• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Zakir Həsənov: “Şoyqu mənə zəng vurub dedi ki, bu işi dayandır...” (MÜSAHİBƏ)

15:12 14.07.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Xəbər verildiyi kimi Azərbaycanın müdafiə naziri Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Bu, nazirin xarici KİV-lərə verdiyi ilk geniş müsahibədir. Zakir Həsənov müsahibədə cəbhədə baş vermiş son insidentlərdən, Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan, ötən ilin aprel döyüşlərindən və digər məsələlərdən danışıb.

MilliYol.Az Virtualaz.org-a istinadən müsahibəni ixtisarlarla təqdim edir:

- Son zamanlar Dağlıq Qarabağda təmas xəttində bir neçə insidentlər baş verib. Ekspertlər Azərbaycan və Ermənistan arasında yeni ciddi gərginlik barədə danışırlar...

- Mən son insidentin baş verdiyi yerdə- mülki şəxslərin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndində olmuşam. Bu kənd cəbhədən haradasa üç kilometrlikdə yerləşir. Ermənilər özlərinə haqq qazandırmaq üçün deyirlər ki, orada bizim hansısa bölmələrimiz olub. Lakin bölmələr sadəcə olaraq küçədə dayana bilməz, onlara infrastruktur lazımdır, orada isə belə infrastruktur yoxdur.

Heç buna zərurət də yoxdur. Qoşunların yerləşdirilməsi taktikasına görə bu kənd bizə lazım deyil. Ən azından müdafiənin təşkil edilməsi sisteminə əsasən bu kənd bizim üçün əhəmiyyət kəsb etmir. Buna baxmayaraq kəndə nişan alıb atəş açıblar. Tank əleyhinə dəzgahlı qumbaraatan-SPQ-9 tətbiq edilib. Onlardan əsasən tanklara və zirehli texnikalara qarşı mübarizədə istifadə edirlər, lakin bu silahın qəlpəli mərmiləri də var. Ardınca minomyotdan iki atəş açıblar.

Əminəm ki, bu əvvəlcədən planlaşdırılmış cinayətdir. Həmin dövrdə cəbhənin bu istiqamətində intensiv atışmalar yox idi. Bir neçə gün əvvəl həmin rayonda ermənilərin pilotsuz kəşfiyyat təyyarəsi görünmüşdü. Onlar görürdülər ki, bu, dinc sakinlərin yaşadığı adi kənddir, lakin iki gün sonra zərbə endiriblər. Bu, cinayətdir!

- Əgər bu təxribatdırsa o zaman mənası nə idi?

- Biz bilirik ermənilər nəyə ümid edir. KTMT-yə daxil olan Ermənistan başqa ölkələri də öz təxribatlarına alət edib. Onlar bilirlər ki, əgər heç kim işə qarışmasa heç üç gün də davam gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində də belə oldu. Əgər onda bizi dayandırmasaydılar müqavimətlərini artıq sındırmışdıq. Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yarıb keçdik.

- O vaxt yeni Qarabağ müharibəsinin başlanması haqda danışırdılar...

- Bəli, ən böyük qarşıdurma 2016-cı ilin aprelində oldu. Səbəb isə mülki əhalinin atəşə tutulması idi. O vaxt, aprelin 1-də ermənilərin artilleriya zərbəsi nəticəsində Tərtərdə bütöv ailə həlak oldu, maşının içində.

Təbii ki, bu haqda mənə məruzə etdilər. Bu, haradasa saat 10, yaxud 11-in yarısı idi. Və ermənilərin həmin mövqelərinin yüksəkliklərdə yerləşməsini və oradan bütün kəndi, ətraf əraziləri nəzarətdə saxladıqları nəzərə alınaraq qərar qəbul edildi ki, atəş nöqtələrini yaşayış məntəqələrindən kənarlaşdıraq. Məqsəd tammiqyaslı müharibə başlamaq deyildi. Bu əməliyyatlara bizim ordumuzun cəmi 15-20 faizi cəlb olunmuşdu. Mən hətta ehtiyat qüvvələri və mərkəzi komandanlığa tabe olan artilleriyanı da cəbhəyə yeritmədim. Ordu həmin vəzifənin öhdəsindən gəldi, Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrindən geriyə çəkilməyə məcbur etdi. Ermənistan isə buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini döyüşə atdılar. Yerevandan ehtiyat qüvvələr cəlb olundu. Üç gün ərzində onlar bizim mövqelərə hücum etdilər. Hərçənd döyüşlərin artıq ikinci günündə Rusiyanın müvafiq strukturları vasitəçilik fəaliyyətinə başlamışdı.

Məsələn, mənə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu zəng vurdu. O dedi ki, “bu işi” dayandırmaq lazımdır, ölkə rəhbərləri bu haqda danışacaqlar. Habelə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş qərargah rəisinə zəng vurdu.

Daha sonra artıq bəlli oldu ki, erməni tərəfi fürsətdən istifadə edib vaxt udmaq, yenidən qruplaşmaq və zərbə endirmək istəyir. Lakin bu da onlarda alınmadı. Prinsipcə biz qarşımıza hansı vəzifəni qoymuşduqsa onu yerinə yetirdik-iki strateji yüksəkliyi azad elədik. Cəbrayıl istiqamətində Lələtəpə yüksəkliyini və şimal istiqamətində Talış yüksəkliklərini.

