• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Zərdabinin qızı atasının sümüklərini 7 il evində gizlədib (MÜSAHİBƏ)

17:11 22.07.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Bakının dalda məhəllərinin birində, uçuq-sökük daxmalar arasında bir ev var. Pilləkənlərini çətinliklə qalxırıq. Dəmir qapının o üzündəki kiçik həyətin o qədər gözəl aurası var ki… Eynən sahibəsinə bənzəyir. Bura Azərbaycanın dahi mütəfəkkiri, milli mətbuat və teatrımızın banisi, qadın təhsilinin ilk carçılarından biri olan Həsənbəy Zərdabinin nəticəsi, onun soyadını daşıyan yeganə insanın – Rəbiyyə xanım Zərdabinin evidir…

Milli Mətbuatın yaranmasının 142-ci ildönümündə bu ocağa baş çəkməmək, onunla dərdləşməmək sadəcə, qəbahət olardı.

MilliYol.Az  yenicag.az-a istinadən Azərbaycanın ziyalı xanımlarından olan Rəbiyyə Zərdabinin müsahibəsini təqdim edir.

– Bu əlamətdar gündə Zərdabi soyadını daşıyan bir insanla həmsöhbət olmaq o qədər qürurvericidir ki…

– Siz də sağ olun ki, məni yada salmısız. Və nə qədər ki, sizin kimi jurnalistlər var, demək, mənim babamın əməlləri yaşayacaq.

– Siz Həsənbəy Zərdabinin doğma nəticəsisiniz?

– Bizim soyadın tarixçəsini sizə əvvəldən danışacam.

Zərdabinin doğma övladları Azərbaycandan dərbədər salınıb. Oğlu Midhəd bəy 1937-ci ildə güllələnib. Böyük qızı Qəribsoltan xanım ailə qurmayıb. Dünyasını dəyişmiş rəfiqəsinin oğlu Raufu (görkəmli bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyev nəzərdə tutulur – red.) 4 yaşından götürüb saxlayıb, ona analıq edib. İkinci qızı Pəri xanım isə Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Kiçik oğlu Səffət bəy Türkiyəyə üz tutub.

Elə yeri gəlmişkən bir hadisəni danışım. Ötən əsrin 80-ci illərinin axırı idi. Türkiyə Memarlar İttifaqının Prezidenti Oqtay Əkinçi Bakıya gəlmişdi. O, televiziya kanallarının birində çıxış edib dedi ki, Həsən bəy Zərdabinin oğlu və nəvələri ilə Türkiyədə “Əkinçi” qəzetini çap etdirmişik. O şəxs iki il bundan əvvəl dünyasını dəyişdi. Onunla görüşmək mənə nəsib olmadı. Amma bu yaxınlarda Zərdabinin nəvəsini tapıblar: Zərifə Kürdəmir. Təəssüf ki,  həmin soyadı daşımır. Çünki o nəslin ürəyində böyük bir inciklik var.

Həsənbəy Zərdabi çox alicənab insan olub. Xidmətlərini saymaqla qurtarmaz. O, ellər atası idi. Kasıblara əl tutub, neçə-neçə uşağı oxudub. Və günlərin birində çox yaxın bir dostu rəhmətə gedir. Həsənbəy dostunun yetim qalan iki oğlunu Hüseynlə Bahəddini övladlığa götürür. Və o uşaqlara soyadını verərək, böyüdür. Təhsil almaq üçün hər ikisini Sankt-Peterburq Akademiyasına göndərir. O Akademiyada Hüseyn Zərdabi Rəbiyyə xanım Mirzəxanova (sonradan -1927-ci ildə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin ilk qadın baş redaktoru – red.) adlı həmyerlisi ilə tanış olur, evlənirlər. Bax, o Hüseyn Zərdabi mənim babamdır. Və bu gün ocağımda da babamın adını daşıyan oğlum Hüseyn Zərdabi yaşayır.

– Soyadlarının sonluğunun “ov”, “yev”lə əvəzləndiyi cəmiyyətdə bir ailə şərəfini qoruyub saxlamaq hər adamın işi deyildi.

– Çox çətin olub. 1896-cı ildən bəri bu soyadı şərəflə daşıyırıq. Başımız çox müsibətlər çəkib. Babam Hüseyn Zərdabi Böyük Vətən müharibəsində itkin düşüb. Nənəmi çağırıb, soyadından imtina etməsi üçün ərizə yazdırıblar.

– Zərdabi soyadına görə doğmaların bir qısqanclığını hiss etmədiniz ki?

– Əksinə. Qəribsoltan xanım mənim anama həmişə böyüklük edib. Biz Zərdabi haqqında faktları ondan eşitmişik. Təəssüf ki, o ailə pərən-pərən düşdü.

– Eşitdiyimə görə, Azərbaycanın Zərdabi boyda dühasının qəbri də hörmətsizliklə üzləşib.

