondunun idarə heyətinin üzvü oldum. Cənab Soros böyük səxavətlə hər il iki milyon yarım dollar ayırırdı demokratik cəmiyyətin formalaşmasına və biz yeddi-səkkiz nəfər bu məbləğin hara ayrılmasına qərar verirdik. Ona görə də biz Azərbaycanda demokratik cəmiyyətin, demək olar ki, bütün mənzərəsini bilirdik. 
 
- Zərdüşt müəllim, cavablarınızdan belə bir çıxarış etdim ki, siyasətçi praktikliyi yanaşanda ədəbiyyatın faydasını maarifçilikdə görürdünüz...
 
- Ədəbiyyatın məqsədi kiməsə və ya nəyəsə xidmət etmək deyil. Ədəbiyyat divara mıx vurmaq kimi utilitar bir şey deyil. Ədəbiyyat hər bir yaradıcı adamın özünü ifadə etmək formasıdır. Bəstəkar musiqi ilə, rəssam rənglə, yazıçı da mətnlə. Bu mənada yazıçı özünə xidmət edir. Kimsə cibini doldurursa, oxunaqlı əsərlər yazıb qazanırsa nə demək olar. Məsələn Stiven Kinq Dostoyevski deyil, amma istedadlı yazıçıdır. Çingiz Abdullayev – gözəl dedektivdi. Satılır da. Amma ədəbiyyat deyil. Bəlkə də Çingiz Abdullayev daha çox öyrədir. Amma mən belə hesab edirəm ki, ədəbiyyat insanlara nəciblik, fədakarlıq və s. kimi keyfiyyətlər ötürə bilər. Amma əlbəttə məqsəd bu deyil. Kimsə bunları sadəcə ala bilər buradan. Məsələn, Puşkin yazıb özünü ifadə edib, amma onun əsərləri ilə yeni ədəbiyyat, vətənpərvər insanlar, rus olması ilə öyünən nəsillər yaranıb. Bizdə də Nizami yazmırdı ki, ənam alsın. Əksinə, ona ənam verməyi özünə şərəf sayan şahlar vardı. Nizami ona görə yazıb ki, böyük bir ənənənin üzərində dayanmışdı. Bəli, elə insanlar da olub ki, ədəbiyyata, xalqa xidmət etsin. Həsən bəy Zərdabi kimi, Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi, Üzeyir Hacıbəyov kimi, Cəfər Cabbarlı kimi... Mənim üçün örnəkdirlər onlar. O zamanın tələbi ictimai sifariş idi ki, ziyalılar xalqa xidmət etsin. İndi belə sifariş yoxdur. Özünə, cibinə xidmət etməkdir indiki sifariş.
 
- İndi ədəbiyyatımızda da bir maarifçi pafos var axı.
 
- Mənim bir erməni dostum var - Luiza Paqosyan. Ədəbiyyatı yaxşı bilir. Sülhpərvərdir. Mənim erməni sülhpərvərləri ilə dostluğum var. Çox deyillər - iki üç nəfər... Luiza Paqosyan, Georgi Vanyan. Mən Paqosyana Sabirin, Mirzə Cəlilin əsərlərini verdim. Dedi ki, onlar xalqa necə qəzəblidirlər. Dedim, bu qəzəbin astar üzü xalqa məhəbbətdir. O, dedi ki, bizdə beləsi yoxdur. Dedim, sizdə xalqı belə sevən yoxdur deməli. Müasir Azərbaycan ədəbiyyatında indi belələri çox azdır. Bir kiçik şəfəq kimidirlər.

- Məsələn, kim?
 