Ümumiyyətlə, qeyd etməliyəm ki, son illərdə Ermənistan qoşunları ilə təmas xətti boyu gərginlik artan xətt üzrə gedir. Səbəb birdir-Azərbaycan ərazilərinin işğalı. Bütün qalanlar nəticədir. İşğal edilmiş ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir. Təbii ki, belə vəziyyətdə qoşunların təmas xəttində vəziyyət gərginləşir, hərdən lokal toqquşmalar olur-bu da normaldır. Nə qədər ki, iki düşmən ordu üz-üzə dayanıb, belə olacaq. Lakin zərbə məqsədli şəkildə yaşayış məntəqəsinə endirilirsə bu, artıq cinayətdir.

- Bu münaqişə nə qədər belə davam edəcək?

- Ermənistan özünün iqtisadi, demoqrafik və hərbi potensialına görə Azərbaycanla ayaqlaşa bilməz. Azərbaycan ildən ilə güclənir, həm iqtisadi, həm hərbi, həm demoqrafik planda. Hərçənd indi dünyada böhrandır və bu, bizdən də yan keçməyib, ancaq xüsusi zərbə də vurmayıb. Ən azından müdafiə naziri kimi məni ordunun maliyyələşdirilməsi maraqlandırır ki, ötən il bu maliyyə azalmayıb, əksinə, artıb. Bu il 17-20 faiz rəqəmi açıqlandı. Beləliklə, Azərbaycan rəhbərliyi başda Ali baş komandan Əliyev olmaqla ordunun gücləndirilməsinə, onun ən yeni silahlarla təchizatına böyük diqqət ayırır. Biz keyfiyyətcə yeni mərhələyə çatmışıq. Son illərdə ordunun modernləşdirilməsi, gücləndirilməsi vəzifəsi qarşıya qoyulub.

- Siz hesab edirsiniz ki, Qarabağ məsələsi hərbi yolla həll ediləcək?

- Mən siyasətçi deyiləm. Bizim ölkəmiz məsələnin dinc yolla həllinə sadiqdir. Lakin bu o demək deyil ki, danışıqlar sonsuzadək davam etməlidir, danışıqlar onsuz da çox uzanıb. Danışıqlar naminə danışıqlar heç kimə gərək deyil.

Üstəlik ətrafa baxın - beynəlxalq qanunlar işləmir, hamı gücə stavka edir. Təbii ki, biz də buna reaksiya verməliyik. Lakin təkrar edirəm-mən siyasətçi deyiləm, hərbçiyəm.

- Onda hərbi məsələyə keçək. Azərbaycanla Rusiya arasında 2010-cu ilin əvvəllərində bağlanmış irimiqyaslı müqavilə üzrə işlər necə gedir? Həmin müqavilədə söhbət 100 T-90S tankından, 100 BMP-3-dən, “Msta-S” özüyeriyən artilleriya sistemindən, “Smerç” reaktiv artilleriya sistemlərindən və bir çox digər silahlardan gedirdi, ümumi məbləği 5 milyard dollara çatan müqavilə idi. Həmin məbləğ Azərbaycan tərəfindən ödənilibmi və texnika alınıbmı?

- Bu müqavilə 90 faiz yerinə yetirilib. Xırda-para işlər qalıb. Sizin adlarınızı çəkdiyiniz texnikanın hamısı çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən elə həmin silahların da sayəsində biz ötən ilin aprelində uğur əldə etdik. Bütün bunlar müasir silahlardır və biz onu mənimsəyib uğurla tətbiq edirik.

- Bəs daha hansısa yeni silahlar sizi maraqlandırır?

- Maraqlandırır, amma mən bu haqda danışmayacam.

- Vaxtilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin demişdi ki, Azərbaycan An-124 “Ruslan” hərbi-nəqliyyat təyyarəsinin alınmasında maraqlıdır. Bu məsələdə irəliləyiş var?

- Hörmətli cənab Roqozin Azərbaycanın böyük dostudur. Biz onunla əməkdaşlıqdan məmnunuq.

- Bəs An-124 “Ruslan” Azərbaycanın nəyinə lazımdır, axı elə də böyük məsafə yoxdur...

- Niyə ki. Bizdə Naxçıvan blokada vəziyyətindədir. Ona görə yox ki, biz ora silahlar və texnika daşımaq istəyirik. Bu təyyarələr ona görə lazımdır ki, məsələn, əhalini ərzaqla, zəruri mallarla təchiz edəsən. Biz habelə başqa ölkələrdən hərbi texnika alırıq, onları da daşımaq lazımdır. Əfqanıstanda kontingentimiz var.Hərbi-nəqliyyat aviasiyası istənilən silahlı qüvvələrin vacib tərkib hissəsidir.

Və onu da qeyd edim ki, hərbi satınalmalardan başqa texnikaya qulluq məsələsi də var. Bu məsələdə bizim böyük perspektivlərimiz var. Bizdə Rusiya istehsalı olan çoxlu vertolyotlar istifadə olunur. Həm nəqliyyat, həm döyüş vertolyotları. Bizdə təyyarələr, zirehli texnika var, indi texniki qulluq əsas məsələlərdən biridir. Bu istiqamətdə böyük işlər görürük və artıq nəticələr var.

MilliYol.Az 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az