– Özü də iki dəfə… Zərdabi 1907-ci ildə dünyasını dəyişəndə onu Bibiheybət məscidinin yanındakı qəbiristanlıqda dəfn ediblər. Sonradan yol çəkildiyinə görə qəbri bir qədər yuxarı tərəfə köçürdüblər. Bir neçə ildən sonra Qəribsoltan xanıma xəbər gəlib ki, bəs atanın məzarını yenə başqa yerə köçürtmək lazımdır, yol çəkilir. Tənha qadın, əlində atasının sümükləri olan torba… Onları basdırmağa yer tapmayan qızı torbanı evinə aparır. Düz 7 il Qəribsoltan xanım o sümükləri evində gizlətdi. Həmin hadisədən sonra Qəribsoltan xanımın saçları bir gecənin içində ağappaq ağardı.

O münasibət Zərdabiyə layiq deyildi. Çünki onun xidməti tək mətbuatla ölçülmür. Azərbaycanda ilk teatrın yaranmasında Həsən bəyin müstəsna rolu var. Həmişə deyirəm ki, hamının adını əbədiləşdirdilər, amma Akademik Milli Dram teatrına Zərdabinin adını vermədilər. Halbuki, bu, onun halal haqqı idi.

Nə isə… 7 ildən sonra Şıxəli Qurbanovla zərdabişünas Abbas Zamanov  çox böyük minnətdən, get-gəldən sonra Qəribsoltan xanımdan Həsən bəyin sümüklərini alırlar. Və onu Zərdabinin yubileyi ərəfəsində Fəxri Xiyabanda basdırırlar. Azərbaycanda heç bir ziyalının başına bu müsibət, bu oyun gəlməyib. Məmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: “Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü”. Və çox təəssüf edirəm ki, Zərdabi kimi dühadan bizim gəncliyin xəbəri yoxdur. Bircə hər ilin 22 iyulunda yada düşür.

– Sizin Zərdabi soyadına layiq biri olduğunuz danılmazdır.

– Mən bu soyadı hörmətlə daşıyanlardanam. Bütün ömrüm də onun adını, ideyalarını yaşatmaqla keçib. Zərdabi və Azərbaycan mədəniyyəti adlı 300 səhifəlik elmi iş yazmışam. Türkiyədə “Çukurova törə dərgisi”nin bir buraxılışı Həsən bəy Zərdabiyə həsr olundu. Bütün Azərbaycan mədəniyyəti bu jurnalın içindədir. Onlar məni rəsmən Azərbaycan təmsilçisi elan etdilər. Bundan sonra mən yazıçılarımız, şairlərimiz barədə o dərgiyə yazılar göndərməyə başladım. Və Mikayıl Müşfiq barədə məqaləm “İlin yazısı” elan olundu. Təəssüf ki, bundan Azərbaycanda xəbər tutan olmadı. Mən Zərdabi barədə İstanbul Universitetinin kitabxanasında tədqiqat aparanda dəhşətə gəldim. Orda bildim ki, iki böyük türk alimi onun haqqında araşdırmalar aparıb. Çünki Zərdabi “Türk dili qurumu” birliyi yaratmaq istəyirdi. O, arzulayırdı ki, bütün türk dövlətləri eyni dildə danışsın.

– Zərdabi deyirdi ki, “çağırıram, gəlmirlər”, “deyirəm, eşitmirlər”, “göstərirəm, görmürlər”. Neyləməli? Bir qəzet çap eləməli… Bu gün çap olunan qəzetlər və elektron media Zərdabi soyadını daşıyan Rəbiyyə xanımın prizmasından necə görünür?

– Yaxşısı da var, pisi də… Bu gün mətbuatda bəyənmədiyim bilirsiz nədir? Lazımsız adamların arxasınca çox qaçırlar, onları gündəmə gətirirlər. “O onunla gəzdi”, “bunun qıçı sındı”… Bu nədir? Kimə lazımdır? Reytinq xəstəliyi cəmiyyəti savadsızlığa aparır. Çox istərdim ki, jurnalistlər reytinq arxasınca qaçmasınlar, oxucuya keyfiyyətli yazılar təqdim etsinlər. Azərbaycanın mədəniyyətində, incəsənətində yeri olan adamlardan yazsınlar. Axı sabahkı nəslin maariflənməsində, öz keçmişini, ziyalılarını tanımasında mətbuatın rolu əvəzsizdir. Bunu siz etməsəniz dünənimiz unudulacaq.

– Zərdabinin qəbri üstünə tez-tez gedirsiz?

– Hə. Gedirəm, onunla atam kimi dərdləşirəm. Gileyimi edirəm. Onun qəbrinin vəziyyəti də məni qane etmir, heç Zərdabiyə layiq deyil. Onun məzarını bilirsiz kim düzəldib? Səttar Zərdablı adında bir şair; özü şəxsi maşınını sataraq… Çox istərdim ki, Azərbaycan mədəniyyətinin atasının məzarı onun adına layiq olsun. Elə bizə də, Həsən bəyə də yaraşan budur.

MilliYol.Az 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az