• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Qadın tənqidçilərin hər şeydən yazacaq təfəkkürü yoxdur”

14:49 10.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
MilliYol.Az kulis.az-a istinadən professor Nizaməddin Şəmsizadə ilə müsahibəni təqdim edir.
 
- Dünyada nadir adamlar olur ki, ədəbiyyatın bütün sahələrində özlərini sınayırlar. Siz də belələrindənsiniz. Bütün janrlarda yazmısınız: monoqrafiya, məqalə, esse, şeir, hekayə və s.  
   
- Təvazökarlıqdan uzaq olsa da deyim ki, Allah istedadı verəndə yalnız bir istiqamət üzrə işləmək üçün vermir. Özümü yazıçı, şair saymıram, əslində. Mən tənqidçi və ədəbiyyatşünasam.
 
- Adətən şeirlə başlayarlar, sizdə belə olmayıb.
 
- Hə. Tənqidi məqalələrlə başlamışam. Özü də ədəbiyyatın ən çətin sahəsi olan nəzəriyyə ilə məşğul oluram. İnsanın yaşı artdıqca daha çox söz demək istəyir. Tənqid janrında da bu alınmır. Tənqidin ayrıca stixiyası var. Ürəyin partlayır, könlün qubar edir, bir şeir yazırsan, içindən gəlir, bir hekayə yazırsan. Həyat özü janrı diktə edir çox zaman.
 
- Üçcildliyinizdə sizi filosof kimi də təqdim ediblər.
 
- Bəli, mərhum akademikimiz Bəkir Nəbiyev birinci cildə yazdığı ön sözdə məni filosof-tənqidçi adlandırıb. Əslində, fikir versəniz, bizim Azərbaycanın fəlsəfəsi ən çox bədii ədəbiyyatın bətnində yetişir. Nizami, Xaqani, Füzuli... Bu fikrimə görə filosoflar məndən həmişə narazılıq edirlər. Amma bu həqiqətdir. Ədəbiyyat bədii fəlsəfədir və onun bətnini açanda filosof tənqidçi olmaq mümkündür.
 
- Biz postmodern epoxada yaşayırıq. Dövrümüzün özəlliklərindən biri də tənqidin müxtəlif sahələrinin formalaşması, ayrı-ayrı spesifik istiqamətlərin yaranmasıdır. Sizsə klassik fəlsəfi ümumiləşmədən danışırsınız. Bu, məsələyə bir az, köhnəlmiş yanaşma deyil ki?
 
- Əslində, tənqid olduqca bədbəxt bir sahədir. Heç kim sevmir onu. Obyektivini də, subyektivini də. Ən yaxşı halda oxuyub kənara atırlar. Çexov xəstə yatanda Maksim Qorki onu yoluxmağa gedir. Ordan-burdan xeyli söhbət edib ədəbiyyat mövzusuna gəlirlər. Qorki deyir, Anton Pavloviç, ədəbi tənqidə münasibətiniz necədir? Çexov deyir, ədəbi tənqid tarlada gərilmiş əzələləri ilə yer şumlayan atın üstünə qonmuş milçəkdir. Daha bir fikir var ki, tənqidçi öz rotasına atəş açan əsgərdir. Çox yazıçılar tənqidi bəyənmirlər. Amma Puşkini dahi edən öz istedadı ilə bərabər həm də Belinskinin məqalələridir.      
 
- Mən postmodern epoxada tənqidin spesifik sahələrinin formalaşmasından bəhs edirdim...
 
- Aydındır. Mən postmodernizmi qəbul eləmirəm. Bizim ədəbiyyatda belə bir cərəyan yoxdur. Bizdə modernizm olmayıbsa, postmodernizm necə ola bilər. Sadəcə bizdə son vaxtlar postmodern təmayüllü əsərlər yaradılıb. Postmodernə bənzətmələr yaradılıb.
 
- Modernizm olmayıbsa Rəsul Rzanı necə təqdim edirsiniz?
 
- Mən cərəyandan danışıram. Rəsul Rza sərbəst şeir yaradıb. Mikayık Rəfilinin məqalələri də modernizm haqqında deyil, sərbəst şeir haqqındadır. Sərbəst şeirin kökü gedib “Kitabi-Dədə Qorqud”a çıxır.
 
- Yaxşı, o zaman sualı belə qoyaq: modernizm bizdə niyə olmadı?
 
- Çünki biz Şərq ədəbiyyatıyıq. Qərb yeniliklərə sıçrayışla gedir, şərq təkamüllə. Şərqdə yeniliklər keçmişin içindən çıxır, onu qərbdəki kimi inkar eləmir. Şərqdə janrlar mühafizəkar olur. Çünki şərqdə feodalizm daha çox hökm sürüb.
 
- O zaman, İsa Hüseynovun, Anarın, Yusif Səmədoğlunun nəsrini hara aid edirsiniz?
 
- Realizmə. Müasir realizmə.
 
- Neorealizm...
 
- Bəli, neorealizm. Onlar sərt realist əsərlərdir. O əsərlərin gücü mifik təfəkkürə dayanmasındadır.     
 