- Məsələn, gənclərdən Seymur Baycan. Seymur heç gənc də deyil daha. Mən onu özümə dost sayıram. Bilmirəm, o, nə düşünür. Hər halda yazdıqlarını həmişə oxuyuram. Seymurdan çox şey gözləyirəm. Özünə də dedim ki, sən mənim ümidlərimi doğrultmursan, “Quqark”ı yazanda səndən “Sakit Don” kimi əsər gözləyirdim. Təəccübləndi ki, sən mənə o meyarla yanaşırsan? Deyirəm, Şoloxov “Sakit Don”u yazanda 24 yaşı vardı. Yazmaq üçün gərək içində bir atəş olsun. Həyat təcrübəsi olsun. Yəqin ona görə ədəbiyyatçılar deyir ki, “Sakit Don”u Şoloxov yazmayıb. Amma hekayələri oxuyanda görürsən ki, sanki davamıdır.
 
- Sizcə, bizim müasir ədəbiyyat dövrün ictimai-fəlsəfi ruhuna, pafosuna adekvatdırmı? Axı indi maarifçilik pafosu da var. Modernizm də. Postmodernizm havası da...
 
- Çünki bizim cəmiyyətimiz özü həftəbecərdi. Bizim cəmiyyətimiz heç bir tarixi inkişaf dövrünü yetkin şəkildə, tam keçməyib. Fikir verin. Ruslar gəlib Azərbaycanı işğal edəndə bir-biri ilə boğuşan 4-5 xan var idi. Avropa inkişaf mərhələsi keçəndə bizdə feodal pərakəndəlik olub. O altı-yeddi xanın hər biri müqavilə imzaladı, çara biət etdi. İranda yenidənqurma idi. Qacarlar bir-biri ilə didişirdi. Xanlar da xərac verməmək üçün ruslara biət etdi. Milli mənlik haqda sovet vaxtı bədii-ideoloji-tarixi miflər, qəliblər hazırlayıb xalqın beyninə yerləşdiriblər, filmlər, romanlar, elmi əsərlər vasitəsilə bunu ediblər. Məsələn, gənc nəslin təsirləndiyi Fətəli xan uzaqgörən, mötəbər, müdrik dövlət adamı kimi təqdim olunur. Halbuki quldurun biri idi. Tarixi sənəddir-indi də durur: Ərdəbil xanına yazırdı ki, gəl birləşib gedək Lənkəran xanının torpaqlarını tutaq. Amma bizə necə tanıtdırırlar onu? Yəni, nəinki tarix elmi, bədii vizual əsərlər də günün tələbatına, siyasi sifarişə xidmət edib.
 
Ədəbiyyatımız sifariş alan sex kimi olub. Nadir hallarda bəzi ədiblər daxili istəyi ilə yazıb. Məsələn Əliağa Vahid. Heç kimə fikir vermədən öz qəzəllərini yazıb. Sifarişsiz. Kasıb, yetim bir adam olub, hökumət də qayğı göstərməyib.
 
- Bayaq da dediniz, şərq ədəbiyyatının böyük ənənəsi, irfan ədəbiyyatı və s. kimi mənəvi dayaqları var. Amma bu gün cəmiyyətlərin can atdığı demokratiya Qərbin tapdığı modeldir.
 
- Demokratiya Qərbin deyəndə, Qədim Yunanıstanda yaranıb. Onun da şərtləri olub. Qadınların, qulların və mülkiyyəti olmayanların səsvermə hüquqları olmayıb. Qərbdəsə demokratiyanın əsasını Maqna Xartiyadan götürüblər. Amma ozamankı demokratiya indikinə bənzəmir. Qloballaşma, ETİ, məsafələrin kiçilməsi və s. başlayanda demokratik dövlət quruluşları Qərbdə örnək sayılmağa başladı. Amma bunu ideallaşdırmaq lazım deyil. Bunlar imperialist Qərbin quruluşudur. Qərbli insana görə şərqli insan heç kəsdir, həşəratdır. Donetsk üzərində təyyarənin vurulmasından sonra nə qədər həngamələr, araşdırmalar-filan oldu. Amma bu müddət ərzində müsəlman şərqində 29 min 8 yüz insan həlak oldu. Qərbin imperialist baxışları dəyişməyib, çünki, dünya dəyişməyib.
 
- Siyasətlə ədəbiyyatın ideal tənzimlənən münasibətləri necə olmalıdır sizcə?
 