- Belə çıxır ki, biz ədəbiyyatda qərbə inteqrasiya edə bilmərik...
 
- Edə bilmərik. Qərbdə inkarçılıq, müharibələrə meyl güclüdür. Şərqdə humanizm.
 
- İndi ən qanlı müharibələr şərqdə getmirmi?
 
- Onlar şərqin müharibələri deyil.  
 

 
- Sizin 2012-də çıxan “Ədəbiyyat nəzəriyyəsi” kitabınız fundamental dərslik kimi təqdim olunur oxucuya. Bu təqdimatla razısınız?
 
- Razıyam.
 
- Kitabda bir neçə tərif vermisiniz. Misal üçün, yazırsınız ki, Allah əmanəti olan insan ruhunun sözdə cisim və can bulmasına ədəbiyyat deyilir. Sizcə, çox şairanə deyilmi?
 
- Ədəbiyyat dərsliyi yazanda fikirləşirdim, Aristoteldən, Hegeldən, Belinskidən, Mikayıl Rəfilidən sonra kitab yazıram, mənim bunlardan fərqim nədir? Materialist estetikaya görə, gerçəkliyi bədii obrazlarla əks etdirən söz sənətinə ədəbiyyat deyilir. Tərif həmişə subyektivdir. Bu da mənim tərifimdir. Hesab edirəm ki, bədii yaradıcılıq mistik aləmlə bağlı olduğuna görə, ruhla birbaşa əlaqəlidir.  
 
- Axı siz esse, şeir yox, nəzəriyyə kitabı, elmi əsər, dərslik yazırsınız...
 
- Bunu kitabın rəyçilərindən biri, dostumuz Nizami Cəfərov da demişdi mənə. Demişdi, çox poetik, essevari yazmısan. Mən uşaqlara nəzəri postulatları həzm elətdirmək üçün şairanə yazmışam. Onlar nəzəri bilgiləri mənimsəməkdə çətinlik çəkirlər. Və sizə deyim ki, bu çox çətindir. Quru-quru yazmağa nə var ki!
 
- Bu cür fikirləriniz çoxdur kitabda. Məsələn, deyirsiniz ki, roman ədəbiyyatın qocalığıdır.
 
- Elədir. Mən ali məktəbi bitirəndən sonra “Kirayənişin” adlı roman yazmaq istədim, ancaq qorxdum. Hiss elədim ki, yazsam, bu roman məni qocaldacaq. Orda başqa bir fikir də var: hekayə ədəbiyyatın diş ağrısıdır. Bilirsiniz, bədii yazıları heç kim adama öyrədə bilmir. Bunu oxumaqla öyrənmək olmaz. Ona görə məsələlərə bir az bədii yanaşmaq lazımdır.   
 
- Yeri gəlmişkən, tənqidçi Cavanşir Yusifli sizin bu kitabınızı sərt tənqid eləmişdi.
 
- Oxudum o yazını, amma ciddiyə almadım. Məncə, qərəzli yazı idi.
 
- Romandan başqa hər şey yazmısınız... Mahnı da yazmısız?
 
- Marş yazmışam.
 
- Özünüz bəstələmisiniz?
 
- Yox, əstəğfürüllah, mən elə şeylərə girişmərəm. Oğlum zabitdir, ona şeir yazmışdım, Çilənay adlı bəstəkar marş bəstələdi, Şəmistan Əlizamanlı oxudu. Əslində, dediyim kimi, içimdə bir roman var. Rəhmətlik Əlibala Hacızadə deyirdi, sən allah, o “Kirayənişin”i yaz, mən də redaktoru olum. Fikrim var, bundan sonra ədəbiyyatşünaslıqla məşğul olmayım. Artıq 62 yaşım var. Üç cildlik seçilmiş əsərlərim çıxıb. Min yeddi yüz səhifəlik. 30 monoqrafiyam, saysız-hesabsız məqalələrim var.
 
- Bəs nə ilə məşğul olcaqsınız?
 
- Üç əsər var qəlbimdə. Birincisi, “Kirayənişinlər” romanı, ikincisi, “Xərçəng əleyhinə caynaq” povesti, üçüncüsü, “Türkmənçay” pyesi.
 
- Demək, roman üçün qocalığı gözlədiniz.
 
- Bəli (gülür).
 
- Deyirsiniz, özümü yazıçı saymıram, amma roman, povest yazırsınız.
 
- Mən yazacam. Bəlkə, alındı, bəlkə, alınmadı. Özümü ona görə yazıçı saymıram ki, ədəbiyyata çox ciddi baxıram.
 
- Sizin nikah mərasimlərində oxunan mətnin dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə bir müraciətiniz də vardı.  
 
- Bəli. Mənim dörd övladım ailə qurub. Başqa toylara gedəndə də nikah mərasimində oxunan mətn məni əsəbiləşdirir. Bununla bağlı üç dəfə müraciət elədim, hətta, müraciətlərin birində yeni mətn təklif etdim. Təəssüf ki, heç bir nəticəsi olmadı. Başqa bir müraciətim də vardı: bölgələrdə tanınmış adamların dəfni üçün Fəxri xiyabanların salınması. Misal üçün, Sabir Əhmədli xalq yazıçısıdır, oğlu Qarabağda şəhid olub, ancaq özü Binəqədi qəbiristanlığında dəfn olunub.      
 

 
- Xalq yazıçısıdır, oğlu xalqın övladlarıyla birlikdə şəhid olub, özü də xalqın yatdığı məzarlıqda yatır, burda qeyri-adi nə var?
 
- Yox də, qayda var axı, xalq yazıçısı Fəxri xiyabanda basdırılmalıdır. Bölgələrdə Fəxri xiyaban olsa, basdırılardı.
 
- Sabir Əhmədlinin bölgəsi də yoxdur axı. İşğal altındadır.
 
- Qarabağın başqa əraziləri var.     
 
- Doğrudanmı hesab edirsiniz ki, bu qədər problemi olan ölkəmizdə sizin bu təklifləriniz çox aktualdır?
 
- Baxır, yanaşmaya. Sizin üçün aktual olmaya bilər, o biri üçün aktual ola bilər. Bundan əlavə, mənim daha aktual məsələlərlə bağlı da yazılarım və fəaliyyətim olum. Bundan narahat deyiləm.                  
                                 
- Sizcə, ədəbiyyat adamı sosial-siyasi hadisələrə nə dərəcədə aktiv münasibət bildirməlidir?
 
- Məncə, ədəbiyyat adamı siyasətə qarışmamalıdır. Onun özü işi var. Mən 1993-98-ci illərdə məşhur partiyalardan birində aktiv siyasətlə məşğul olmuşam və həmin illəri itmiş hesab edirəm.
 
- Tənqid çətindir, yoxsa tərif?
 
- Mən yazılara daha çox tənqidi gözlə baxıram.
 
- Amma Nizaməddin Şəmsizadənin belə bir imici var ki, o, tanınmış yazıçıları, xüsusən 60-cıları həmişə tərifləyir. 
 
- Bax həmin Nizaməddin Şəmsizadənin belə bir fikri var ki, 60-cıların qəhrəmanları ulduz kimi parlaq idi, fəqət onlar alçaq üfüqlərin parlaq ulduzları idi. O, ulduzlar 80-ci illərin Meydan hərəkatında əriyib itdi. 60-cıların sətiraltı dedikləri 80-ci illərdə bitdi. Bu gün 60-cılar özü də axtarışa başlayıb. Elçin “Baş” romanını yazdı, Anar “Ağ qoç, qara qoç”u, “Gözmuncuğu”nu və s.
 
- Necə əsərlərdir?
 
- Elçinin əsərini oxumuşam. Çox orijinal əsərdir. Haqqında, bacardığım qədər yazmışam. Məncə, o əsər o qədər çoxqatlıdır ki, zaman-zaman açılacaq və daha geniş təhlil olunacaq.    
 
- Müstəqillik dövrü ədəbiyyatı ilə bağlı nə deyə bilərsiniz?
 
- Məncə, müstəqillik dövrü ədəbiyyatı hələ formalaşmayıb. Hələ də 60-cı illərin eyforiyası var. Sonrakı nəsildən olanlar məni təəccübləndirə bilmirlər.
 
- Bəlkə, siz yaxından izləmirsiniz?
 
- Ola bilər.
 
- Hər halda, 25 ildə maraqlı nümunələr yaranıb.
 
- Yaranıb, əlbəttə, mən bunu danmıram. Misal üçün, Səfər Alışarlının, Rafiq Tağının, Salamın, Həmid Herisçinin, Xanəmirin adını çəkə bilərəm. İndi yadıma düşməyənlər də var. Ancaq ümumi proses qaneedici deyil.
 
- Tənqiddə vəziyyət necədir?
 
- Burda da diqqətimi çəkən imza yoxdur. İndi tənqid qadınlar arasında çox yayılıb. Ancaq çoxu dəb xatirinə məşğul olur. Hər şeydən yazırlar, ancaq hər şeydən yazacaq təfəkkürləri yoxdur.      
 
- İnternetdən istifadə edirsiz?
 
- Yox. Etmirəm və heç maraqlanmıram da.
 
- Bəs ədəbi prosesi necə izləyirsiniz?
 
- Qəzet və jurnallardan, kitablardan. Bəzən vacib material olanda kompüterdən çıxarıb gətirirlər. Mənim fikrimcə, internetdə yaranan nümunələr ciddi ədəbiyyat sayıla bilməz.   
 
- Dünyadakı ədəbi prosesləri izləyə bilirsiniz?
 
- Yaxından yox.
 
- Əvvəlki enerjiylə işləmirsiniz... Belə anladım...
 
- Yaşlanmışam artıq. Gərək etiraf edim (gülür).
 
- 62 çox deyil.
 
- Bilirsiniz, maşın alverçiləri yaxşı bilir, maşın var ili təzədir, amma “probeq”i çox yazıb. Mən də o cürəm. Yaşımdan çox yaşamışam. 
 
- Müsahibə üçün çox sağ olun.
 
- Siz də sağ olun. 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az