- Siyasət ədəbiyyatın işinə qarışmamalıdır.
 
- Bəs ədəbiyyat?
 
- Ədib əgər siyasətlə məşğul olmaq istəyirsə, getsin olsun. Nə var ki? Nobel mükafatı laureatı Mario Lyosa iki dəfə prezidentliyə namizədliyini verdi. Havel Vatslav parlaq dramaturqdur, gəldi Çexiyanın prezidenti oldu. Ona görə ki, dissident idi. Əlbəttə, ədəbiyyat adamı siyasətlə məşğul ola bilər...
 
Mənim bir kitabım çıxıb. Həmmüəllif kimi. 88-90-cı illər Azərbaycan tarixini yazmışam. Tamamilə fərqli bir baxışdır. Amma cəmiyyət heç onu oxumaq istəmir. Deyirlər, xalq oyandı, xalq qalxdı. Elə şey yoxdur. Xalqı oyatdılar, sonra öz oyunlarına görə istifadə edib qovdular. Budur vəziyyət. Mən bunu yazmışam. Yoxsa xalqın bu qoltuğuna qarpız, o qoltuğuna qarpız... Qəhrəmanlar düzəlt, sonra idarə elə...
 
- Tarix başqa. Dəqiq olmalıdır. Amma bədii mətndə bu şişirtmələr olur. Məsələn, “Vaqif” dramında Vaqifin Qacara baş əyməməsi kimi...
 
- Səməd Vurğun Azərbaycanda bənzərsiz, böyük şairdir. İndi cırtdanlar ona palçıq atırlar. Səmədsiz XX əsr ədəbiyyatı yoxdur. Həm də Səməd Vurğun müəyyən yaşa qədər həqiqətən kommunizmə inanırdı. Bilirsiniz, nəyə inanmağın bura dəxli yoxdur. Kimsə Allahın varlığına inanır, kimsə yoxluğuna. Şairə istedadına görə qiymət vermək lazımdır. Səməd çox savadlı adam idi. Biz öz böyüklərinə xor baxan xalqıq sadəcə.
 
- Zərdüşt müəllim, özünüz bədii mətn yazmısızmı?
 
- Mənim bütlərim - yəni, sevdiyim yazıçılar o qədər böyük olublar ki, özümdə cəsarət tapmamışam. Şeir heç vaxt yazmamışam. Bircə dəfə bir şeir tərcümə etmişəm. Misir şairinin bir şeirini... “Azadlıq” qəzetinə verdim çap olundu. Axıcı bir şeir idi, sehrlədi məni. Bir də Nobel mükafatı laureatı  Nəcib Məhfuzdan iki romanını tərcümə etmişəm: “Möhtərəm cənab” və “Məhəlləmizin mübarizəsi”.
 
- Kinoyla aranız necədir? Yəqin solçu filmləri daha çox sevərsiz.
 
- Gəncliyimdə kinoman olmuşam. Sonralar böyük rəssam olan sinif yoldaşımla bir sənədli filmi də buraxmırdıq. 60-cı illəri bilirsiniz... İtalyan neorealistlərinin filmlərini. İş o yerə çatmışdı, təqaüdümü yığırdım ki, Moskva kinofestivalına gedim. Kino dəlisi idim. Kino haqda kitablar da oxuyurdum. Məncə, mən kinonu pis bilmirəm. Xüsusən gənclik dövrümdə Fellini, Tarkovski, Berqman mənim zəmanəmin zirvələri idi. Bu günün rejissorlarından Lars Fon Triyeri izləyirəm. Solçu filmlərə qalanda, bu, bir seçim deyil. Bizim sol əlimiz də var, sağ əlimiz də. Bəşər cəmiyyətində iki ideya olub: “Bacarana can qurban” ideyası – imperializm, kapitalizm. İkincisi, əlsizlərə, kasıblara şərait yaradan sistem ideyası. Başqası yoxdur. Sadəcə, sovet hakim zümrəsi sosializm ideyasına ölümcül zərbə vurdu...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az